Müasirlik pedaqoqikanın aktual problemlərimövzusunda elmi-praktiki konfrans keçirilir

 

Dünən Bakı Dövlət Universitetində (BDU) “Müasirlik pedaqoqikanın aktual problemlərimövzusunda elmi-praktiki konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, BDU-nin 90 illik yubileyinə həsr olunan konfransda respublikanın tanınmış elm xadimləri, ziyalılar universitetin müəllim tələbə kollektivi iştirak edib. Konfransı giriş sözü ilə açan BDU-nin rektoru Abel Məhərrəmov bu tədbirin əhəmiyyətini çox yüksək qiymətləndirib. Universitetləri dövlətin dövlətçiliyin barometri adlandıran rektor bildirib ki, bu işlərdə pedaqoqika elminin xüsusi yeri var. Onun fikrincə, bu gün hər bir tələbə ilə fərdi məşğul olmaq lazımdır.

“Dərslərin necə keçirilməsi, tələbə-müəllim münasibətlərində yeni praktikanın, yeni üsullarının öyrənilməsi lazımdır. Hər bir tələbə üçün fərdi tədris planı hazırlanmalı və bütün bu işləri bacaranlara tapşırmaq lazımdır. Bu gün BDU-də tyuturlar fəaliyyət göstərirlər. Onlar isə hər bir tələbə üçün fərdi tədris planı tutaraq onun tədrisə marağını artıran şəxslərdir”, - deyə A.Məhərrəmov vurğulayıb.

Onun sözlərinə görə, dünyada dövlət o zaman tanınır ki, onun elmi, təhsili yüksək səviyyədə inkişaf edir. “Universitet təkcə bilik vermir, həmçinin təlim-tərbiyə ilə məşğul olur”, - deyən universitet rektoru qeyd edib ki, bunu da pedaqoqlar etməlidir. A.Məhərrəmovun sözlərinə görə, pis tələbə yoxdur, pis müəllim var.

Konfransın davamında “Rəqabətədavamlı insanın formalaşmasında təhsilin rolu”, “Pedaqoji psixologiyada istedadlı uşaqların inkişafı və tərbiyəsi konsepsiyasına dair”, “Təhsilin nə üçün strateji məqsədi olmalıdır?”, “Təhsildə kredit sistemi: üstünlüklər və problemlər” və digər mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans öz işini bu gün davam etdirəcək.

 

 

Yeni Azərbaycan.- 2009.- 9 iyun.- S.6.