Yeni
reallıqların müəllifi
Prezident İlham Əliyevdir
YAP Təftiş komissiyasının
üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadənin
yap.org.az-a müsahibəsi
- Cavanşir müəllim,
fevralın 7-də ölkəmizdə
prezident seçkiləri
keçiriləcək. Azərbaycan
seçkilərə hansı
reallıqlar fonunda gedir?
- Ümumiyyətlə, seçkilər ölkəmizin
həyatında çox
mühüm hadisədir.
Azərbaycan öz ərazi bütövlüyünü
və suverenliyini təmin etdikdən sonra yeni şərait
yaranıb. Digər tərəfdən, bu seçkilər Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin hesabatıdır. Qarşıdan
gələn seçkilər
və onun nəticələri gələcək
üçün
nəzərdə tutulan
məqsədlərə bir
baxış olacaq.
Biz hansı sahəyə diqqət yetirsək, görərik ki, ötən 20 il ərzində Azərbaycan
hər bir sahə üzrə inkişaf edib. Şübhəsiz ki, burada ən əsas məqam güclü ordumuzun yaradılması və milli birliyimizin təmin olunmasıdır.
Xalqımız hər
zaman Prezident İlham Əliyevin ətrafında
sıx birləşib.
Eyni zamanda, bu dövrdə yüksək vətənpərvərlik
ruhunda gənc nəsil yetişdi. Ali Baş Komandan İlham Əliyev də dəfələrlə deyib
ki, “mənim hakimiyyətim dövründə
yetişən gənclər
torpaqlarımızı işğaldan
azad etdi”. Bu, həqiqətən də belədir. 44 günlük Vətən müharibəsində düşmən
ordusunda fərarilik baş alıb gedirdi. Amma Azərbaycanda
gənclərimiz könüllü
surətdə döyüşlərə
getmək üçün
müraciət edirdilər,
hətta ailəsindən
gizlin olaraq döyüşə gedən
oğullarımız var
idi. Çünki onlar Vətən uğrunda döyüşə
gedirdilər. Bütün
bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Azərbaycanın müstəqilliyinin
sarsılmaz təməllərini
Ulu Öndər Heydər Əliyev atıb. 2003-cü ildə
Ulu Öndərimiz xalqa müraciətində İlham Əliyevə özü qədər inandığını və
axıra çatdıra
bilmədiyi işləri
İlham Əliyevin yerinə yetirəcəyini
bildirdi. Heydər Əliyev həmişə
deyirdi ki, bizim torpaqlarımız işğaldan azad olunacaq, bayrağımızı
həmin torpaqlarda yüksəldəcəyik. Bu
müqəddəs missiyanı
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi.
Ötən 20 ildə
əhalinin rifah halı da yüksəlib.
Davamlı olaraq islahatlar həyata keçirilir.
ASAN Xidmətin yaradılması
bu islahatların mühüm bir nümunəsidir. Dünyanın
bir sıra ölkələri bizim ASAN Xidmət modelindən nümunə kimi istifadə edirlər. Ötən 20
il ərzində regionlarımızda
da möhtəşəm işlər
həyata keçirilib.
2004-cü ildən Prezident
İlham Əliyev tərəfindən
təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
həyata keçirilir.
Artıq mənzərə
göz önündədir.
Bütövlükdə, ötən
20 ildə digər bölgələrimiz də
xeyli inkişaf edib. Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə
səfər edir, yeni təməllər atır
və ya açılışlar edir.
Xüsusilə sosial obyektlər, məktəblər,
xəstəxanalar, müəssisələr
istifadəyə verilir.
Xalqımız bütün
bu işləri görür və qiymətləndirir.
Bir sözlə, bütün nailiyyətlərimizin zirvəsində
Prezident İlham Əliyevin
həyata keçirdiyi
düzgün siyasət
görünür. Bu nailiyyətlər
gələcək işlərimizin
təməlini təşkil
edir.
- Məhz
bu nailiyyətlər fonunda qarşıdan gələn seçkilər
Zəfər seçkisi
adlandırılır...
- Əlbəttə
ki, Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin bərpa olunması müstəqillik tariximizin
ən mühüm hadisəsidir. 44 günlük
Vətən müharibəsində
Prezident İlham Əliyev
həm döyüş
meydanında, həm də informasiya cəbhəsində mübarizə
aparırdı. 44 gün ərzində dövlətimizin
başçısı əcnəbi
jurnalistlərə 30-dan çox
müsahibə verdi. O
bildirirdi ki, əgər
Ermənistan xoşluqla
torpaqlarımızdan çıxarsa,
döyüşləri dərhal
dayandırmağa hazırıq.
Əslində, bu, dövlətimizin humanizmindən
xəbər verirdi. Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirləri
nəticəsində isə
Qarabağda erməni separatizminə son qoyuldu.
Bu, uzun illər üzləşdiyimiz problemə
birdəfəlik son qoydu.
Bütün bunlara qəhrəman oğullarımızın,
şəhidlərimizin canı-qanı
hesabına nail olduq.
Bu Zəfərin
dövlətçilik tariximizdə
bənzəri yoxdur. Cənab İlham Əliyev
bizim qürurumuzu qaytarıb, “məğlub xalq” sözünü üzərimizdən götürüb.
Bu qürur xalqın dövlətə inamının
ifadəsidir. Bu qürur Azərbaycan xalqını Prezident
İlham Əliyevin ətrafında
daha da sıx birləşdirir.
-Azərbaycan
öz ərazi bütövlüyünü və
suverenliyini təmin etdikdən sonra qarşıda yeni hədəflər
dayanır. Bu hədəflər
barədə fikirlərinizi
bilmək istərdik...
-Bəli,
qarşımızda yeni çağırışlar
var. Azərbaycan öz
ərazi bütövlüyünü
və suverenliyini bərpa etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqların
müəllifi Prezident
İlham Əliyevdir. Bəzi
ölkələr var ki, Azərbaycanın
uğurlarına, qələbələrinə sevinmirlər. Onlar Ermənistanı silahlandırırlar. Eləcə
də xaricdə müəyyən dairələr
var ki, görülən işlərə
qara yaxmağa çalışırlar. Daxilimizdə
də belələri var. Onlar hər şeyi qara rəngdə görürlər. Amma bu cür “fəaliyyət”lə
heç nəyə
nail ola bilməzlər.
Digər tərəfdən,
qarşımızda dayanan
əsas çağırışlardan
biri işğaldan azad olunmuş ərazilərimiz bərpa
olunmasıdır. Bilirsiniz
ki, həmin ərazilərdə
böyük işlər
gedir, “ağıllı”
kənd və şəhərlər inşa
olunur. Bu işlər ən müasir standartlar səviyyəsində
aparılır. Dünyanın
gözü Azərbaycandadır.
Dövlətimizin bərpa-quruculuq
işləri dünyanın
diqqət mərkəzindədir.
Görülən işlərə
xarici ölkələr
qibtə edirlər.
Bilirsiniz ki, Böyük
Qayıdışın ilk müjdələri
var. Fevralın 7-də keçmiş
köçkünlərin bir
hissəsi doğma yurdlarında səs verəcəklər.
Digər bir çağırışımız isə yaşıl enerjiyə keçidlə
bağlıdır. Dövlətimizin
başçısı işğaldan
azad edilmiş əraziləri və
Naxçıvan Muxtar Respublikasını
“yaşıl enerji zonası” elan edib. Bu istiqamətdə böyük
işlər görülür.
Əvvəllər Bakıdan
digər bölgələrə
enerji ötürülürdü,
indi isə bölgələrdə bu
istiqamətdə böyük
işlər görülür.
Gələcəkdə xaricə
böyük həcmdə alternativ enerji resurslarının
ixracı nəzərdə tutulur. İnanırıq ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə bu hədəflərə
çatacağıq.
Azərbaycan
xalqı bilir ki, hər bir nailiyyəti cənab İlham
Əliyevin rəhbərliyi ilə əldə edə bilərik.
Ona görə də xalq öz Liderinə sadiqdir. 7 fevralda
düzgün seçim etməli, qalib Liderimizə səs verməliyik.
Bu, bizi gələcəyə aparan yoldur. Mən bütün
seçicilərimizi 7 fevralda fəal olmağa, öz
seçki hüquqlarından istifadə etməyə
çağırıram.
Əminəm ki,
xalqımız cənab İlham Əliyevə səs verməklə
öz xoşbəxt gələcəyinə, qarşı
qoyulan hədəflərə səs
verəcək! Prezidentimizin yeganə amalı xalqa və
dövlətə xidmət etməkdir.
Yeni Azərbaycan.-2024.-
26 yanvar, ¹15.- S.4.