Xalqımız
daha güclü Azərbaycan naminə yenidən öz Liderinə etimad göstərəcək
YAP İdarə Heyətinin
üzvü, Milli Məclisin deputatı Cavid Osmanovun yap.org.az-a müsahibəsi
- Cavid müəllim,
bu gün Azərbaycan öz uğurları və yüksək nüfuzu ilə dünyanın diqqət mərkəzindədir.
Bu reallığı mümkün edən amillər, xüsusilə də son 20 ildə həyata keçirilən məqsədyönlü
siyasətin nəticələri
barədə nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan xalqı 20 il öncə etdiyi seçimin tarixi qürurunu yaşayır. Prezident İlham Əliyev yalnız Azərbaycan dövlətini
inkişaf etdirmədi,
o həm də xalqımız və dövlətimiz üçün
yeni şanlı tarix yazdı. Prezident İlham Əliyevin adı və imzası tarixə həm də əbədi Qalib xalqın Qalib Lideri kimi
həkk olundu.
Ötən
20 il ərzində Ulu Öndər Heydər Əliyevin hüquqi-demokratik və dünyəvi dövlət
quruculuğuna yönəldilmiş
müstəqillik siyasətini
qətiyyətlə həyata
keçirən Prezident
İlham Əliyev ölkə iqtisadiyyatında
qeyri-neft sektorunun çəkisinin artırılması
ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng
infrastruktur layihələri
həyata keçirildi.
Azərbaycanda nəqliyyat
sisteminin yenidən qurulması ölkəmizin
dünyaya çıxışını
təmin etdi. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində
ölkəmiz 155 dövlətin
dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi, həmçinin
120 dövlətin təmsil
olunduğu Qoşulmama
Hərəkatına sədrlik
etməsi ilə bir ilkə imza
atdı. Ordu quruculuğu məsələlərinin
dövlət siyasətinin
prioriteti kimi müəyyən olunması
illər sonra öz nəticəsini göstərdi və Azərbaycan tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata
keçirilən tədbirlər
güclü müdafiə
sənayesi qurulmasını
şərtləndirdi. Qısa
müddət ərzində
görülmüş işlər
sayəsində Azərbaycan
Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.
Cənab
İlham Əliyev xalqımıza son iki əsrlik tariximizin ən
böyük qələbəsini qazandırdı. O,
itirilmiş torpaqlarımızı geri qaytardı, ərazi
bütövlüyümüzü və suverenliyimizi qətiyyətlə
bərpa etdi. Azərbaycan Respublikasının mütləq
suverenliyinin təmin edilməsi və üçrəngli bayrağımızın vətənimizin
bütün şəhər və rayonlarında
dalğalandırılması Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan
zabitinin, əsgərinin möhtəşəm tarixi Zəfəridir.
Ali Baş Komandanımız İlham Əliyev şanlı Qələbəni
xalqımıza bəxş etməklə həm də həyatını
Azərbaycana həsr edən, “Şuşasız Qarabağ,
Qarabağsız Azərbaycan yoxdur” ,- deyən Ulu Öndərin
arzusunu reallaşdırdı.
Bu gün
Qarabağ və Şərqi Zəngəzurun hər bir
bölgəsində genişmiqyaslı yenidənqurma işləri
həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərimizdə
bərpa və yenidənqurma işləri sistemli və
planlı şəkildə aparılır. Böyük
Qayıdış uğurla davam edir. İşğaldan azad
edilmiş ərazilərdə insanların yaşaması və
məşğulluğu üçün lazım olan
bütün infrastruktur yaradılır və yaradılacaq.
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə
icra edilən və müasir standartlara cavab verən
infrastruktur layihələri ölkə iqtisadiyyatına əlavə
töhfələr verəcək, bu ərazilərin ölkə
iqtisadiyyatına inteqrasiyası isə
iqtisadiyyatımızı daha da gücləndirəcək.
- Cavid müəllim,
ölkəmizdə fevralın 7-də prezident seçkilərinin
keçirilməsi postmüharibə dövrünün
mühüm reallıqlarındandır. Seçkilərin əhəmiyyətini necə dəyərləndirmək
olar?
- Bu,
yalnız seçki deyil, həm də Azərbaycanın
uğurlarının təsdiqidir. Fevralın 7-də
keçiriləcək prezident seçkiləri tarixi bir hadisə
olacaq. Çünki müstəqil Azərbaycanın tarixində
ilk dəfə olaraq bu seçkilər bütün ölkə
ərazisində keçiriləcək. Bu seçkilər ərazi
bütövlüyümüzün və suverenliyimizin təsbitidir,
ona görə də onu Zəfər seçkiləri
adlandırmaq olar.
Fevralın
7-də Azərbaycan bir daha dünyanın diqqətini demokratik
inkişafının əsas göctəricilərindən olan
azad, şəffaf və beynəlxalq standartlara cavab verəcək
prezident seçkilərinə yönəldəcək. Azərbaycan
müstəqillik baxımından gənc ölkə
olmasına baxmayaraq azad, şəffaf və demokratik
seçkilərin keçirilməsi sahəsində çox
böyük nailiyyətlər əldə edib. Azərbaycan ilk
gündən demokratik, hüquqi dövlət quruculuğu
yolunu tutaraq bu istiqamətdə mühüm addımlar
atıb. Budəfəki seçkilər də ölkəmizdə
demokratiyanın inkişafı baxımından yeni nümunə
olacaq. Zəfər seçkiləri ölkəmizin demokratik dəyərlərə
sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini
bir daha nümayiş etdirəcək.
- Zəfər
seçkisi qarşıda duran mühüm strateji hədəflərin
gerçəkləşdirilməsi baxımından da müstəsna
önəm daşıyır...
- Müstəqil
Azərbaycan Zəfər qazanmış ölkədir. Bu Zəfəri
qoruyub saxlamaq üçün isə Azərbaycan daha da
güclü olmalıdır. Ölkəmizin hər bir
uğurunun təməlində Heydər Əliyev siyasəti
dayanır. Bu siyasətin müasir dövrün tələbləri
çərçivəsində həyata keçirilməsi
isə uğurlarımızı davamlı edir.
Ərazi
bütövlüyü və suverenliyi tam təmin edilmiş
müstəqil Azərbaycan bundan sonra da cənab İlham
Əliyevin rəhbərliyi ilə davamlı olaraq inkişaf edəcək,
qüdrətini daha da artıracaq. “Qarabağ Azərbaycandır!”
şüarını dilindən düşürməyən
xalqımız bizə Zəfər sevinci bəxş etmiş
Müzəffər Liderimizin yanında olacaq, onun xarici və
daxili siyasətini, o cümlədən Qarabağda və
ölkənin digər bölgələrində quruculuq
işlərini fəal şəkildə dəstəkləyəcək.
Yeni Azərbaycan.-2024.-
26 yanvar, ¹15.- S.4.