Müəllim - dünyada ən yüksək ad

 

Dünən ADPU-da məzun günü keçirilib

 

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü keçirilib. Universitet üçün əlamətdar olan bu mərasimdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov, təhsil naziri Misir Mərdanov, rabitə informasiya texnologiyaları naziri Əli Abbasov, millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri başqaları iştirak ediblər.

Qonaqlar öncə universitetdə kompyuterlər vasitəsilə keçirilən semestr dövlət imtahanlarını müşahidə ediblər. Təhsil naziri Misir Mərdanov ADPU-nun tətbiq etdiyi bu texnologiyanı təqdir edərək  digər ali məktəblərdə bu üsuldan istifadə edilməsini məqsədəuyğun sayıb. Onun fikrincə, bu texnologiyanın tətbiqi nəticəsində hər hansı subyektivliyə yol verilmir. ADPU-nun Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini deyən M.Mərdanov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məzunlar qarşısında çıxış edən ADPU-nun rektoru Yusif Məmmədov bildirib ki, müəllimlik peşəsi cəmiyyətdə mövcud olan peşə ixtisasların arasında xüsusi yer tutur: “Müəllimlik çətin, məsuliyyətli, amma eyni zamanda şərəfli müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun elmi dünyagörüşünü, daxili mənəvi dünyasını ictimai-siyasi baxışlarını formalaşdıran müqəddəs bir varlıqdır. Bütövlükdə götürdükdə isə xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır”.

Onun sözlərinə görə, hazırda respublikamızın kənd rayonlarında pedaqoji kadrlara böyük tələbat var. Universitetin məzunlarının respublikamızın müxtəlif bölgələrində müəllim kimi fəaliyyətə başlaması bu tələbatın ödənilməsində mühüm rol oynayacaq. Rektor qeyd edib ki, bu il universiteti 10 fakültə üzrə əyani şöbədə 1214 nəfər, qiyabi şöbədə isə 8 fakültə üzrə 660 nəfər bitirir. Hər il olduğu kimi 2009-cu ildə universitetin əyani şöbəsini bitirən  məzunlar respublikanın 50-dən çox rayonuna öz ixtisasları üzrə işləməyə göndəriləcəklər. Y.Məmmədovun sözlərinə görə, bu il ADPU-nu riyaziyyat, fizika, kimya biologiya ixtisasları üzrə bitirmiş 99 nəfər türkiyəli tələbə ixtisaslarına uyğun  işləmək üçün öz ölkələrinə göndəriliblər. Eyni zamanda, universiteti 10 istiqamət, 38 ixtisas üzrə 277 magistr bitirib.

Ali məktəbi bitirmək münasibətilə məzunları təbrik edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov onlara gələcək fəaliyyətlərində böyük nailiyyətlər arzulayıb. O qeyd edib kiməhz bu gündən etibarən bu gənclərin həyatının yeni, mühüm mərhələsi başlayır: “Artıq sizlər əvvəllər parta arxasında oturduğunuz məktəblərə müəllim kimi qayıdırsınız. Dövlətimizin xalqımızın sizdən gözləntiləri çoxdur. Siz bir müəllim olaraq, məktəblərdə gənc nəsli dövlətimiz üçün layiqli vətəndaş kimi yetişdirəcək, valideynlər üçün yaxşı övlad olaraq tərbiyə edəcəksiniz. İnanırıq ki, dövlətimizin cəmiyyətimizin bu etimadını doğruldacaqsınız”.

Ə.Əhmədov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev elmə təhsilə yüksək qayğı göstərir, bu sahənin hərtərəfli inkişafına dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi yanaşılır. Onun fikrincə, bu amil elm təhsilin hərtərəfli inkişafına əlverişli şərait yaradır. Yeni Azərbaycan Partiyası Sədrinin müavini gənclərin bilik bacarıqlarını nümayiş etdirməsi üçün hər bir imkanın olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən akademik Budaq Budaqov məhz bu ali məktəbin məzunu olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ölkə təhsili sürətlə inkişaf edir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, təhsil işçilərinin maddi durumu yaxşılaşdırılır: “Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın bölgələrində xeyli sayda yeni, müasir tipli məktəb binaları inşa edilib. Bütün bunlar cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir”.

B.Budaqov əmin olduğunu bildirib ki, indiki məzunlar müəllim adının şərəfini qoruyacaqlar.

Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Halis Koyuncuoğlu çıxışında bildirib ki, müəllim peşəsi müqəddəsdir. Ümummilli liderimiz Heydər ƏliyevinMən yer üzündə müəllimdən yüksək ad tanımıramkəlamını xatırladan H.Koyuncuoğlu məzunlara bu şərəfli peşəni layiqli şəkildə təmsil etməyi arzulayıb. O qeyd edib ki, bu universitetdə xeyli sayda Türkiyə vətəndaşları da təhsil alır. Həmin  tələbələr hazırda universitetin səviyyəsindən xeyli razıdırlar. “Ona görə , Türkiyə dövləti gələcəkdə bu təhsil ocağına tələbələrini göndərəcək”, deyən diplomat, universitetin rektoruna Türkiyənin ölkəmizdəki səfirliyinin adından diplom təqdim edib.

Qeyd edək ki, mərasim rəsmi hissədən sonra konsert proqramı ilə davam etdirilib.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2009.- 26 iyun.- S.3.