Bütün azərbaycanlıları
birləşdirən ANA DİLİ!
3 il əvvəl Şuşadan verilən mesaj...
İlham Əliyev: Ana dili əsas amildir.
Ana dili bütün Azərbaycan vətəndaşlarını
birləşdirir
Təqvimdə elə bayramlar var ki, sırf zamana,
konkret hadisəyə, hansısa bir peşəyə aid olur. Bu
gün isə bütün dünya azərbaycanlılarını
birləşdirən böyük bayramdır. 1 avqust ölkəmizdə
Prezident Heydər Əliyevin 2001-ci ildə imzaladığı
müvafiq ərmana uyğun olaraq Azərbaycan əlifbası və
Azərbaycan dili günü kimi qeyd olunur.
Azərbaycan dili xalqımızın mənəvi sərvəti,
dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin
başlıca rəmzlərindən biridir. Bu dildə dünya
ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər
yaradılıb. Tarixin sınaqlarından çıxan gözəl
ənənələrimiz, milli-mənəvi dəyərlərimiz
məhz bu dildə cilalanaraq qərinələrin
sınaqlarından çıxmış, nəsillərdən-nəsillərə
ötürülmüş və bugünümüzədək
gəlib çatmışdır. Azərbaycanın zaman-zaman
müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur
olmasına baxmayaraq, ana dilimiz hətta həmin ağır
vaxtlarda belə milli məfkurənin, milli şüurun
yaşamasını və inkişafını təmin
etmişdir. Bu gün biz bir xalq kimi varıqsa, Vətənimizin
sorağı dünya arenalarından gəlirsə, buna görə
məhz Azərbaycan dilinə borcluyuq. Hazırda dilimizin
qorunması və qayğı ilə əhatə olunması hər
bir azərbaycanlının müqəddəs mənəvi
borcudur.
“Biz dilimizlə fəxr etməliyik”
Bu gün hər birimizə ana laylası qədər
şirin və doğma olan Azərbaycan dili ifadə
imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi
və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir.
Eyni zamanda, Azərbaycan dili müstəqil respublikamızın
rəsmi dövlət dili statusuna malikdir. Dilimizin
bugünkü inkişaf səviyyəsinə çatmasına
və yüksək status qazanmasınadək isə uzun yol
keçilib, bir sıra ciddi maneələr dəf edilib ki,
burada da xalqımızın böyük oğlu Heydər
Əliyevin müstəsna rolu olmuşdur. Bütün
varlığı ilə milli-mənəvi dəyərlərimizə
bağlı olan bu böyük şəxsiyyət Azərbaycan
dilini çox sevir və gözəl dilimiz barəsində belə
deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan
dilini sadəcə eşidərək, onun mənasını o
qədər bilməyərək, Azərbaycan dilinin nə qədər
şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə
qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər
bir millətin milliliyinin əsasıdır. Ona görə də
hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir
Azərbaycan dilini gərək ən incəliklərinə qədər
bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda
Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə
də, xalqımızın içində də Azərbaycan
dilini mütləq hakim dil etməliyik.”
Bu fikirlər Heydər Əliyevin Azərbaycan dilinə
nə qədər böyük önəm verdiyini əyani
şəkildə göstərir. Məlumdur ki, Heydər
Əliyev Azərbaycana ideoloji cəhətdən iki fərqli
formasiyada rəhbərlik edib. Onun respublikamıza rəhbərliyinin
birinci dönəmi keçmiş sovet hakimiyyəti illərinə
təsadüf edir. Bu o dövr idi ki, vahid sovet xalqından
danışılırdı. Milli kimliyin qabardılması rəhbər
şəxslər üçün qeyri-rəsmi qadağan
olunmuşdu - bu, əslində, onların karyera yolunun
bağlanması, sərt təhdidlərə məruz
qalmaları demək idi. Lakin söhbət bütün
varlığı ilə Vətəninə, xalqına
bağlı olan Heydər
Əliyevdən gedirdisə, belə qadağalar Onu ana
dilinə qayğı göstərməkdən çəkindirə
bilməzdi.
Ötən əsrin 70-ci illərin ortalarından
başlayaraq keçmiş SSRİ-ni təşkil edən
respublikaların ictimai-siyasi həyatında dil məsələsi
yenidən gündəmə gətirildi. SSRİ
Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndi.
Bu şəraitdə ana dili məsələsinin təbliği
ilə məşğul olmaq cəsarət tələb edirdi.
Belə bir kədərli təcrübə də var idi ki, 30-c
illərdə dil məsələsini qabardanlar kütləvi
şəkildə Sibirə sürgün olunmuşdular.
Bütün süni məhdudiyyətlərə rəğmən,
Heydər Əliyev ana dili məsələsində öz
mövqeyini hər zaman çox qətiyyətlə
qorumağa müvəffəq oub. O, ziyalıları, xalqı
ana dilinə dövlət dili statusunun verilməsi uğrunda
mübarizəyə cəlb edərək bütün qüvvələri
səfərbər etməyi bacarıb. Böyük tarixi şəxsiyyət
SSRİ Konstitusiyası haqqında danışarkən öz
nitqində xüsusi olaraq vurğulamışdır ki,
Konstitusiya vətəndaşlara təhsil hüququ
vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin
olunur. O dövrdə belə bir fikir ifadə etmək
böyük cəsarət və milli təəssübkeşlik
nümunəsi idi. Heydər Əliyevin Azərbaycan dilinə
dövlət dili statusunun verilməsində əvəzsiz rolu
olub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan
SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası
Konstitusiyasının layihəsi və onun ümumxalq
müzakirəsinin yekunlarına həsr olunmuş VII
sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyev 73-cü maddənin
aşağıdakı redaksiyada verilməsi təklifini irəli
sürüb: “Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir.”
Heydər Əliyevin hazırlayıb həyata
keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib
hissəsi olan dil siyasətinin nəticəsidir ki, ötən
əsrin 70-ci illərində Azərbaycan dilinin tarixi intensiv
şəkildə öyrənilmiş, müasir Azərbaycan
dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri
əsərlər yaradılmışdır. Ali məktəblər
üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan
dili” dərsliyi 1974-cü ildə məhz Heydər Əliyevin
təşəbbüsü ilə milli dilçilik elminin
inkişafına töhfə kimi qiymətləndirilərək
respublikanın Dövlət mükafatına layiq
görülmüşdür. Azərbaycan dilinə və
ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə
verilən qiymət və onlara göstərilən
qayğı Azərbaycanın keçmiş sovet məkanında,
eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən
biri kimi tanınmasına gətirib
çıxarmışdır. SSRİ Elmlər
Akademiyasının bu istiqamətdə yeganə
“Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.
Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycan
dili uğruda mücadiləsini 1993-cü ilin yayında
xalqın təkidli tələbi ilə respublikamızda ikinci
dəfə hakimiyyətə gəldikdən sonra davam etdirdi.
Müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən
dövlət dilinin necə adlandırılması ilə
bağlı müxtəlif müzakirələr
aparılırdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi
ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan
dili olması öz əksini tapmışdır. Bundan sonra Azərbaycan
dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni
həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət
kəsb etməyə başlamışdır. Heydər
Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan
Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2
yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi
dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş,
onun müxtəlif üslublarının potensialı bir daha
üzə çıxarılmış, bütünlükdə
dil mədəniyyətimiz qarşısında yeni
üfüqlər açılmışdır.
Dil siyasətində ardıcıllıq
Azərbaycan xalqı kimi, Azərbaycan dilinin xoşbəxtliyi
də ondadır ki, ölkəmizdə Heydər Əliyevin əsasını
qoyduğu ana dilinə qayğı siyasəti son iyirimi ildən
artıq müddətdə Prezident İlham Əliyev tərəfindən
eyni ardıcıllıqla davam etdirlir. Dövlətimizin
başçısı müxtəlif auditoriyalar
qarşısında çıxışlarında, gənclərlə,
ictimaiyyət nümayəndələri ilə
görüşlərində, dünya azərbaycanlılarının
qurultaylarında həmişə
dövlət atributlarına, o cümlədən də Azərbaycan
dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə,
milli adət-ənənələrinə xüsusi diqqət
yönəldir. Burada dövlətimizin
başçısının
Heydər Əliyevin Azərbaycan dilinə
qayğısı ilə bağlı fikirlərini
xatırlamaq yerinə düşər: “Heydər Əliyev
öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun
təşəbbüsü ilə Azərbaycan dilinin
qorunmasına dair önəmli addımlar
atılmışdır, müvafiq sərəncamlar
imzalanmışdır. Azərbaycan dilinin qorunması milli
kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin
dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan
dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü
ilə Ana dilimizin qorunması istiqamətində atılan
addımlar bu gün də davam etdirilir və bu, daim davam
etdirilməlidir”.
Ana dilimizi qorumaq üçün mühüm
addımlar atan Ulu Öndərin siyasi xətti Prezident İlham
Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin
başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” və “Azərbaycan
Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamlara
uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərləri
kütləvi tirajla nəşr olunub. Hər iki ərəncam
üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə
də lüğət və ensiklopediyalar silsiləsindən
ümumi tirajı 9 milyondan çox ədəbiyyat kitabxanalara
göndərilərək oxucuların ixtiyarına verilib.
Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına
olan mənəvi tələbatını təmin etmək məqsədilə
ölkə Prezidenti 2007-ci il
avqustun 24-də daha bir Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən
Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin
əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı”nın
nəfis şəkildə nəşri nəzərdə tutulmuşdur.
Prezidentin 30 dekabr 2007-ci il tarixli Sərəncamı ilə həmin
əsərlərin siyahısı təsdiqlənib, 18 sentyabr
2008-ci il tarixli Sərəncamla isə sğzügedən nəşrlərin
maliyyələşdirilməsi təmin edilib.
Dilimizin yad təsirlərdən qorunması
Keçmiş sovet dönəmində ideoloji
buxovların dilimizin
inkişafı üçün böyük maneə
olduğundan bəhs etdik.
İndiki 4-cü Sənaye inqilabı dövründə
isə bütün milli dillər kimi, Azərbaycan dili
üçün də başqa təhdidlər meydana gəlib.
Hazırda internetin bütün dünyanı ovuc içinə
sığan kiçik bir kəndə çevirməsi,
qloballaşma tendensiyalarının güclənməsi
xalqların milli kimliyinin qorunmasını bütün ciddiliyi
ilə gündəmə gətirib. Kiçik xalqların, o
cümlədən də milli dillərin böyük mədəniyyətlərin
içində əriməsi müasir dünyanın kədərli
mənzərəsidir. Çox sürətlə
ayrı-ayrı dillərin arxaikləşməsi, ölü
dilə çevrilməsi, yad təsirlərə məruz
qalması prosesi izlənilir. Prezident İlham Əliyev müxtəlif
auditoriyalar qarşısındakı
çıxışlarında dəfələrlə gənclərimizi
milli-mənəvi dəyərlərimizə sadiq qalmağa , o
cümlədən də dilimizi yad təsirlərdən
qorumağa çağırış edib. Dövlətimizin
başçısının mövqeyi belədir ki, Azərbaycan
dili kifayət qədər zəngindir, belə olan halda dilimizə
lüzumsuz əcnəbi sözlərinin daxil edilməsinə
heç bir ehtiyac yoxdur.
O cümlədən Prezident İlham Əliyev
qloballaşma şəraitində dilimizin yad təsirlərdən
qorunmasını, saflığının təmin edilməsini
hədəfləyən bir sıra sənədlər
imzalayıb. Dövlətimizin
başçısının “Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi
haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il
9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş
istifadəsinin təmin edilməsi ilə bağlı bir
sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli ərmanı,
həmçinin “Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci
il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət
qayğısının artırılması, dilçilik sahəsində
fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin
yaxşılaşdırılması üçün əlverişli
şərait yaradıb
Şuşada Azərbaycan dilinə xüsusi ehtiram
Talelər müxtəlif olur.
Soydaşlarımızın bir qismi də hansısa səbəblərdən
ana Vətəndən kənarda yaşayırlar. Ancaq harada yaşamalarından
asılı olmayaraq dünya azərbaycanlılarını ana
Vətənə böyük məhəbbət
birləşdirir. Biz dünyanın ən ucqar nöqtəsində
olsaq da, həmişə qürur mənbəyimiz Azərbaycandır.
44 günlük Vətən müharibəsi, 23 saatlıq lokal
xarakterli antiterror tədbirləri zamanı xaricdə
yaşayan hər bir azərbaycanlı ölkəmizdən yeni
soraqlar gözləyirdi. Onlar, eyni zamanda, fəal iş
aparırdılar, ayrı-ayrı ölkələrin
paytaxtlarında, iri şəhərlərində aksiyalar
keçirərək erməni yalanlarını ifşa edir,
respublikamızın həqiqətlərini, xalqımızın
ədalətli müharibə apardığını dünya
ictimaiyyətinin diqqətinə çatdırırdılar. Qələbələrimiz,
bayrağımızın Xankəndidə, Xocalıda,
Şuşada dalğalanması onlar üçün
böyük sevinc oldu.
Qloballaşma şəraitində xaricdə yaşayan
azərbaycanlıların milli kimliklərini qorumaları da
vacib məsələdir. 2022-ci il 22 aprel tarixində azad
Şuşada dünya azərbaycanlılarının
sayca V qurultayı baş tutdu. Dğmalarını
qarşılamaq Şuşa üçün əsl bayram idi.
Həmçinin dünya azərbaycanlıları azad
Şuşada bir araya gəlməyin böyük sevincini
yaşadılar. Qurltayda geniş nitq söyləyən
Prezident İlham Əliyev dünya azərbaycanlılarına
işğl tarixi, şanlı zəfərlərimizə aparan
yol barədə geniş məlumat verməklə
yanaşı, onlara çağırışlar da etdi.
Prezident İlham Əliyevin ifadə etdiyi “Əlbəttə,
biz hamımız - Azərbaycanda yaşayan azərbaycanlılar
istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz
tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç
olmasa, ildə bir dəfə hər bir azərbaycanlı
öz ailəsi ilə Azərbaycana gəlsə, çox
yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək
üçün” fikri olduqca təsirlidir. Dövlətimizin
başçısı Şuşada baş tutan qurultayda həmçinin
ana dilimizə də xüsusi ehtiramını diqqətə
çatdıraraq deyib: “Əlbəttə, çox istəyirik
ki, ikinci, üçüncü nəsil azərbaycanlılar
öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə,
bu, o qədər də asan məsələ deyil. Burada onlar,
ilk növbədə, Azərbaycan dilini bilməlidirlər.
Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan
dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona
görə Azərbaycan məktəblərinin, bazar
günü məktəblərinin açılması istiqamətində
də biz hər zaman kömək göstərməyə
hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu
daha da təşkilatlanmış şəkildə etmək
lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili
bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan .- 2025.- 1 avqust(¹133).- S.2.