İslam Konfransı Təşkilatının yaranmasından
40 il keçir
Dünən İslam Konfransı Təşkilatının (İKT) təsis günü idi. Özündə 60-a yaxın dövləti birləşdirən
təşkilat 1969-cu ildə
Mərakeşin paytaxtı
Rabatda müsəlman ölkələrinin dövlət
və hökumət başçılarının konfransında
yaradılıb. Ümummilli
lider Heydər Əliyevin 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına səfəri,
səfər əsnasında
müqəddəs Kəbədə
ümrə ziyarəti,
həmçinin, keçirilən
müxtəlif görüşlər
İslam Konfransı Təşkilatı ilə
əməkdaşlığın gələcək inkişafına
zəmin yaradıb.
1994-cü ilin noyabrında
Prezident Heydər Əliyevin təşkilatın
baş katibi ilə Bakıdakı görüşü,
həmin ilin dekabrında İKT dövlət
və hökumət başçılarının Kasablankada
keçirilən 7-ci zirvə
toplantısında iştirakı
Azərbaycanın təşkilat
daxilində mövqeyini
xeyli möhkəmlədib.
Nəticədə İKT zirvə
görüşləri tarixində
ilk dəfə Kasablankada keçirilən
zirvə toplantısında
“Ermənistan-Azərbaycan münaqişəsi
haqqında” siyasi qətnamə qəbul edilib. Son illər
Azərbaycan-İKT münasibətləri
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyub, çoxşaxəli,
qarşılıqlı maraq
əsasında əməkdaşlıq
əlaqələri genişlənib.
Prezident İlham Əliyevin İKT-nin Məkkədə
keçirilən üçüncü
fövqəladə zirvə
toplantısında iştirakı,
Onun təşəbbüsü
ilə İKT xarici işlər nazirlərinin
33-cü sessiyasının, İslam ölkələrinin
ali təhsil və elm nazirlərinin
4-cü konfransının Bakıda
keçirilməsi əlaqələrin
yüksək səviyyədə olmasını təsdiq edir. Ölkəmizlə İKT-nin müxtəlif təşkilatları arasında
münasibətlərin möhkəmlənməsində
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın fəaliyyəti
xüsusilə təqdirəlayiqdir.
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Bakıda keçirilən
“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda beynəlxalq
forumda qurumun baş katibi Ekmaləddin İhsanoğlu
humanitar sahədəki
fəaliyyətinə görə
“İKT-nin humanitar məsələlər
üzrə xüsusi elçisi” statusuna dair diplomu Azərbaycanın
birinci xanımına təqdim edib.
Mehriban xanım
Əliyeva islam
ölkələrinin daxil
olduğu təşkilatın
bu yüksək adlarına layiq görülən ilk qadındır.
Bakının 2009-cu ildə
İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə bağlı qərar da İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz
fəaliyyətinin nəticəsidir.
Ölkəmizlə bu qurum arasında
sıx əlaqələri
daha bir fakt təsdiq edir. 2008-ci il martın
14-də BMT Baş Məclisinin
62-ci sessiyasında Azərbaycan
nümayəndə heyətinin
təqdim etdiyi “Azərbaycanın işğal
edilmiş ərazilərində
vəziyyət” adlı
qətnamənin qəbul
edilməsində İKT-yə
üzv olan dövlətlərin mövqeyi
həlledici rol oynayıb.
Bu gün İslam Konfransı Gənclər Forumunun fəaliyyəti, onun proqram və layihələri də diqqəti çəkir. İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıda ermənilər tərəfindən insanlığa qarşı törədilən ağlasığmaz cinayəti dünya ictimaiyyətinə çatdırmaq, bu cinayətə hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq, dünyada sülh, əmin-amanlıq uğrunda mübarizə aparmaqdır.
Məhz gənclərin fəaliyyətinin
inkişafındakı müstəsna
xidmətlərinə, verdiyi
dəyərli töhfələrə
görə Leyla Əliyevaya təşkilatın
yüksək mükafatı
təqdim edilib.
Bu gün Azərbaycanı İslam Konfransı Təşkilatı ölkələri ilə təkcə milli mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də ciddi şəkildə bağlayır. Bu məsələdə Azərbaycanın siyasi aləmdə qazandığı imic və tutduğu mövqe xüsusi rol oynayır.
Yeni Azərbaycan.- 2009.- 10 dekabr.- S.4.