Yeni Azərbaycan təşviqat qrupu Lerik rayonunda görüşlər keçirib

 

DünənYeni Azərbaycantəşviqat qrupu Lerik rayonunun  on iki kəndini əhatə edən Cəngəmiran, Vizəzəmin, Piran kənd seçki məntəqələrində görüşlər keçirib. Görüşləri  giriş  sözü  ilə  açan  “Yeni Azərbaycantəşviqat qrupunun Lerik rayon şöbəsinin sədri Elxan Qəmbərov Konstitusiyaya təklif edilən əlavə   dəyişikliklərin referenduma çıxarılmasının əhəmiyyətindən danışıb: “Təklif edilən əlavə dəyişikliklər  Milli  Məclisin müzakirəsinə verilə   orada  qəbul olunmuş   qərarla həyata  keçirilə  bilərdi. Amma  bu  təkliflərin ümümxalq  səsverməsinə  çıxarılması Azərbaycanda həqiqi  demokratiyanın seçki  hüququnun qorunmasının təzahürüdür”.
Təşviqat qruplarının xalq  arasında  apardığı  təbliğatın  əhəmiyyətindən  söhbət  açan  E.Qəmbərov bunun  referendumqabağı  maarifləndirmə  üçün  önəm  daşıdığını da vurğulayıb: “Əhalinin müəyyən  təbəqəsini, məsələn, təqaüdçünü bir neçə maddəsosial vəziyyəti aşağı olan ailəni başqa bir maddə maraqlandırır. Amma bütünlükdə Azərbaycan xalqını, Lerik rayon əhalisini bir məsələ maraqlandırır.  Niyə seçici olaraq  onun bir şəxsi  iki  dəfə deyil, bir neçə dəfə seçmək hüququ yoxdur?”

Elxan Qəmbərov  bir neçə  ay bundan   əvvəl  prezident   seçkiləri  zamanı  əhalini narahat edən bu suallarla qarşılaşdığını xatırladıb seçici huququ olan şəxsləri ümümxalq səsverməsində aktiv iştirak  etməyə  çağırıb.

Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri, “Yeni Azərbaycantəşviqat qrupunun səlahiyyətli nümayəndəsi Hadı Rəcəbli Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin mahiyyəti barədə sakinlərə ətraflı məlumat verib. Səlahiyyətli  nümayəndə, həmin  dəyişikliklərin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında hansı mühüm irəliləyişlərə səbəb olacağını söyləyib.  O, bildirib  kixalqımız referendumun keçirilməsinin hansı zərurətdən yarandığını gözəl başa düşür öz iradəsi, arzu istəklərinin  reallaşacağı günü səbirsizliklə gözləyir: “Bütün Lerik əhalisi  ümumxalq səverməsinə çıxarılacaq maddələrin sosial sifariş olduğunu, layiqli həyat səviyyəsinin dövlət  tərəfindən təmin olunmasının Əsas Qanunumuzda  əksini tapacağını, insan  hüquq   azadlıqlarının daha da  genişlənəcəyini gözəl  başa düşür”...

... Xalqın bu dəyişiklikləri dəstəkləməsinin siyasi-iqtisadi səbəbləri haqqında  danışan millət vəkili Hadi Rəcəbli ölkəmizdə sabitliyin möhkəmlənməsi, iqtisadi islahatların davamlı olması, demokratik dəyərlərin daha da geniş xarakter alması istəyi  ilə yanaşı, daha  bir  arzunun  gerçəkləşməsi üçün insanların səy göstərdiyini   bildirib: “Lerik sakinləri   daxıl olmaqlabütün Azərbaycan xalqı özünün yeganə siyasi lideri kimi Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi görürlər. Biz bunun  prezident  seçkiləri  zamanı da şahidi  olduqMənə sual verirdilər ki, niyə  biz  öz rəhbərimizi  üçüncü, dördüncü dəfə prezident seçə bilmərik? Konstitusiyaya təklif edilən dəyişikliklər həm Azərbaycan xalqına  öz müqəddəratını istədiyi kimi  həll etmək imkanı verir. Bu imkanı xalqın əlindən kimsə ala bilməz”.

Konstitusiya təklif olunan dəyişikliklərin qəbul edilməsi Azərbaycanın mütərəqqi inkişafına, beynəlxalq aləmdə insan haqlarının daha etibarlı müdafiəsinə, respublikamızın nüfuz mövqelərinin daha da möhkəmlənməsinə zəmin yaratmış olacağını  deyən Hadı Rəcəbli tədbirin sonunda sakinləri maraqlandıran suallara ətraflı cavablar verib.

 

 

KƏBUTƏR

 

Yeni Azərbaycan.-2009.- 6 mart.- S.9.