Təmiz ətraf
mühit və “yaşıl” artım ölkəsi
Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək
Azərbaycan ətraf
mühitin qorunmasına,
iqlim dəyişmələrinin
qarşısının alınmasına
xüsusi əhəmiyyət
verir. Ölkəmizin 2030-cu ilədək
sosial-iqtisadi inkişafa
dair milli prioritetlərindən birinin
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi,
işğaldan azad edilmiş ərazilərin
və Naxçıvan
Muxtar Respublikasının
“yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin
“Yaşıl dünya
naminə həmrəylik
ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və
ardıcıl dövlət
siyasətinin təzahürüdür.
Yeri gəlmişkən,
iqlim dəyişmələrinin
qarşısının alınması
sahəsində Azərbaycanın
həyata keçirdiyi
fəaliyyət beynəlxalq
ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir.
Məhz bu səbəbdən, iştirakçıların
sayına və səviyyəsinə, müzakirəyə
çıxarılan məsələlərin
aktuallığına görə
dünyada ən mötəbər tədbirlərdən
biri hesab edilən Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) dünya ölkələrinin
yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.
Azərbaycan beynəlxalq
ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil
edilməsi, ölkəmiz
və bəşəriyyət
üçün uğurlu
nəticələrlə yekunlaşması
naminə bütün
zəruri tədbirləri
görəcək.
Milli Məclisin
təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Məşhur Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında
bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransı
(COP) iqlim böhranının
həlli istiqamətində
səylərin əlaqələndirilməsi,
onun aradan qaldırılması, strategiyaların
işlənib hazırlanması
və iştirakçı
ölkələri bir
araya gətirmək üçün çox mühüm beynəlxalq arenadır: “COP29 iqtisadi cəhətdən də çox dividend gətirə biləcək
beynəlxalq platforma hesab olunur. Azərbaycan
COP29-u yüksək beynəlxalq
standartlara uyğun səviyyədə keçirəcək.
Konfrans həm miqrasiya və turizm sahələrinin inkişafı nöqteyi-nəzərindən
çox vacib tədbirdir. İqtisadi cəhətdən nəzər
yetirsək, COP29-da müxtəlif
dövlətlərin pavilyonları
fəaliyyət göstərəcək.
Hər dövlət öz nailiyyətlərini
nümayiş etdirdiyi
kimi, eyni zamanda, Azərbaycan da “yaşıl energetika” sahəsində öz nailiyyətlərini
təqdim edəcək.
Bu müxtəlif korporasiyalar şirkətlərarası,
dövlətlərarası və hökumətlərarası
yeni əlaqələrin
qurulması və inkişaf etdirilməsi, təcrübə və nailiyyətlərin mübadiləsi
və bundan irəli gələn müəyyən sənədlərin
imzalanması və digər məsələlər
nöqteyi-nəzərindən mühüm əhəmiyyət
kəsb edir. Həmçinin iqtisadi tərəqqi meyillərinin
məhz həmin istiqamətdə formalaşmasına
səbəb ola biləcək mühitin yaradılmasına gətirib
çıxaracaq. Ümumiyyətlə,
ölkəmizdə COP29-la bağlı
sənədlərin qəbul
olunması gözlənilir”.
Onun sözlərinə
görə, bu həm də turizm sektorunun inkişafı ilə bağlı olan məsələdir. Çünki
əgər həmin sessiyalarda 100 min nəfər iştirak edəcəksə, həmin
ölkənin infrastrukturu
da çox qısa müddətdə
o parametrlərə cavab
verməlidir. Bu baxımdan aidiyyəti strukturlar turizm infrastrukturunun inkişafı
ilə bağlı müəyyən işlər
görürlər. Paralel
olaraq digər sahələr də mövcuddur ki, bu da ölkənin
bu sahədə çalışacaq vətəndaşlarının
rifahının yaxşılaşdırılmasına
gətirib çıxaracaq.
Çünki infrastruktur
olacaqsa, xidmətdə
çalışan işçilər
də olmalıdır.
Bu, həm də yeni iş
yerləri deməkdir.
COP29-u keçirməklə ölkəmizin reallıqlarını
həmin platformadan irəli gələrək
daha yaxşı şəkildə təqdim
edilməsi üçün
əlverişli mühit
qazandıq. Prezident İlham Əliyevin Sərəncamı ilə
ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan A.Allahverənov
bildirib ki, bu sənəddə Azərbaycanın energetika
sahəsində, xüsusilə
də sosial-iqtisadi inkişafın beş milli prioritetlərdən biri hesab olunan
təmiz ətraf mühit və yaşıllıqların artırılmasına
dair fəaliyyətlərə
nəzər salınır.
Xüsusilə də həmin innovativ yanaşmalarla bağlı
olan məsələlərə
işğaldan azad olunmuş ərazilərdə
“Ağıllı şəhər”,
“Ağıllı kənd”
və digər layihələr aiddir”.
Deputat diqqətə
çatdırıb ki,
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə
müraciətində enerji
məsələlərinə münasibət bildirərək
deyib: “Yaşıl enerji” keçidi bizim prioritet məsələmizdir və
bu il Azərbaycanda
bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə
verilmişdir - 230 meqavat
gücündə Günəş
elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış
kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır.
Əlbəttə ki,
COP29 - iqlim dəyişikliyinə
həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda
keçirilməsi bir
daha bu sahədə
bizim uğurlarımızı
əyani şəkildə
göstərir.
Kimliyindən, çalışdığı
sahədən asılı
olmayaraq, 2024-cü ildə
“Yaşıl dünya
naminə həmrəylik
ili” Azərbaycanda keçiriləndə həmin
sahələr üzrə
də müəyyən
ixtisaslaşmalara nəzər
salsaq, burada hətta təhsil sistemi ilə bağlı olan məsələlərin də
əhatə olunduğunu
görərik. Misal üçün, “yaşıl
enerji” növlərinin
yaradılması ilə
bağlı müəyyən
elmi, konseptual yanaşmalar sonrakı mərhələdə təhsil
sistemində geniş şəkildə tətbiq
oluna bilər. COP29-un digər aspektlərinə
də bağlı olan məsələlərdən
biri yol infrastrukturunun, kommunikasiyaların
və nəqliyyatın
inkişafı ilə
əlaqədardır. Kommunikasiya
infrastrukturunun yaradılması,
“yaşıl enerji”nin Qərb bazarlarına çıxarılması
ilə bağlı sənayenin ayrı-ayrı
istiqamətləri üzrə
sahələrinin inkişafına
ehtiyac yaranır. Yəni COP29 kifayət qədər genişhəcmli,
çoxşaxəli, hərtərəfli
olan siyasi yanaşmanın formalaşmasına
gətirib çıxaran
konfransdır”.
Günel ABBASOVA
Yeni Azərbaycan.-
2024.- 10 yanvar, ¹ 3.- S.5.