Üç dəniz əfsanəsi”...

 

Anam həmişə deyirdi ki, sən əsərlər yaz

 

OnunAilədə məhkəmə”, “Məhəbbət, şeytan lambada”, “Məşuqələr”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Məhəbbət əzabları”, “Amerikalı kürəkən başqa pyesləri müxtəlif teatrlarda səhnələşdirilib. Haqqında söhbət açacağımız sənətkar ömrünün böyük hissəsini mədəniyyətimizə xidmət etməklə keçirib desək, yanılmarıq. Bu sənət fədaisinin xəmiri demək olar ki, incəsənətlə yoğrulub. Atası-Xanlar Haqverdiyev Azərbaycan Türkmənistan Respublikalarının əməkdar artisti, Opera Balet Teatrının solisti olaraqƏsli Kərəm” (Kərəm), “Aşıq Qərib” (Aşıq Qərib), “Şah İsmayıl” (Şah İsmayıl), “Leyli Məcnun”da Məcnun İbn Salam kimi əsas rollarla tamaşaçıların görüşünə gəlib. Anası, şairə-dramaturq Cahan Əfruz bir çox şeirlər poemalardan ibarət kitabların müəllifidir. 1970-ci illərdə MoskvadaQanqın böyük dalğası”, “Tahirin aqibəti başqa dram əsərlərini səhnələşdirən ilk qadın şairədir.

 

Müsahibimiz yazıçı-dramaturq ssenarist Marat Haqverdiyev uşaqlıqdan rəsmə böyük maraq göstərib. Bu marağı onda oyadansa valideynlərinin rəssam dostlarının bacarığına ünvanına söylədikləri təriflər olub. Məhz bu təriflər sonradan onu memarlıq sənətinin ardınca getməyə sövq edib. O, bu uğurla kifayətlənməyib, qələminin kəsərini yazılarda da sınamaq qərarına gəlib.    

 

Yeni Azərbaycanəsərləri demək olar ki, bütün teatrlarda səhnələşdirən ssenaristlə müsahibəni təqdim edir:

 

-İki sənətkarın ailəsində böyüdünüz, yəqin ki, uşaqlıq illəriniz maraqlı keçib...

 

- 1938-ci ilin 21 iyulunda Bakıda dünyaya göz açmışam. Ailədə iki uşaq idik. Mən , məndən üç yaş kiçik qardaşım Zaur da çox maraqlı uşaqlıq illəri yaşadıq. Ata-anamızın dostları da sənət adamları idi. Bizə gələnlər kimlər idi? Şairlər, yazıçı­lar, aktyorlar, rejissorlar... Əlbəttə, belə ailədə böyüyüb ədəbiyyatı, teatrı, incəsənəti sevməmək mümkünsüz idi.

 

- Uşaqlıqdan rəssamlığa maraq göstərmisiniz. Bəs, sənət seçərkən memar olmaq qərarını verməyinizə səbəb oldu?

 

- Bakıdakı 74 nömrəli orta məktəbi 1956-cı ildə bitirdim. O zaman Azərbaycanda Rəssamlıq İnstitutu yox idi. Bu sahədə ali təhsil almaq üçün Moskvaya, ya da Leninqrada (Sankt Peterburqa-red.) getmək lazım idi. Ancaq atam-anam dedilər ki, səni gözümüzdən uzağa buraxa bilmərik. Elə memarlıq da rəssamlığa yaxın sənətdir. Ona görə sənədlərimi Azərbaycan Politexnik İnstitutuna verdim. İnstitutun memarlıq fakültəsinə daxil oldum. Tələbəlik illərində incəsənətə olan sevgim, marağım daha da artdı. İnstitutun xalq çalğı alətləri ansamblı estrada orkestrinin solisti kimi keçmiş Sovet respublikalarında qastrol səfərlərində oldum.

 

- Uzun illər memarlıq sahəsində çalışdınız...

 

- Bəli. İnstitutu bitirdikdən sonra on il tikinti sahəsində işlədim. Baş mühəndis oldum. Ömrümün otuz beş ilini memarlığa sərf etdim. O vaxtlar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tarix Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə çalışdım. Respublikada 1000-ə yaxın abidənin bərpası ilə məşğul oldum. Onların arasında tarix mədəniyyət abidələrimiz, eləcə Opera Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala türbələr var idi.

 

- Belə demək olar ki, bədii yaradıcılıq istedadı sizə ananızdan keçib?

 

- Bəli. Ümumiyyətlə, mən uşaqlıqdan Opera Teatrına tez-tez gedirdim. Atam uzun illər çalışdığı, solisti olduğu Opera Balet Teatrının səhnəsində müxtəlif baş rolları ifa edirdi. Mən həmin tamaşalara baxırdım. Anam isə əsərlər yazırdı. Biz - qardaşım Zaur mən belə bir mühitin içərisində idik. Ona görə belə olmalı idi. Qardaşım Zaur sonralar mühəndis oldu. Ancaq o da ədəbiyyatı, teatrı ürəkdən sevirdi.

 

- Əsərlər yazırdınız. Amma ədəbiyyata tərcüməçi kimi gəldiniz...

 

- 1970-ci illərdə anamın şeirlərini, poemalarını rus dilinə çevirdim.

 

- Bədii yaradıcılıqla məşğul olduğunuzdan ananızın xəbəri var idi?

 

- Anam həmişə deyirdi ki, sən əsərlər yaz. Mən yazırdım, ancaq anama deməyə utanırdım.

 

- O, bunu heç vaxt bilmədi?

 

- Yox, bilmədi... Ümumiyyətlə, valideynlərimiz bizə heç nəyi qadağan etmirdilər. Ancaq onların sayəsində biz kiçik yaşlarımızdan sənətin dəyərini, məsuliyyətini anlayırdıq. Ona görə həmişə deyirəm ki, atamın yanında oxumağa, anamın yanında yazmağa utanırdım. Onların sənətə sevgiləri kimi, tələbləri çox yüksək idi.

 

- Əsərləriniz 1990-cı illərin əvvəllərində səhnələşdirildi, dramaturq kimi tanındınız...

 

- Əməkdar incəsənət xadimi, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Baba Rzayev həmin teatrda anamın iki əsərini səhnələşdirdi. Tamaşaya hazırlıq zamanı o, mənə dedi ki, görürəm, sən çox xəbərdarsan, niyə özün yazmırsan? O qədər israr etdi ki, mən bədii yaradıcılıqla məşğul olduğumu ona söylədim. Onun təklifi ilə bir pyes yazdım. İlk dram əsərim - “Ailədə məhkəməkomediyası Baba Rzayevin quruluşunda tamaşaya qoyuldu uğur qazandı. Dedi ki, sən yazmalısan. “Məhəbbət, şeytan lambada” əsərini qələmə aldım. Səhnələşdirildi çox populyar oldu. Bundan sonra bir çox teatrlarımız mənimlə yaradıcılıq əlaqələri saxlamağa başladılar.

 

Akademik Milli Dram Teatrının o vaxtkı direktoru Həsənağa Turabov tamaşaya baxdı, tanış olduq. O, mənə dedi ki, siz istedadlı adamsınız, niyə bizə pyes yazmırsınız? 1992-ci ildəAh, qadınlar, qadınlarkomediyasını yazıb Həsənağa Turabovun özünə təqdim etdim, çox bəyəndi. Həsənağa Turabov yalnız sənətkar deyildi, həm böyük şəxsiyyət idi. O, rejissor Mərahim Fərzəlibəyovu çağırdı. Dedi ki, bu əsəri oxumuşam, apar oxu. Akademik Milli Dram Teatrının səhnəsində Mərahim FərzəlibəyovAh, qadınlar, qadınlarəsərini tamaşaya qoydu. Baş rolda Siyavuş Aslan Firəngiz Mütəllimova oynadılar. Tamaşa maraqla qarşılandı. Bir ildən sonraQısqanc ürəklərkomediyam yenə bu teatrda Mərahim Fərzəlibəyovun quruluşunda tamaşaçılara təqdim olundu. Yaşar Nuri Arif Quliyev tamaşada elə oynadılar ki, səsi hər yandan gəldi.

 

- Bu komediyanızın sorağı Türkiyədən gəldi...

 

- Bəli, “Qısqanc ürəklərkomediyam Türkiyənin İstanbul şəhərindəki Sarıyer bələdiyyə teatrının yaradıcı heyəti tərəfindən tamaşaya qoyuldu. 2000-ci ildə məni İstanbula tamaşanın premyerasına dəvət etdilər. Premyera hörmət əlaməti olaraq, adətən, dövlət tədbirlərinin keçirildiyiÇırağansarayında təqdim edildi yüksək səviyyədə keçdi. Orada məndən başqa əsər istədilər, “Ah, qadınlar, qadınlarpyesini verdim. Hər iki əsər Türkiyənin bir çox teatrlarında-İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnələşdirildi.

 

- Dram əsərləri ilə yanaşı, maraqlı ssenarilərin müəllifisiniz...

 

- Rejissor Lütfi Məmmədbəyov mənim ssenarim əsasındaSəninlə sənsizbədii televiziya filmini çəkdi. Film Azərbaycan Dövlət Televiziyası ilə dəfələrlə göstərildi. “Səni gözləyirəməsərimi Lütfi Məmmədbəyov ekranlaşdırdı.

 

- Yaradıcılığınızın sonrakı mərhələsində ölkəmizin ictimai-siyasi həyatını əks etdirən əsərlər yazmağa başladınız. “Qarabağ şikəstəsi”, “Fədakarlıq”, “Üç dəniz əfsanəsiəsərləri ən yaxın tariximizdə baş verən hadisələri əks etdirir...

 

- 1993-cü ildə vəziyyət hələ çox ağır idi. Müharibə gedirdi. Həmin dövrü xatırladıqca, yaşadığımız mürəkkəb ictimai-siyasi vəziyyətlərdən daim qalib kimi ayrılan bir şəxsiyyətin parlaq obrazı gözlərimin önündə canlanır. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Elə buna görə mənim yaradıcılığımın böyük bir hissəsi Ümummilli Liderimizə həsr olunub.

 

O çətin günlərdə Heydər Əliyev xalqı Vətəni qorumağa çağırdı. Onun bu çağırışı mənə böyük təsir etdi. “Qarabağ şikəstəsiəsərini yazdım. 1993-cü ildə yazdığım bu əsərdə böyük siyasətçinin Azərbaycanın ağır günündə hakimiyyətə qayıdışından, ölkənin xilası naminə tarixi xidmətlərindən bəhs edilir. Bu ssenari əsasında Mərahim Fərzəlibəyov iki­seriyalı bədii televiziya filmi çəkdi. Film Azərbaycan Dövlət Televiziyası ilə nümayiş etdirildi səs-səda saldı. Ümummilli Lider haqqında ikinci əsərimFədakarlıqadlanır. Həmin əsərin ssenarisi əsasındaFədakarlıqbədii televiziya filmi çəkildi. Sonra bu ssenarinin pyes variantını yazdım. Əsər Sumqayıt Dövlət Musiqili Dram Teatrında səhnələşdirildi, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirildi.

 

- Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisindən bəhs edənÜç dəniz əfsanəsipyesinizi yaradıcılığınızın zirvəsi adlandırırsınız...

 

- Azərbaycanın yeni tarixində çox mühüm hadisələr baş verib. Bakı-Tiflis-Ceyhan neft kəməri belə nəhəng layihələrdən biridir. Bu möhtəşəm layihə Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirən, bugünkü gələcək inkişafı üçün vacib olan layihədir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisindən bəhs edənÜç dəniz əfsanəsipyesini yazarkən müxtəlif sənədlərlə, rəsmi materiallarla tanış oldum. Sənədlər üzərində çalışdım Heydər Əliyevin necə böyük siyasətçi, dövlət xadimi olduğunu bir daha gördüm. Azərbaycan dövlətçiliyini istəməyən qüvvələr Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilişinin qarşısını almağa çalışdılar. Onların məkrli planlarının qarşısını yalnız Heydər Əliyev kimi müdrik, qətiyyətli siyasətçi ala bildi. Ona görə üçüncü dəfə bu dahi şəxsiyyətlə bağlı mövzuya müraciət etdim.

 

- “Üç dəniz əfsanəsi”nin səhnəyə gəlişi niyə bu qədər uzun çəkdi?

 

- Mən qəti mövqeyi olan bir ziyalı, bir vətəndaş kimi hesab edirəm ki, Ulu Öndərimizin onun layiqli davamçısı Prezidenti İlham Əliyevin respublikanın inkişafı xoşbəxt gələcəyi naminə gördükləri işlər, həyata keçirdikləri irimiqyaslı, qlobal layihələr mədəniyyət sahəsində layincə işıqlandırılmalıdır. Bu baxımdan ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Azərbaycan neft strategiyasından, ölkəmizin tarixində misilsiz nailiyyət olan neft kəmərinin tikintisindən bəhs edənÜç dəniz əfsanəsidramını bədii film ssenarisini yazdım. Bu əsər üzərində çox işlədim. “Üç dəniz əfsanəsidramını beş ilə yazdım. Pyes müvafiq şöbələrdə oxunub bəyənildikdən sonra, Mədəniyyət Turizm Nazirliyinə göndərildi nazirliyin 2013-cü il üçün təsdiq etdiyi repertuar planına əsasən, Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyuldu. Gəncə Teatrının kollektivindən çox razıyam. Quruluşçu rejissor, Əməkdar artist Ramiz Vəliyev başda olmaqla bütün yaradıcı texniki heyət tamaşa üzərində ürəklə çalışdı. Amma teatrın maddi bazası zəif, kadrları az idi. Ona görə əsər tam şəkildə səhnədə əks olunmadı.

 

Söhbətləşdi:

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 10 yanvar, ¹3.- S.7.