Tovuzlular Konstitusiya islahatlarını dəstəkləyir
“Yeni
Azərbaycan” təşviqat qrupu martın 18-də keçiriləcək
referendumla bağlı Tovuz rayonunda bir sıra tədbirlər
keçirib
“Yeni Azərbaycan” təşviqat qrupu martın 18-də keçiriləcək referendumla bağlı Tovuz rayonunda bir sıra tədbirlər keçirib.
Tədbiri giriş
sözü ilə açan “Yeni Azərbaycan” təşviqat
qrupunun Tovuz rayon şöbəsinin sədri Bəhruzər
Rüstəmov Konstitusiyaya əlavə və dəyişikliklərlə
bağlı məlumat verərək bildirib ki, Konstitusiya
islahatları dövlətçiliyimizin möhkəmlənməsinə,
iqtisadi inkişafın yüksəlişinə və sosial
rifahımızın yaxşılaşmasına xidmət edir:
“Ona görə də, Konstitusiya islahatlarının həyata
keçirilməsi vacibdir. Bu qanunların təkmilləşdirilməsi
məhz onların yaxşı vəziyyəti, layiqli həyat
şəraiti üçün nəzərdə tutulub”.
Çıxış edən
“Yeni Azərbaycan” təşviqat qrupunun vəkili Nizami Cəfərov
Konstitusiyanın bütün maddələrinin vətəndaşların
hüquq və azadlıqlarının etibarlı təmin edilməsi,
onların layiqli sosial həyat səviyyəsinin möhkəmlənməsi,
iqtisadiyyatımızın inkişafı nəticəsində
sosial proqramların həyata keçirilməsi
üçün dərin əsaslar yaratdığını
xatırladıb. Dövlətin gələcəyimiz olan
uşaqların qayğısına qalmasından danışan
təşviqat qrupunun vəkili cəmiyyətimizin özəyi
olan uşaqların sosial müdafiəsinin gücləndirilməsinin
əhəmiyyətinə də toxunub. Bundan başqa, vətəndaşların
ləyaqətini alçaldan məqamlarla bağlı bir
sıra məlumatların yayılmasını məhdudlaşdıran
18-ci maddə haqqında məlumat verən natiq ümumilikdə,
Konstitusiyanın mütərəqqi dəyişikliklərini təqdir
edib.
“Yeni Azərbaycan” təşviqat
qrupunun vəkili, xalq şairi Zəlimxan Yaqub ölkəmizdə
siyasi və iqtisadi proqramların uğurlarından
danışıb, Konstitusiya islahatlarının qəbulu nəticəsində
bu siyasətin məntiqi inkişafının davamlı xarakter
alacağını söyləyib: “Azərbaycan yeni inkişaf
mərhələsindədir, düşünülmüş
siyasət, sosial proqramlar insanların layiqli həyat səviyyəsinin
təmin olunmasına söykənir. Ölkəmiz sürətlə
inkişaf edir, həyata keçirilən layihələr nəticəsində
maliyyə imkanlarımız artır, vətəndaşların
sosial təminatları güclənir”.
Sonda natiqlər tovuzlu
seçiciləri 18 martda seçki məntəqələrinə
gələrək Referendum Aktına səs verməyə
çağırıb.
Görüş
iştirakçıları isə Azərbaycanın sürətli
inkişafının davamlı olması naminə Konstitusiyaya
təklif olunan əlavə və dəyişikliklərin lehinə
səs verəcəklərini birdiriblər.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2009.-7 mart.- S.5.