30 illik işğal və
150 milyard dollar dəyərində ziyan
Birinci və İkinci Qarabağ müharibələri
artıq tarixdə qalsa da, işğalın kədərli izlərini
həyatımızdan və yaddaşımızdan silmək
mümkün deyil. Təxminən üç onilliyi əhatə
edən işğal illərində üzləşdiyimiz faciələrin
- mənəvi ziyanın və maddi itkilərin miqyası
çox böyükdür. Qalib Azərbaycan postmüharibə
dövründə ermənilərin hər vəchlə gizlətməyə
çalışdıqları həqiqətləri dünyaya
çatdırmaq üçün müxtəlif platformalarda
beynəlxalq əməkdaşlığa böyük önəm
verir və bu istiqamətdə fəal iş aparır. Bəhs
olunan mövzuda növbəti dəfə Azərbaycan Baş
nazirinin müavini Samir Şərifov beynəlxalq tədbirdə
danışıb. O, İspaniyanın Sevilya şəhərində
keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə
üzrə IV Beynəlxalq Konfransının plenar iclasında
çıxışı zamanı Ermənistanın
müharibə cinayətləri barədə geniş məlumatları
auditoriyanın diqqətinə çatdırıb.
Son dərəcə ağır müharibə cinayətləri
Baş nazirin müavini beynəlxalq tədbirdə 30
illik işğal dövrünün ölkəmizə
vurduğu ziyana diqqət çəkib. O bildirib ki, Azərbaycan
Hökumət Komissiyasının qiymətləndirməsinə
əsasən, hərbi təcavüz və işğal Azərbaycana
150 milyard ABŞ dolları dəyərində zərər
vurub.
Bu, kifayət qədər böyük rəqəmdir və
Ermənistanın müqayisəyəgəlməz ağır
müharibə cinayətləri barədə konkret təsəvvür
yaradır. Məlumdur ki, ermənilər özləri barəsində
heç bir əsası olmayan “mədəni xalq” mifi düzəldiblər.
Onlar müxtəlif beynəlxalq auditoriyalar
qarşısında bu barədə nağıllar
danışmaqdan usanmırlar. Lakin üç onilliyi əhatə
edən işğaldan sonra separatçılardan azad edilən
ərazilərimizdə qalan mənzərə erməni mifini
darmadağın edən növbəti əyani sübutdur. Bu
elə bir kədərli izdir ki, onu ancaq özlərindən
sonra sivilizasiya görməmiş vəhşi tayfalar qoya bilərlər.
Otuz illik işğal dövründə məqsədli
şəkildə viran qoyulan şəhər və kəndlərimizin
siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan
şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın
yüzlərlə kəndini qəsdən dağıdıb,
bütün mədəni və dini abidələrimizi viran
qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə
qarşı genosid) və kultursid (mədəniyyətə
qarşı genosid) nümunələrinə çevirib.
Ağdam o dərəcədə dağıntıya məruz
qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın
Xirosiması” adlandırırlar. Füzuli şəhəri
işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə
də salamat bina tapa bilmirdi ki, onun üzərində
bayrağımızı dalğalandırsın. Ermənistanın
işğalı altında olmuş ərazilərdə 67 məsciddən
65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər
görüb. Hətta qəbiristanlıqlar belə təhqir
olunub, dağıdılıb və talanıb.
Ermənilər 30 il ərzində təbiətin qənimi
rolunda çıxış ediblər. İşğal
dövründə ölkəmizin meşə fonduna ciddi ziyan
vurulub. Bunu təsdiqləyən çoxlu sənədlər,
o cümlədən də “Azərkosmos”un təqdim etdiyi
fotolar var. Bu fotolarda aydın şəkildə
görünür ki, bəhs olunan ərazilərdə
işğaladək və işğaldan sonra nə qədər
sahə meşələrin altındadır. Verilən məlumatlara
görə, ermənilər işğal dövründə
xüsusilə Kəlbəcər, Laçın və Zəngilanda
60 min hektara yaxın meşə fondunu məhv ediblər.
Başqa bir fakt ermənilərin işğal illərində
Qarabağın zəngin su ehtiyatlarını, sözün əsl
mənasında, siyasi təzyiq vasitəsinə çevirmələri
ilə bağlıdır.
Zərərin 15 faizdən artıq hissəsi ərazilərin
minalarla çirklənməsi ilə bağlıdır
Yuxarıda sadalanan faktlardan da göründüyü
kimi, ermənilər işğal dövründə özlərinə
xas olan vandalizm əməllərini müxtəlif istiqamətlərdə
törədiblər. Samir Şərifov bildirib ki, zərərin
15 faizdən artıq hissəsi ərazilərin minalarla
çirklənməsi ilə bağlı olduğundan Azərbaycan
Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi
Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul
edilib və bu yanaşma digər ölkələrə də
tövsiyə olunub. Bəli, işğal illərində sərvətlərimizi
talayan, şəhər və kəndlərimizi, tarixi abidələrimizi
dağıdan ermənilər həm də etnik nifrət zəminində
ərazilərimizdə çoxsaylı mianlar
basdırıblar.
Bu gün də davam edən mina terroru ilə
bağlı təqdim olunan statistika dəhşət
saçır. 44 günlük Vətən müharibəsindən
bəri 400 nəfərə yaxın Azərbaycan vətəndaşı
Ermənistanın mina terrorunun qurbanı olub.
Ərazilərimizdə mina təhlükəsi bu
gün də bütün ciddiliyi ilə qalmaqdadır. Ancaq
beynəlxalq auditoriyalar qarşısında özünü
sülhsevər qiyafədə təqdim edən N.Paşinyan
iqtidarı minalanmış ərazilərin
səhih xəritəsini ölkəmizə
verməyə tələsmir.
Ermənistan rəhbərliyinin bu qəbildən olan
davranışları sülh yaratma prosesinə,
qarşılıqlı etmimad quruculuğuna ciddi zərbədir.
Böyük Qayıdış Proqramı uğurla həyata
keçirilir
Baş nazirin müavininin bildirdiyi kimi, Ermənistanın
təcavüzünə məruz qalmış və ərazilərinin
20 faizi 30 illik işğal altında olmuş Azərbaycan
2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi
bütövlüyünü bərqərar etdikdən sonra
işğaldan azad etdiyi ərazilərinin bərpasına
başlayıb. Ölkəmiz təcavüz nəticəsində
bu ərazilərdən didərgin salınmış
soydaşlarımızın doğma şəhər və kəndlərinə
qaytarılması üzrə Böyük Qayıdış
Dövlət Proqramını həyata keçirir. Bu günədək
proqramın icrasına dövlət büdcəsindən 15
milyard ABŞ dolları məbləğində vəsait sərf
olunub.
İkinci Qarabağ müharibəsi başa
çatandan sonra ermənilər iddia edirdilər ki, Azərbaycanın
işğaldan azad olunmuş əraziləri bərpa etməyə
gücü çatmayacaq və yaxud bunun üçün uzun
zaman lazım gələcək. Qalib Azərbaycan isə belə
iddiaları alt-üst edərək işğaldan azad
olunmuş ərazilərin bərpasına vaxt itirmədən
başladı. Yeni starteji mərhələdə Böyük
Qayıdış ökəmizin beş mühüm prioritetindən
biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti
Qarabağı cənnətə çevirmək və otuz il ərzində
ağır qaçqınlıq və məcburi
köçkünlük taleyi yaşamış
soydaşlarımızın yurd yerlərinə
qayıdışını layiqli şəkildə təmin
etmək əzmindədir. Böyük Qayıdışa dair I
Dövlət Proqramı çərçivəsində
Qarabağa və Şərqi Zəngəzura 140 min insanın
köçürülməsi planlaşdırılır.
Mübariz FEYİZLİ
Yeni Azərbaycan .- 2025.- 3 iyul (¹112).- S.5.