İlk ordu generalımız

 

Səməd bəy Mehmandarovun anım günüdür

 

Dövlətçilik tariximizdə mühüm rola malik şəxslərdən biri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından biri, müdafiə naziri, tam artilleriya generalı Səməd Bəy Mehmandarov olub. Onun həyat fəaliyyəti bu gün Silahlı Qüvvələrimizin gənc zabitləri qulluqçuları üçün böyük nümunədir. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti ən əsası dövlətimizin müstəqilliyinə sədaqəti bütün şəraitlərdə öz təsdiqini tapıb. Bu gün görkəmli hərbi xadim, tam artilleriya generalının vəfatından 94 il ötür.

Əslən şuşalı olan Səməd bəy ilk təhsilini Bakıda Gimnaziyada aldıqdan sonra Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olur. Orduda göstərdiyi üstün xidmətlərə görə o, 1890-cı ildə kapitan,1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alır. Rus-Yapon müharibəsində göstərdiyi şücaətə görə Səməd bəy 1908-ci ildə tam artilleriya generalı rütbəsinə qədər yüksəlir.

 

Soyuqqanlı qorxmaz...

 

Deyilənə görə, o, ən qorxunc döyüşlərdə soyuqqanlılığını qoruyub saxlamağı bacarırmış. Qorxmazlığı dillər əzbəri olub. Mehmandarov ədalətli düzgün adamları qiymətləndirər, yalançılara, saxtakarlara qarşı amansız olarmış. Ona görə tabeçiliyində olanlar ondan çəkinər, ancaq onu sevər, ona inanarmışlar.

 

Öz dilində salamlaşma

 

Hərbi nazir olan kimi Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqda əmr verir: “...Əsgərlərin Azərbaycan türkcəsində salamlaşması - bir sözlə, - “Salam”, cavabının isəƏleyküm salamolmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: “Mərhaba!”, əsgər cavab verməlidir: “Çox sağ ol!”.

 

40 minlik ordu quruldu

 

İl yarım ərzində silahdaşı dostu Əliağa Şıxlinski ilə 40 minlik ordu yaradan Səməd bəy Mehmandarovyuxudan yenicə oyanmış xalqda sağlam milli hiss oyatmalıyıqdeyirdi bunu mübarizə tədbirlərindən biri hesab edirdi: “Biz həmişə boyunduruq altında olmamışıq”- deyib əsgərləri ruhlandırırdı.

 

İşğalçı ölkənin ordeni mənə gərək deyil!

 

Bu sözlər Səməd bəy Mehmandarovundur. 1918-ci ilin noyabrında general Tomsonun başçılığı ilə Bakıya soxulan ingilis ordusunun ağalığına etiraz kimi səslənib. Səməd bəy Birinci Dünya savaşında ingilis komandanlığının ona verdiyi bütün ordenləri geri qaytarıb deyib: “Torpağımı xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil!”.

 

Heç yerə gedəsi deyilik...

 

Öz millətinin ordusunun komandanı olmaq xoşbəxtliyi cəmi ilyarım sürdü. Aprelin 27-də parlamentin son iclasından qayıdan Səməd bəy Mehmandarov ailəsinin çamadanları hazırlayıb yola çıxmaq istədiyini görüb dedi: “Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”.

 

Yüz manatlıq pensiya

 

Sonrakı illər Səməd bəy Mehmandarov Azərbaycan Hərbi məktəbində topçuluqdan dərs deməyə başlayır. Bolşeviklərə hərbi sahəni bilən mütəxəssislər lazım idi. O, mühazirəni rusca, Ə.Şıxlinski isə öz dilimizdə oxuyurmuş. Bu iki ayrılmaz dost hətta Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətini yaratmışdı.

Səməd bəy Mehmandarov 1928-ci ildə səhhətinə görə istefaya çıxır. Ona yüz manat pensiya kəsirlər...

General 1931-ci il fevralın 12-də Bakıda vəfat edir. Onu Çəmbərəkənd qəbiristanlığında dəfn edirlər. Mehmandarovun həyat yoldaşı ərinin ölümündən sonra oğlunu da götürüb Sankt-Peterburqa köçür. 1937-də onları Saratova, 1941-də isə Sibirə sürgün edirlər. Xanım faşistlərin partlatdıqları qatarda həlak olur. Oğlu isə sağ qalır sürgün həyatına davam edir...

 

Yeganə BAYRAMOVA

 

Yeni Azərbaycan.- 2025.- 12 fevral, ¹25.- S.8.