Azərbaycan dili
xalqımızın milli varlığını müəyyən
edən mühüm mənəvi amildir
Hər bir xalqın dili onun mədəniyyətinin,
tarixinin və kimliyinin ən vacib təməl
daşlarından biridir. Fərqli
xalqların dilləri onların tarixindən,
yaşayış tərzindən və düşüncə
dünyasından əks-səda verir. Bütün bunlarla
yanaşı dil bir millətin özünü ifadə etməsinin,
irsini gələcək nəsillərə
çatdırmasının yeganə yoludur.
Heydər Əliyevin qətiyyəti ilə sovet
dövründə Azərbaycan dili dövlət dili statusu
almışdır
Xalqın dilindəki sözlər, deyimlər,
mülahizələr və ifadələr onun
düşüncəsini, intellektini, həyat tərzini və
mənəvi dünyasını ortaya qoyur. Bu baxımdan dil
“bir millətin ruhudur” desək, yanılmarıq. Ona görə
ana dilini və eyni zamanda dilin saflığını qorumaq,
xalqın mədəniyyətini və gələcəyini
qorumaq deməkdir.
Bir dilin xalqın həyatında hansı rola malik
olduğunu sovet dövlətinin ideoloqları da yaxşı
bilirdilər. Ona görə də sovet rejimi xalların milli dəyərlərinə
qənim kəsilərkən ilk növbədə onların
dillərini hədəfə almış, ana dilində
danışığın məhdudlaşdırılması
ilə bağlı yazılmamış qaydalar müəyyən
etmişdi. Məsələn, dövlət idarəetməsində
ünsiyyətin, rəsmi yazışmaların yalnız rus
dilində olması məcburi idi.
Ona görə SSRİ dövründə milli
respublikalarda ana dili məsələlərinin gündəmə
gətirilməsi böyük risk tələb edirdi. Sovet rəhbərliyi
xalqların öz dillərinə xüsusi maraq göstərmələrinə
isti yanaşmırdı. Bu baxımdan dillə bağlı
sovet stereotiplərindən kənara çıxmaq təhlükəli
idi. Yalnız Heydər
Əliyev kimi öz xalqının milli dəyərlərinə
bağlı olan dahi şəxsiyyətlər sovet
ideologiyasının hakim olduğu bir şəraitdə
böyük cəsarətlə ana dili məsələlərini
gündəmə gətirə bilərdilər.
Öncə onu qeyd edim ki, Heydər Əliyev sovet
ideologiyasının hakim olduğu bir tarixi dövrdə
xalqımızın milli-mənəvi irsinin qorunub
saxlanılması və gələcək nəsillərə
ötürülməsi ilə bağlı əlindən gələni
etmiş, bütün imkanları səfərbər
etmişdir. O illərdə bu, olduqca təhlükəli olsa
da, Heydər Əliyev Azərbaycan xalqının özünəməxsus
dəyərlərini yad təsirlərdən, manqurtlaşmadan
xilas etmək böyük qətiyyət
nümayiş etdirmiş, milli düşüncə sahibi
olduqlarına görə təqib edilən ziyalıları cəsarətlə
qorumuşdu.
Ulu Öndərin sovet dövründə milli irsimizlə
bağlı qətiyyətli mövqeyi ana dilimizə olan
münasibətindən də aydın görünür. Heydər
Əliyevin rəsmi tədbirlərdə Azərbaycan dilində
çıxışlara üstünlük verməsi onun
respublikamıza birinci rəhbərliyi dövrünün əsas
siyasi-ictimai hadisələrindən biridir. Eləcə də məhz
Heydər Əliyevin qətiyyəti ilə sovet dövründə
respublikamızda rəsmi dilin Azərbaycan dili olması
konstitusion səviyyədə təsi edilmişdir. Belə ki,
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR
Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan
dilidir” maddəsi əlavə olunmuşdur.
Ana dilimiz müqəddəsdir
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycan dilindən cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının
bütün sahələrində daha geniş istifadə edilməyə
başlamış, onun dövlət dili kimi maneəsiz
inkişafı üçün münbit zəmin
yaranmışdır. Bu sahədə yeni keyfiyyət mərhələsi
isə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul
edildikdən sonra başlamışdır. Məlumdur ki,
müstəqil Azərbaycan Respublikasının ilk konsitusiyasının
layihəsinə baxılarkən dövlət dili, daha
doğrusu, dövlətin dilinin adı haqqında müddəa
geniş müzakirə obyekti olmuşdu. Bu məsələ
konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi
informasiya vasitələrində, müxtəlif elmi forumlarda,
yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə
sərbəst, demokratik şəraitdə hərtərəfli
müzakirə edilmiş və 1995-ci il noyabrın 12-də
referendum yolu ilə qəbul edilən Konstitusiyada
respublikamızın dövlət dilinin Azərbaycan dili
olması öz əksini tapmışdır.
Dövlət dilinin yeni inkişaf dönəmində
yaranmış vəziyyəti nəzərə alaraq, Ulu
Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” ərman imzalamışdır. İlk növbədə
müstəqil Azərbaycan dövlətinin dil siyasətinin
müəyyənləşməsi, formalaşması və
möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət
daşıyan bu tarixi ərman dövlət dili ilə
bağlı hərtərəfli və geniş məlumatları
özündə ehtiva edir. Sözügedən ərmanla Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyası
yaradılmışdır.
Heydər Əliyevin “Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 9 avqust 2001-ci il tarixli ərmanına əsasən
isə hər il avqust ayının 1-i Azərbaycan əlifbası
və Azərbaycan dili günü kimi qeyd edilir.
Ulu Öndər Azərbaycan dili ilə bağlı
demişdir: “Müxtəlif dillərə mənsub olan insanlar
Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını
o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər
şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə
qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər
bir millətin milliliyinin əsasıdır. Ona görə də
hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir
Azərbaycan dilini gərək ən incəliklərinə qədər
bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda
Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə
də, xalqımızın içində də Azərbaycan
dilini mütləq hakim dil etməliyik”.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan
dilinin qorunması və inkişaf etdirilməsi ilə
bağlı imzalanan sənədlər göstərir ki, Heydər
Əliyevin bu sahədə əsasını qoyduğu işlər
davam etdirilir, o cümlədən Ulu Öndərin tövsiyələri
və ideyaları həyata vəsiqə alır.
Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”, habelə
dövlətimizin başçının “Azərbaycan dilinin
elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi
ilə bağlı bir sıra tədbirlər haqqında”
2018-ci il 17 iyul tarixli sərəncamı, “Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli
fərmanı ana dilinə, dilçiliyin inkişafına
dövlət qayğısının bariz nümunələridir.
Dil hər bir xalqın varlığının ən əsas
təminatçısıdır. Azərbaycan xalqının
da ana dili onun milli varlığını müəyyən edən
başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz
olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan əlifbası
və Azərbaycan dili günümüz mübarək olsun!
Səbinə Salmanova,
Milli Məclisin deputatı
Yeni Azərbaycan .- 2025.- 1 avqust(¹133).- S.4.