Ombudsmandan ABŞ-a etiraz

 

Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik

 

 

Azərbaycan bu gün dünyada tolerantlıq multikulturalizm nümunəsi kimi xarakterizə olunur. Tarixən müxtəlif dinlərin millətlərin birgə yaşadığı Azərbaycanda istər dini, istərsə milli-etnik dözümlülük yüksək səviyyədə olub. Multikulturalizmi öz həyat tərzinə çevirən Azərbaycanda ənənəvi dini ritualların həyata keçirilməsi istiqamətində heç bir problem yoxdur. Ən əsası isə insanların din, vicdan azadlığı ölkə Konstitusiyası ilə tənzimlənir. Eyni zamanda, Azərbaycan dini icmalara hər cür kömək, o cümlədən maddi dəstək verən azsaylı dövlətlərdəndir. Təbii ki, qeyri-insani ya radikalizmə söykənən, ölkə qanunvericiliyinə zidd fəaliyyət göstərən istənilən təşkilatın, o cümlədən dini qrupların fəaliyyəti haqlı olaraq məhdudlaşdırılır, onlara qarşı hüquqi çərçivədə tədbirlər görülür.

Bütün bunların fonunda ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatında ölkəmizə qarşı qərəzli mövqeyi qəbuledilməzdir. Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatına münasibət bildirib. Ombudsman qeyd edib ki, Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslər sülh mehribanlıq şəraitində yaşayıblar. Son dövrlərdə isə multikulturalizm tolerantlıq dövlət siyasəti səviyyəsində həyata keçirilməyə başlanmış ölkəmizdə dinlərarası dialoqu təşviq edən bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan vətəndaş hüquqlarını azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant ölkələr siyahısında yer alan, multikulturalizm dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı dövlətlərdəndir. Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir. İnsanların dini inanclarını sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə təmin edilməsi, eləcə fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə əlaqədar şikayətlərin, demək olar ki, olmaması da bu faktın bariz göstəricilərindəndir. Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik.

Vurğulanıb ki, həmin hesabatda ölkəmizlə bağlı yer almış məlumatların heç bir əsasının olmadığını bir daha bəyan edir, bu cür sənədlərin hazırlanması zamanı ikili standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən faktlara əsaslanan təhlillərin aparılmasını vacib hesab edirik: “Bununla yanaşı, hesabatda qeyd olunanların əksinə olaraq, məhz Azərbaycanın uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, habelə hazırda Ermənistan ərazisində xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin, ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin saxtalaşdırıldığını, azərbaycanlılara məxsus çoxsaylı qəbiristanlıqların dağıdıldığını təhqir edildiyini bu sənədi tərtib edənlərin diqqətinə bir daha çatdırmaq istərdik. Sadalanan faktlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas verir”. “Azərbaycan Ombudsman təsisatı dinindən, dilindən, irqindən digər əlamətlərindən asılı olmayaraq, hər kəsə bərabər imkanların təmin edilməsini daim diqqətdə saxlayır. Eyni zamanda, fəaliyyətimizi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmışheç kimin geridə qalmamasıprinsipinə əsaslanaraq, ölkədə mövcud olan sabitliyin, multikultural tolerant mühitin, yerli xalqlar arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi naminə hər kəsin səylərini birləşdirməsi konsepsiyası əsasında qururuq. Azərbaycan Ombudsmanı olaraq bir daha vurğulamaq istəyirəm ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən bu cür əsassız qərəzli hesabat bəyanatların yayımlanması qəbuledilməzdir”, - deyə S.Əliyeva qeyd edib.

Məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan zərərə və dağıntılara, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, məscid, ziyarətgah talan edilib, qəbiristanlıqları­mız vandalizmə, təhqirlərə məruz qalıb ya tamamilə dağıdılıb, torpaqlarımız minalanmış sahəyə çevrilib.  Necə olur ki, özünü azadlıq demokratiya carçısı kimi təqdim edən ABŞ heç vaxt bu hərəkətlərdən narahatlıq ifadə etməyib. Ermənilərin işğal zamanı törətdikləri vandallıqlara heç haqq qazandıra bilməz. Ona görə , yaxşı olardı ki, ABŞ Dövlət Departamenti obyektivlik nümayiş etdirərək Ermənistanın Azərbaycan xalqının dini irsinə qarşı törətdiyi cinayətləri öz hesabatlarına daxil etsin.

 

N. BAYRAMLI

Yeni Azərbaycan.-2024.- 10 yanvar, ¹3.- S.4.