Gimnastımız Dünya Kubokunda bürünc medal qazandı

 

Azərbaycan gimnastı Aliyə Qarayeva Portuqaliyanın Portimao şəhərində başa çatmış Dünya kuboku yarışlarında bürünc medal qazanıb. İdmançımız ən yüksək nəticəni iplə hərəkətlərin finalında göstərib - 26,275 bal. Aliyə bu alətlə yalnız rusiyalı olimpiya çempionu Yevgeniya Kanayeva hazırkı dünya çempionu Anna Bessonovadan geri qalıb.

Digər finallara gəlincə, Qarayeva lent və halqa ilə 8-ci-9-cu, çoxnövçülükdə isə 12-ci nəticəni göstərib. Kubokda ölkəmizi təmsil edən digər gimnastlardan Anna Qurbanova və Samirə Mustafayeva 49 iştirakçı arasında, müvafiq olaraq, 14 və 30-cu yerləri tutublar. Azərbaycanın böyüklərdən ibarət qrup komandası isə final səkkizliyinin bir addımlığında qalıb.

 

 

Yeni Azərbaycan.- 2009.- 21 aprel.- S.8.