Qisasını
daş heykəldən
alan Fransa
Özünü hər
nə qədər güclü və qüdrətli dövlət
saysa da, indiki Fransanın siyasətində bundan əsər-əlamət hiss
olunmur. Əksinə biz bu ölkənin
siyasətində bir sıra hallarda çox cılız məqamlara geniş yer verildiyinin şahidi oluruq. Makron iqtidarının zamanında bu ölkənin Evian-le-Bən şəhərində
ucaldılmış Azərbaycan
şairəsi Natəvanın
heykəlini təhqirlərə
məruz qoymasını
da bu baxımdan
dəyərləndirmək mümkündür. Azərbaycan Parisin yürütdüyü antidemokratik və antihumanist siyasəti ifşa edir, XXI əsrdə Fransanın neokolonializm siyasətinə yer olmadığını bildirir
və bu ideyaların təşviqi
üçün praktiki
addımlar atır, Afrikanın ayrı-ayrı
ölkələrində genişlənən
azadlıq mübarizəsinə
mənəvi-siyasi dəstək
göstərir. Ölkəmizin
ortaya qoyduğu belə qətiyyətli mövqe Fransada qəzəblə qarşılanır.
Azərbaycana təzyiq
göstərmək imkanında
olmayan E.Makron iqtidarı öz heyfini azərbaycanlı şairənin heykəlindən
çıxmağa çalışır.
Heykəl qadın
azadlığını və
dostluğu təcəssüm
etdirsə də...
Zamanında Fransanın
Evian-le-Bən şəhərində “Azərbaycan
parkı”nın salınması və burada Natəvanın heykəlinin ucaldılması
hər iki tərəfdən ifadə
olunan xoş niyyətin ifadəsi idi. Xatırladaq ki, indiyədək Azərbaycanın və Fransanın bir çox şəhərləri
arasında dostluq, mədəni və digər istiqamətlərdə
əməkdaşlıq üzrə
müvafiq sənədlər
imzalanıb. 2015-ci ildə
isə Fransanın
Evian-le-Bən şəhəri ilə Azərbaycanın İsmayıllı
şəhəri arasında
əməkdaşlıq müqaviləsi
imzalayıb. Həmin müqavilə çərçivəsində
2017-ci ildə Evian-le-Bən şəhərində
Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış
mərasimi baş tutub. Bununla yanaşı, parkda “Dostluq” bulağı yaradılıb və Xurşidbanu Natəvanın heykəli
ucaldılıb.
Şəhərdə yaradılan “Azərbaycan parkı”nda Natəvanın
abidəsinin ucaldılması
da təsadüfi deyil. Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte
Kristo” kimi dünyaca məşhur klassik əsərlərin müəllifi olan fransız yazıçısı Aleksandr
Düma 1858-1859-cu illərdə
Qafqaza səfəri zamanı müəyyən
müddət Azərbaycanda
qalıb və bir sıra əraziləri
gəzib. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızça:
İmpression de Voyage Le Caucase) Parisdə çap olunub. Əsərdə yazıçının Azərbaycan
şairəsi ilə tanışlığı da
təsvir olunub. Bakı məhəllələrinin
birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr
Düma orada Xurşidbanu Natəvan və onun həyat
yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır.
Fransız yazıçısı
Düma Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan
Dümanı mat edir. Bu zaman
Natəvan Dümadan yaşca xeyli kiçik idi. Onun cəmi 26, Dümanın isə 56 yaşı var idi. Sonradan Natəvanla
Dümanın bu tarixi görüşü
bir sıra bədii əsərlərin
mövzusuna çevrilib...
Evian-le-Bən şəhərində yaradılan
“Azərbaycan parkı”nda Natəvanın
heykəlinin ucaldılması
da məhz bu görüşdən qaynaqlanır. Bununla ideya müəllifləri dostluq əlaqələrinin
tarixi zəminə və ən əsası heç vaxt dəyərini itirməyəcək mədəniyyət
və dostluq amilinə əsaslandığını
önə çəkmək
istəyiblər.
Eyni zamanda, Fransada Natəvanın abidəsinin ucaldılması
qadın azadlığını
simvolizə edir. Bunu Fransa cəmiyyətinin
təmsilçiləri də
bildiriblər. Ancaq belə görünür ki, qisasçı E.Makron iqtidarı üçün dostluq və qadın azadlığı dəyərləri
heç bir önəm daşımır.
Ötən ilin sonlarında Evian-le-Bən şəhərində
salınmış “Azərbaycan
parkı”nda ölkəmizlə
bağlı bütün
yazılar yığışdırılıb.
Həmçinin Natəvanın
buradakı abidəsi təhqir olunub. Sonradan şəhərin meriyası abidəni “qorumağın” original üsulunu tapdı - daş heykəli ağ parça ilə bürüdü. Bu günlərdə isə heykəldən
təzə xəbər
gəlib. Belə ki, Natəvanın
heykəli Parisdəki
Azərbaycan Mədəniyyət
Mərkəzinə çatdırılıb.
Heykəl Evian-le-Bən şəhərindən
martın 4-də götürülüb.
Fransada təhqirə
məruz qalan daha bir abidə
Pis nümunə
tez yayılır. Azərbaycan şairəsi
Natəvanın heykəlindən
sonra Fransada daha bir abidə
təhqirlərə məruz
qalıb. Vandallar La Roş-sür-Yon şəhərində
yəhudi-fransız əsilli
siyasətçi və
yazıçı Simone
Veilin abidəsinə qarşı vandallıq ediblər. Hücum edənlər abidənin yanına qırmızı
boya töküb və ayaqları tərəfə körpə
gəlinciklər atıblar.
Baş verənlərdən
polisə şikayət
edilib.
MÜBARİZ
Yeni Azərbaycan.-2024.-
12 mart, ¹46.- S.5.