Dini tolerantlığın Azərbaycan modeli...

 

Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlüyün, ksenofobiyanın artdığı bir dövrdə Vətənimiz Azərbaycanın mənzərəsi tamam fərqli cəhətlərlə - multikulturalizm tolerantlıqla səciyyələnir. Asiya ilə Avropanıntəbii körpüsüadlandırılan, sivilizasiyaların, Şərq Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan əsrlərdir ki, fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkan kimi tanınmaqdadır. Dünyada nadir tolerantlıq nümunəsi sayılan Azərbaycan bu gün öz dəyərlərinə sadiqlik nümayiş etdirir. Bu amil istər qanunvericiliyimizdə, istərsə gündəlik yaşamımızda öz əksini tapmaqdadır. Çoxmillətli çoxkonfessiyalı ölkə sayılan Azərbaycanda bütün dinlərin etnik qrupların nümayəndələri sülh əmin-amanlıq şəraitində yaşayırlar.

Qeyd edildiyi kimi, əsrlərdir ki, tolerantlıq nümunəsi sayılan Azərbaycan bu gün öz dəyərlərinə sadiqlik nümayiş etdirir. Müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub bu amil istər qanunvericiliyimizdə, istərsə gündəlik yaşamımızda öz əksini tapmaqdadır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

2258 məscid, 16 kilsə 7 sinaqoq...

 

Qeyd edək ki, hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir, “Azərbaycan İlahiyyat İnstitutupublik hüquqi şəxsin yanındaBakı İlahiyyat Kollecipublik hüquqi şəxs yaradılıb. Eləcə Azərbaycanda 2258 məscid, 16 kilsə 7 sinaqoq fəaliyyət göstərir.

30 il davam edən erməni işğalının Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır - bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Antiterror tədbirlərindən sonrakı dövrdə isə Malıbəyli məscidinin dağıdılması tövlə kimi istifadə edilməsi faktı aşkar edilib. Bu fakt bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir. Statistik rəqəmlər hər şeyi ortaya qoyur. İşğaldan azad edilmiş bölgələrdə təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır - 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

 

Tolerantlıq fərqliliyimiz zənginliyimizdir

 

MövzunuYeni Azərbaycan”a şərh edən Milli Məclisin İctimai birliklər dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, dünyada baş verən hadisələr - dini inancların təcavüzə məruz qalması, milli etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. O, qeyd edib ki, Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa Amerikada İslam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində Qərb Şərq sivilizasiyaları arasında uçuruma yol açır: “Lakin Azərbaycanın müxtəlif xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qürurla vurğulaya bilərik. Respublikamızda ayrı-ayrı etiqad inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühitin olmasına əsas verir. Tolerantlıq fərqliliyimiz zənginliyimiz, xalqımızın xarakteri, özünüifadə forması demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi qanunun aliliyidir. Tolerantlıq həm sosial hadisədir. Tolerantlıq cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu nəticəsində cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir”.

 

Multikulturalizm insanların həyat fəlsəfəsinə çevirilməlidir

 

C.Məmmədovun sözlərinə görə, ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası yenidən tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi olduqca mühüm bir məsələdir. “Digər sahələrdə görülən işlər - dini təhsilin keyfiyyət kəmiyyətcə artırılması istiqamətində verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə atdığı addımlar, keçirdiyi tədbirlər qəbul etdiyi qərarlar ardıcıllığı ilə yanaşı, həm dərin fəlsəfi məzmuna malikdir. Azərbaycan dövləti dünyada sülh əmin-amanlığı qorumaq, multikulturalizmi insanların həyat fəlsəfəsinə çevirmək üçün həm ölkədə, həm respublikanın hüdudlarından kənarda möhtəşəm işlər aparır. Din sahəsi nəzəri fikir üçün daim həssas sahə olmuş hazırda da belə qalmaqdadır. Bütün bu həssaslıq isə sözügedən sahənin daim dövlət himayəsinə qayğısına, hətta nəzarətinə belə ehtiyac yaradır”.

 

Yeganə BAYRAMOVA

 

Yen Azərbaycan.- 2025.- 12 fevral, ¹25.- S.7.