Qalib
Liderlə yeni zirvələrə doğru!
2003-cü il oktyabr
ayının 15-də xalqın
böyük dəstəyi
ilə Prezident seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu 20 ildir uğurla və ləyaqətlə davam etdirərək tarixin ən qüdrətli Azərbaycanını yaradıb.
Prezident İlham Əliyev uzaqgörənliklə,
təmkinlə, ardıcıllıqla
və həm də sürətlə dövlətimizi qarşıya
qoyulan bütün hədəflərə çatdırıb,
milli prioritetlərin hər biri keyfiyyətlə
və vaxtında yerinə yetirilib.
Dövlət başçısının
iqtisadi siyasətinin əsasında məhz güclü dövlət,
sabitlik və sosial rifah dayanıb.
Bu da təsadüfi
deyildir - güclü iqtisadiyyat qurmadan güclü və qüdrətli dövlətə
nail olmaq, hər bir fərdin
mənafelərini müdafiə
etmək mümkün
deyildir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın
xarici sərmayələr
üçün cəlbediciliyinin
qorunması, milli iqtisadiyyatın müxtəlif
sahələrinə yönələn
investiyaların qeyri-neft
sektoruna, regionların
inkişafına doğru
istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti
üçün münbit
şəraitin yaradılması,
vətəndaşların sosial
müdafiəsi ölkədə
yürüdülən iqtisadi
siyasətin başlıca
qayəsini təşkil
edib. Mərkəzində
Azərbaycan vətəndaşının
rifah və mənafeyinin dayandığı
nümunəvi sosial siyasətin həyata keçirilməsi - vətəndaş
məmnunluğunun artırılması,
regionların sosial-iqtisadi
inkişaf konsepsiyasının
uğurla reallaşdırılması
və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı yüksəlişinə əlavə
təkan verib.
Prezident İlham
Əliyev Azərbaycana
rəhbərlik etməyə
başladığı ilk
günlərdən, başqa
sahələrdə olduğu
kimi, ordu quruculuğunda da uğurlara hesablanmış
islahatlar həyata keçirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında
daim inkişaf edən ordumuz ən müasir silahlarla təmin olunub. Gündən-günə güclənən
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
ən böyük qələbəsini 27 sentyabr
2020-ci ildə erməni
təxribatı nəticəsində
başlanan 44 günlük
Vətən müharibəsində
qazandı. Prezident İlham Əliyev Azərbaycanın
ərazi bütövlüyünü
bərpa edən Lider kimi adını
əbədi olaraq tarixin qızıl səhifələrinə yazdı.
Azərbaycan xalqının
iftixar və qürur dolu yeni qəhrəmanlıq salnaməsini yaratdı, 44
günlük Vətən
müharibəsinin baş
qəhrəmanına, qalib
Sərkərdəsinə çevrildi.
Zəfərlə başa
çatan Vətən
müharibəsində Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə
qazanan Azərbaycan ərazi bütövlüyünü
təmin etməklə
yanaşı, həm də tarixi ədalətin bərpasına
nail oldu. 30 ilə yaxın xəyal olunanlar Azərbaycan Prezidentinin, onun rəhbərlik etdiyi ordunun gücü və qüdrəti sayəsində
44 gün ərzində
gerçəkləşdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi
bir daha Prezident İlham Əliyevin nə qədər uzaqgörən
siyasi lider olduğunu təsdiqlədi.
Nəyi nə zaman və necə
edəcəyini hər
kəsdən daha yaxşı bilən Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında ölkəmizin
suverenliyini təmin etdi, Qarabağı erməni separatçılarından
azad etdi. Bu, Vətən müharibəsindəki Zəfərdən
sonra xalqımızın
növbəti tarixi qələbəsi oldu.
30 il düşmən
tapdağı altında
qalan torpaqlarımız
məhz Prezident İlham Əliyevin əzmkarlığı ilə
cənnətə çevrilir.
Uzun illər yurd həsrəti ilə yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar. Bütövlükdə
isə işğaldan
azad edilən ərazilərimizdə həyata
keçirilən bərpa
və yenidənqurma işləri bir daha Azərbaycan dövlətinin qüdrətini
dünyaya bəyan edir. Görülən işlərin sürəti
göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun
bərpası zamanı
qabaqlamaqla yerinə yetiriləcək.
Güclü siyasi
Liderin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik
keyfiyyətləri əsasında
Azərbaycan beynəlxalq
aləmdə böyük
nüfuz qazanıb. Prezident İlham Əliyev ölkəni öndə gedən dövlətlər sırasına
yüksəldib. Azərbaycan
Prezidentinin yürütdüyü
uğurlu xarici siyasət nəticəsində
ölkəmiz 2012-ci ildə
BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçildi. Azərbaycanın
155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzv seçilməsi,
həmçinin 120 dövlətin
təmsil olunduğu Qoşulmama Hərəkatına
2019-2023-cü illərdə sədrlik etməsi ölkəmizin beynəlxalq
miqyasda nüfuzunun və qüdrətinin bariz göstəricisidir. Azərbaycan bu gün nadir ölkədir ki, həm Rusiya, həm Avropa İttifaqı ölkələri,
həm də ABŞ ilə münasibətlərini
bərabərhüquqlu, qarşılıqlı
faydalı əməkdaşlıq
meyarları üzərində
qurmağı bacarıb.
Müxtəlif ölkələrin
əlində siyasi alətə çevrilən
Ermənistandan fərqli
olaraq, ölkəmiz milli maraq və
mənafelərini önə
çəkərək müstəqil
siyasət yürüdür,
daxili məsələlərinə
müdaxilə cəhdlərinə
qarşı barışmaz
mövqe tutur. Bu gün regionla bağlı bütün məsələlərdə Azərbaycanın
rəyi, mövqeyi nəzərə alınır.
Dövlətimizin beynəlxalq
nüfuzu, qlobal proseslərə təsir imkanları getdikcə artır.
Dünya təcrübəsində
çox az ölkəni nümunə
göstərmək olar
ki, cəmi 30 illik müstəqillik tarixi ərzində belə genişmiqyaslı
uğurlara imza atsın. Dövlət başçısının reallaşdırdığı
ardıcıl tədbirlər
və dərin islahatlar nəticəsində
hazırda Azərbaycan
sabit və təhlükəsiz ölkə,
regionun siyasi, iqtisadi və mədəni mərkəzi,
irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin
təşəbbüskarı, Avropanın enerji təhlükəsizliyinin təminatında
etibarlı tərəfdaş
və dünya kosmos ailəsinin üzvüdür.
Azərbaycanın möhtəşəm
uğurlarını, onu
dünyanın sayılıb-seçilən,
mövqeyi nəzərə
alınan dövlətlərdən
birinə çevrilməsini
şərtləndirən mühüm
amillər sırasında
böyük uzaqgörənliklə
reallaşdırılan qlobal
neft-qaz, nəqliyyat layihələrinin əhəmiyyətindən
bəhs edərkən
Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz
kəmərinin istifadəyə
verilməsi, bir sıra perspektivli qaz yataqlarının kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin çəkilişi,
Avropanın enerji təhlükəsizliyində müstəsna
rol oynayan "Cənub qaz dəhlizi"nin - TANAP, TAP layihələrinin
gerçəkləşdirilməsi, ölkəmizin Orta dəhliz nəqliyyat sistemindəki rolunun gücləndirilməsi və
nəhayət, Zəngəzur
dəhlizinin açılması
istiqamətində atılan
addımlar bu baxımdan xüsusi qeyd olunmalıdır.
Ölkəmiz regionun
neft və qaz hasilatçılarından
biri olmaqla yanaşı, yeni çağırışları əsas tutaraq, malik olduğu zəngin alternativ enerji mənbələrindən
istifadə istiqamətində
davamlı tədbirlər
həyata keçirir.
Xüsusi vurğulamaq
istərdik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi
müstəqil respublikamızın
dünyada böyük
nüfuz və hörmətə malik olduğunu bir daha təsdiqləyəcək.
Bu qlobal tədbir ölkə həqiqətlərinin, eləcə
də Azərbaycanın
"yaşıl enerji"
və turizm potensialının dünyada
təbliği baxımından
yeni fürsətlər
yaradacaq.
Prezident İlham
Əliyev qətiyyətli
və praqmatik siyasəti, genişmiqyaslı
islahatçı fəaliyyəti
ilə ötən 20 ildə dövlətimizi öz hədəflərinə
inamla çatdırıb.
20 ildə qazanılan
bütün bu uğurlar xalqımızın
2024-cü il fevralın
7-də keçiriləcək növbədənkənar prezident
seçkilərində azad
və tərəddüdsüz,
həm də doğru seçim edəcəyinə zərrə
qədər də şübhə yaratmır.
Siyasi sabitliyin hökm sürdüyü şəraitdə xalqın
inandığı, etimad
göstərdiyi cənab
İlham Əliyevin bundan sonra da
ölkəmizə rəhbərlik
etməsi hər bir azərbaycanlının
ən böyük arzu və istəyidir.
Çünki yeni hədəfləri yalnız
cənab İlham Əliyevin rəhbərliyi
ilə reallaşdırmaq
mümkündür. Ölkədə
bu siyasətin alternativi yoxdur. Dövlətimizin başçısı
bütün bunları
20 illik uğurlu fəaliyyəti ərzində
verdiyi bütün vədləri yerinə yetirməklə sübut edib. Fevralın 7-də hər bir azərbaycanlı
ona Zəfər və məğrurluq yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, Qarabağ və Şərqi Zəngəzuru
yenidən quran möhtərəm İlham
Əliyevin yanında olacaq. Seçkilər Prezident İlham Əliyevə yüksək
etimadın növbəti
bariz göstəricisi
kimi tarixə düşəcək. Bütövlükdə,
seçkilərin nəticəsi
ötən 20 ilin uğurlarına əsaslanacaq.
Şübhəsiz ki,
qarşıdakı dövrdə
də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü
bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli
nailiyyətlər qazanacaq.
Kamran Bayramov
Milli Məclisin deputatı
Yeni Azərbaycan.-2024.- 24 yanvar,
№13.- S.4.