Azərbaycan
xalqı əsrimizin qalib Liderinə minnətdardır!
Məlum olduğu
kimi, 2024-cü il 7 fevral tarixində ölkəmizdə prezident
seçkiləri keçiriləcəkdir.
Yeni Azərbaycan Partiyası növbəti seçkilərdə partiyanın
Sədri cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat
kampaniyasına artıq
start verilib.
Xalqımızın təkidli tələbi ilə 1993-cü ilin iyul ayında siyasi hakimiyyətə qayıdan Azərbaycan dövlətinin xilaskarı
və qurucusu Heydər Əliyev ölkədəki anarxiyaya,
dağıdıcı proseslərə
son qoydu, dövlətçilik prosesləri
bərqərar olundu, xalq-iqtidar birliyi yarandı.
2003-cü ilin oktyabr
ayında keçirilən
prezident seçkiləri
ərəfəsində Ulu
Öndər Azərbaycan
xalqına müraciət
edərək demişdir:
“Üzümü Sizə
˗ həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.
O, yüksək intellektli,
proqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm”.
Elə də oldu, xalq Ulu
Öndərin çağırışına
dəstək göstərdi.
Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin
mütləq əksəriyyəti
cənab İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi.
Prezident kimi fəaliyyətə başlayan
cənab İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada
görə xalqına
minnətdarlığını bildirdi. Dahi Lider Heydər Əliyevin uğurlu siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün,
ən başlıcası,
ölkədə Heydər
Əliyevin siyasəti
davam etdirilməlidir. Bu gün yüksək
kürsüdən çıxış
edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Prezident İlham
Əliyev 20 illik fəaliyyəti dövründə
xalqa verdiyi vədləri bütünlüklə
yerinə yetirib. Bu müddət ərzində ölkəmizin
bütün sahələrdə
sürətli inkşafına
nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Azərbaycanın siyasi-iqtisadi
imkanları genişləndirilib,
müasir ordu yaradılıb, ölkəmizin
beynəlxalq arenadakı
mövqeləri möhkəmləndirilib.
Bu gün regionda reallaşdırılan
bütün beynəlxalq,
irimiqyaslı layihələr
Azərbaycanın iştirakı,
onun milli maraqlarının nəzərə
alınması ilə
həyata keçirilir.
Ən əsası,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
ərazi bütövlüyü
tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad
olunması ilə bağlı müqəddəs
arzusu həyata keçirilib. 44 günlük
Vətən müharibəsi
dövründə Prezident,
Ali Baş Komandan İlham Əliyevin müraciətləri
Azərbaycan xalqını
ayağa qaldırdı,
onu yumruq kimi sıx birləşdirdi,
müharibənin gedişatına
və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti Qələbələrin
müqəddiməsinə çevrildi.
Həmin dövrdə
bütün müjdəli
xəbərləri Azərbaycan
xalqına məhz Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırırdı. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan həm döyüş meydanında,
həm də siyasi arenada öz gücünü, qüdrətini bütün
dünyaya göstərdi.
Vətən müharibəsi
dövründə dövlət
başçısı informasiya
cəbhəsində Ermənistanın
bütün təbliğatının
üzərindən dünyanın
aparıcı media qurumlarına müsahibələri
ilə xətt çəkdi.
2023-cü ilin sentyabrın
19-da üçtərəfli Bəyanatın müddəalarının
təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların
qarşısının alınması,
Ermənistan silahlı
qüvvələrinin tərk-silah
edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə
qayıdan keçmiş
məcburi köçkünlər,
bərpa-quruculuq işlərinə
cəlb olunmuş mülki işçilər
və hərbi qulluqçularımızın təhlükəsizliyinin
təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya
quruluşunun bərpa
edilməsi məqsədilə
bölgədə lokal
xarakterli antiterror tədbirləri uğurla başa çatdırıldı.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində
Ermənistan silahlı
qüvvələrinin bütün
mövqeləri və
uzunmüddətli atəş
nöqtələri, eləcə
də döyüş
vasitələri və
hərbi təyinatlı
obyektləri sıradan
çıxarıldı. Bununla
da Azərbaycanın bütün ərazilərində
konstitusiya quruluşu bərpa edildi. Hazırda Qarabağın hər nöqtəsində
Müzəffər Ali
Baş Komandanımız
İlham Əliyev tərəfindən qaldırılan
Azərbaycanın üçrəngli
şanlı bayrağı
dalğalanır.
Qarabağda bərpa-quruculuq
işləri sürətlə
davam edir və sosial proqramlar həyata keçirilir. Bütün
bunlar onu deməyə əsas verir ki, öz
ata-baba yurdlarından didərgin düşən
keçmiş məcburi
köçkünlərin hamısı
tezliklə təhlükəsiz
şəraitdə evlərinə
əbədi olaraq qayıdacaqlar. Bütün
bunlara görə hamılıqla Müzəffər
Ali Baş Komandan İlham Əliyevə, yenilməz qəhrəman ordumuza borcluyuq. Bu Qələbəyə
görə Ulu Öndərimizin, şəhidlərimizin
ruhları şaddır.
Cənab İlham
Əliyev 10 yanvar
2024-cü il tarixində
yerli televiziya kanallarına verdiyi müsahibəsində prezident
seçkilərinin keçirilməsini
şərtləndirən əsas
amilləri ictimaiyyətin
diqqətinə çatdırıb.
Prezident İlham Əliyev deyib: “Düzdür, bu barədə müxtəlif
versiyalar var. Yaxşı ki, bu sualı verirsiniz
ki, mən bunun əsas səbəblərini sizin üçün və ictimaiyyət üçün
açıqlayım. Birinci
səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər
bir dövrə yekun vurur. Sentyabr
ayında biz elə bir dövrə
yekun vurmuşuq ki, bu, epoxal
bir hadisədir. Yəni, Azərbaycanın
çoxəsrlik tarixində
mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır.
Bütün amilləri
- siyasi, hərbi və 30 illik işğalı, ərazinin
relyefini, müdafiə
xətlərinin çox
olmasını nəzərə
alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir.
Təbii ki, bu yeni dövr
başlayarkən, əlbəttə,
prezident seçkiləri
də bu yeni dövrün başlanğıcı olmalıdır.
Çünki hər bir dövr bir
zaman kəsiyidir və 30 il ərzində
işğal altında
olmuş ərazilərin
işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.
Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər
ərazilərimizin hər
bir yerində keçiriləcək. Prezident
seçkiləri bütün
digər seçkilərlə
müqayisədə ən
vacib seçkilər olduğu üçün
mən hesab etdim ki, birinci
bütün ərazilərdə
keçiriləcək seçkilər
prezident seçkiləri
olmalıdır. Əgər
biz seçkiləri vaxtında, yəni, 2025-ci
ilin aprelində keçirməli olsaydıq,
o zaman bələdiyyə
seçkiləri daha tez keçiriləcəkdi.
Mən hesab etdim ki, bu,
düzgün olmaz. Azad edilmiş ərazilərdə və
ölkəmizin hər
bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır. Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir
dövrdür və bunu da biz
bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi
təbii ki, bu xronoloji dövrü
də əsaslandırmış
olur. Yəni, əsas səbəblər
bunlardır. Amma mən bu səbəbləri,
bu sıralamanı əhəmiyyət üzrə
etmişəm. Birinci səbəb, əlbəttə
ki, yeni dövrün başlanğıcıdır
və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir”.
Bəli, qürurluyuq
ki, bu seçkilər
ərazi bütövlüyümüzün
tam bərpa olunduğu şəraitdə
keçiriləcəkdir. Hər
bir seçicini 7 fevral 2024-cü il tarixində prezident seçkilərində fəal
iştirak etməyə,
bizlərə bu unudulmaz Qələbəni
yaşadan Yeni Azərbaycan Partiyasının
namizədi, əsrimizin
qalib Lideri İlham Əliyevə səs verməyə çağırıram.
Nazim İsmayılov
Yeni Azərbaycan
Partiyası Veteranlar Şurasının üzvü
Yeni Azərbaycan.-2024.-
24 yanvar, №13.- S.4.