Azərbaycanla İsveçrə
arasında ikitərəfli
münasibətlər yüksək
səviyyədədir
Prezident İlham Əliyev İsveçrənin iqtisadi
məsələləri üzrə
dövlət katibi
Jan-Daniel Gerberi qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dünən
İsveçrənin iqtisadi məsələləri üzrə
dövlət katibi, hökumətlərarası iqtisadi
komissiyanın həmsədri Jan-Daniel Gerberi qəbul edib.
Jan-Daniel Gerber Dünya
Bankının Azərbaycan üzrə nümayəndəsi
olarkən ölkəmizdə bir neçə dəfə səfərdə
olduğunu bildirib, xalqımızın Ümummilli lideri Heydər
Əliyevlə görüşlərini ehtiramla
xatırlayıb. O, ötən dövr ərzində Azərbaycanda
çox böyük iqtisadi inkişaf proseslərinin
getdiyini və əldə olunan bütün bu nailiyyətləri
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
misilsiz xidmətlərinin nəticəsi kimi dəyərləndirib.
Dövlətimizin
başçısı Azərbaycanla İsveçrə
arasında ikitərəfli münasibətlərin yüksək
səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyev
ölkəmizin beynəlxalq maliyyə qurumları ilə, o
cümlədən Dünya Bankı ilə də səmərəli
əməkdaşlıq etdiyini vurğulaıb. Dövlətimizin
başçısı əminliklə qeyd edib ki, Jan-Daniel
Gerberin ölkəmizə bu səfəri Azərbaycan-İsveçrə
münasibətlərinin daha da genişlənməsinə
öz töhfəsini verəcək.
Yeni Azərbaycan.- 2009.- 17 aprel.- S.2.