Kürdəmir
inkişafının keyfiyyətcə yeni mərhələsindədir
2008-ci
il rayon tarixində uğurlarla yadda qalıb
Əsası Ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan və
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki
regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə
olan dövlətlərindən birinə çevirib. Bu
uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın
bütün guşələrində tərəqqi hiss edilməkdədir.
Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi
inkişafı” Dövlət Proqramı (2004-2008-ci illər) Azərbaycanın
inkişafına təkan verib. Sənədin imzalanmasından
sonra aparılan işlər və əldə edilən nəticələr
belə deməyə əsas verir. Bundan başqa, dövlət
başçısının səfər etdiyi hər bir
şəhər və rayonda yerli rəhbərlərə
sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi
xüsusi tapşırıqlar da diqqət mərkəzindədir.
Bu, özünü Kürdəmirdə də qabarıq şəkildə
büruzə verir. “Yeni Azərbaycan” qəzeti olaraq 2004-2008-ci
illəri əhatə etmiş “Regionların sosial-iqtisadi
inkişafı” Dövlət Proqramının yerlərdə
necə həyata keçirilməsini, rayon, şəhər, qəsəbə
və kəndlərimizin necə inkişaf etməsini
oxucularımıza bir daha əyani surətdə
çatdırmaq üçün
başladığımız layihəni davam etdiririk.
Kürlə dəmir necə qovuşdu...
Kürdəmir inzibati ərazi
kimi Sovet dövründə rayon statusu alsa da, buradakı bəzi
yaşayış məskənlərinin adı hələ qədim
dövrlərin tarixin yaddaşına həkk olunub. Məsələn,
rayonun Sığırlı kəndinin adı hələ Səfəvilər
imperiyası dövründən çəkilir. Karrar kəndinin
də tarixi qədim dövrlərə dayanır. Hələ ərəb
işğalçılarına qarşı mübarizə
dövründə bu kəndin adı xürrəmilərə
yardımçı qüvvə kimi çəkilirdi.Rayonun
adı haqqında isə bir sıra fikirlər səsləndirilir.
Bəzi mənbələrdə Kürdəmir sözü Azərbaycanın
əsas infrastrukturlarından sayılan dəmir yolu xəttinin
bu rayonun ərazisindən keçməsi və Kür
çayının da məhz bu rayonun sərhəddini bölməsi
ilə əlaqələndirilir. Bununla yanaşı, rayonun əsasının
Əmir titullu şəxs tərəfindən (Kür Əmir-”kür”
sözü qədim dilimizdə qəzəbli, hirsli mənasında
da işlənib) qoyulması ilə əsaslandırılır.
Kürdəmir əsasən kənd təsərrüfatı
rayonudur. Pambıqçılıq, taxılçılıq,
heyvandarlıq, habelə, üzümçülük,
bostançılıq və baramaçılıq
mühüm yer tutur. Rayonda quşçuluq və
maldarlıqla da məşğul olurlar. Burada şərab və
asfalt zavodları, məişət xidməti kombinatı,
respublika əhəmiyyətli iri un kombinatı var. Ən
böyük yaşayış məntəqələri -
Kürdəmir şəhəri, Atakişili, Xırdapay, Yenikənd,
Karrar, Mollakənd, Şilyan, Qarasaqqal, Muradxanlı, Pirili,
Sığırlı, kəndləridir. Müasir Kürdəmir
Ağsu, Sabirabad, Göyçay, İmişli rayonlarıyla həmsərhəddir.
razisi 1632 kvadrat kilometr, əhalisi isə 94200 nəfərdir.eniləşən
və gəncləşən Kürdəmir...
2008-ci il bütün
rayonlarımız kimi Kürdəmirin də tarixinə
böyük uğurlarla yazılıb. Xatırladaq ki,
bütün rayonlar kimi Kürdəmir də hər zaman
ölkə başçısı İlham Əliyevin
xüsusi diqqətində olub. 2008-ci il sentyabrın 24-də
Prezident İlham Əliyevin rayona səfəri və rayon
ictimaiyyəti ilə görüşü bunu bir daha sübut
edir. Ölkə başçısı səfəri çərçivəsində
“Gənclər Evi”nin, Kürdəmir Olimpiya İdman
Kompleksinin, Şirə Emalı Zavodunun və Kürdəmir
“Dairəvi Yol”unun açılışını həyata
keçirib.
2008-ci ildə Kürdəmir
rayonu böyük nailiyyətləri ilə də seçilib.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)
təsdiq edilməsi haqqında” 11 fevral 2004-cü il tarixli Fərmanına
əsasən rayonun sosial-iqtısadi inkişafı ilə
bağlı proqramda nəzərdə tutulmuş tədbirlər
həyata keçirilib. “Azərsun” Holdinq şirkətlər
qrupunun 34 hektar torpaq sahəsinə malik “Kürdəmir Süd
Emalı”, “Qafqaz Holdinq” şirkətinin 30 hektar torpaq sahəsinə
malik Lift istehsalı zavodlarının tikintisi davam etdirilib. 2008-ci
ildə ötən illə müqayisədə ümumi məhsul
istehsalı 42,3 faiz və ya 82,2 milyon manat artaraq 232 milyon manata
çatıb. Ötən il 72,9 faiz çox, və ya 52 milyon
730 min manatlıq sənaye məhsulu istehsal edilib ki, onun da 93,3
faizi qeyri-dövlət sektorunun payına düşür.Sənaye
məhsulunun 95,4 faizi emal, 4,6 faizi isə elektrik enerjisi,qaz və
su təchizatı bölməsinin payına düşür.
Aqrar islahatlar
inkişafın əsas meyarıdır
Rayonda aqrar
islahatların uğurla həyata keçirilməsi, aqrar sahədə
sahibkarlığın inkişafı üçün
yaradılmış işgüzar şərait və bu sahəyə
ardıcıl olaraq göstərilən dövlət dəstəyi
nəticəsində ötən ildə də kənd təsərrüfatı
sahəsində yüksək göstəricilər əldə
olunub. Azərbaycan Respublikası Prezidentinin dövlət təsərrüfatı
subyektlərinin işini nizamlamaq, əkinçiliyə diqqəti
daha çox artırmaq məqsədi ilə “Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqında” imzaladığı Sərəncam kənd
təsərrüfatında çalışan insanların
daha yüksək fəallıqla işə bağlanmasına
stimul verib. Ötən il dənli bitkilərin əkin sahəsi
688 hektar artaraq 28684 hektara çatdırılıb. Nəticədə
2008-ci ildə 60 min 92 ton taxıl (2007-cı ildəkindən 2
min 38 ton çox), 22 min 943 ton tərəvəz (2007-cı ildəkindən
241 ton çox), 47 min 237 ton bostan məhsulu (2007-cı ildəkindən
310 ton çox), 14 min 682 ton kartof (2007-cı ildəkindən
1458ton çox), 5 min 107 ton üzüm (2007-cı ildəkindən
900 ton çox) istehsal edilib. Rayonda
üzümçülüyün və
narçılığın ınkışafına
xüsusı dıqqət yetirilir. Təsadüfi deyil ki,
Kürdəmir nəinki Azərbaycanda, dünyada nar məhsulu
ilə xüsusilə məşhurdur. 2008-ci ildə 40 hektar
sahədə yeni üzüm bağları salınaraq 693
hektara, 299 hektar sahədə isə yenı meyvə
bağları salınaraq 2872 hektara çatdırılıb.
2008-ci ilin payızında 35 min 432 hektar sahədə taxıl əkılib
ki, bu da keçən ildən 25,3 faiz çoxdur. Əkin sahəsinin
56,8 faizini arpa, 43,2 faizini isə buğda təşkil edir.
Taxılçılığın, eləcə də diğər
kənd təsərrüfatı bitkilərinin inkişafı
üçün meliorasiya və suvarma sistemlərinin yeniləndirilməsi
mühüm rol oynayıb. Bu məqsədlə 162 km. kollektor
və drenay şəbəkələri, 476 km. uzunluğunda isə
təsərrüfatlararası kanallarda qazma və lildən təmizlənmə
işləri aparılıb, 4.5 km. yeni kollektor, 74 km.
uzunluğunda isə yeni torpaq kanalı çəkilib, 7 ədəd
yeni nasos kompleksi, 45 ədəd yeni hidrotexniki qurğu qurulub,
digər nasos stansiyalarında isə təmir işləri
aparılıb.
2008-ci il Kürdəmirdə
maldarlıq sahəsinin də inkişafında uğurlu olub. Bu
sahədə inkişaf nəzərəçarpacaq dərəcədədir.
2008-ci ildə həm fərdi, həm də fermer təsərrüfatlarında
böyük irəliləyiş müşahidə edilib. Ötən il irıbuynuzlu mal-qaranın sayı 59 min 932 baş (2007-ci ildəkindən
1880 baş çox), davarların sayı isə 123 min 531 baş (2007-ci ildəkindən
2 min 721 baş çox) olub. Ət istehsalı 5 min ton (2007-ci ildəkindən 50 ton çox), süd istehsalı 24 min 384 ton (2007-ci ildəkindən
471 ton çox),
yumurta istehsalı 11 milyon 689 min ədəd (2007-ci ildəkindən
449 min ədəd çox) olub. Rəqəmlərdən göründüyü kimi, kəndli öz şəxsi təsərrüfatının sahibinə
çevrilərək onu
inkişaf etdirir, bu da bazarlarda
məhsul bolluğunun
yaradılmasına, qiymətlərin
nəzərəçarpacaq dərəcədə aşağı
düşməsinə, istehsalçıların
maddı rifah halının xeyli yaxşılaşmasına
səbəb olub.
İnşaat və tikinti rayona yeni sima verir...
2008-ci il Kürdəmirin
inşaat həyatında da xüsusi dəst-xətt qoyub. İl
ərzində bütün maliyyə mənbələri
hesabına 59 milyon 790 min manat məbləğində
investisiya əsas kapitala yönəldilib ki, bu da əvvəlki
illə müqayisədə 85,4 faiz çoxdur.İstehsal təyinatlı
obyektlərin inşasında istifadə edilmiş investisiya əsas
kapitala yönəldilmiş investisiyanın 87,9 faizini təşkil
edib. 2008-ci ildə vətəndaşların şəxsi vəsaiti
hesabına ümumi sahəsi 4100 kv.m olan 509,5 min manat dəyərində
43 yeni yaşayış evi, dəyəri 124,9 min manat olan 18
sahibkar obyektinin tikintisinə icazə verilib. Rayona
abadlıq-quruculuq işlərinin aparılması
üçün ayrılmış vəsait hesabına şəhərin
“Bakı” prospektində böyük həcmdə işlər
aparılıb. Prospektdə 1676 metr uzunluğunda “Avrolüks”
hasarlar quraşdırılıb, 2050 kv.m ölçüdə
hasarlar yeni üzlük tavaları ilə üzlənib, 1200
kv.m piyada yoluna üzlük tavaları döşənib, 3 km
uzunluğunda prospekti əhatə edən 2 lampalı yeni
küçə işıqlanması sistemi
quraşdırılıb. Bununla yanaşı, rayonun Köhnəbazar
və Atakişili kənd orta məktəblərinin
yaxınlığına, Şıxımlı, Qaraqocalı kəndlərində
magistral yol boyu piyada səkisi salınıb. Ötən il Heydər
Əliyev prospektində, Bakıxanov, 20 Yanvar, Ə.Abdullayev,
Vaqif küçələrində ümumi sahəsi 15 min 155
kv.m əraziyə yeni asfalt salınıb, “Cənub”məhəlləsində
3000 m, 63-cü məhəllədə isə 1820 m yol
çınqılla hamarlanıb. Yerli büdcənin vəsaiti
hesabına rayonun Atakişili kəndinə gedən yolun 0,5
km-nə, Xırdapay kəndinə gedən yolun 0,6 km-nə
asfalt döşənib, Çöhranlı kəndində 9
km və Sığırlı kəndində 17 km kəndarası
yollara çınqıl örtüyü döşənərək
bərpa edilib. Bu işlərin görülməsinə 140 min
manat vəsait sərf olunub. Rayonun Qocalı, Mehdili,
Axtaçı, Carlı, Köhünlü, Şilyan, Karrar və
Pirili kənd yollarında 73400 m hamarlama işləri
aparılıb. 32126 m ölçüdə kənd yolu
çınqıl materialı ilə bərpa edilib. Bu məqsədlə
yerli büdcədən 79,7 min manat vəsait xərclənib. “bp”
şirkətinin maliyyə dəstəyi ilə “AzKİL”
qeyri-hökumət təşkilatının layihəsi əsasında
71 min manat investisiya cəlb olunmaqla rayonun Dəyirmanlı kəndində
yolun 3,3 km-i, Sığırlı kəndində isə 4,8
km-i hamarlanaraq çınqıl materialı ilə bərpa
edilib.
Kürdəmirdə
işsizlik problemi öz həllini tapıb
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli
gələn əsas vəzifələrdən biri də əhalinin
məşğulluğunun təmin olunması və yeni iş
yerlərinin açılması məsələsidir ki, bu da
Kürdəmirdə olduqca yüksək səviyyədə təşkil
edilib. Son beş ildə rayonda mövcud müəssisələrin
fəaliyyəti genişləndirilib, yeni emal, istehsal müəssisələri
açılıb və nəticədə iş yerlərinin
sayı xeyli artıb. Beş il ərzində rayonda 8805 yeni
iş yeri açılıb ki, bunun da 5499-u daimi, 3306-sı isə
mövsümi xarakterlidir. 2008-ci ildə isə 643 yeni iş
yeri yaradılıb ki, bunun da 393-ü daimidir. Rayon üzrə
əməkhaqqı fondu ötən illə müqayisədə
26,5 faiz çox olub. Rayonun iqtisadiyyatında
çalışan işçilərin orta aylıq əməkhaqqı
138,9 manat (2007-cı ilə nisbətən 25 faiz çox) olub.
Təhsil, səhiyyə
və mədəniyyət sahələri hər zaman diqqət
mərkəzindədir
Rayonda təhsil, səhiyyə
və mədəniyyət sahələrinin inkişaf etdirilməsi
2008-ci ildə də diqqət mərkəzində olub. Ötən
il rayonun tarixində ilk dəfə olaraq müasir standartlara
cavab verən beş yeni məktəb binası tikilib istifadəyə
verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Sərəncamı ilə qəzalı vəziyyətdə
olan məktəblərin tikintisi ilə əlaqədar
Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına
Dəyirmanlı kəndində 640 və 480 şagird yerlik
şəhər 6 saylı orta məktəbləri və
Dövlət Proqramına uyğun olaraq 190 şagird yerlik
Böyük Kəngərli orta məktəbi, Heydər Əliyev
Fondunun təşəbbüsü ilə “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramına uyğun olaraq 360
yerlik Yenikənd , 300 şagird yerlik şəhər 4 saylı
orta məktəbləri istifadəyə verilib. Son beş ildə
rayonda 20 yeni məktəb və ya 5570 şagird yerlik 280 sinif
otağı tikilib istifadəyə verilib. Bu əvvəlki
20-25 ildə tikilən məktəb və sinif
otaqlarının sayından 4 dəfə çoxdur. Rayonun digər
tədris müəssisələri isə rayon İcra Hakimiyyətinin
tədbirlər planına uyğun olaraq hami təşkilatların
köməkliyi ilə vaxtında təmir olunub. Şəhər
2 saylı orta məktəbində yeni istilik sistemi
quraşdırılıb.Rayonda maddi və mədəni irsin
qorunması və inkişaf etdirilməsi istiqamətində
davamlı olaraq tədbirlər həyata keçirilir. O
baxımdan fəaliyyət göstərən Heydər Əliyev
Muzeyi, Tarix Diyarşünaslıq Mıızeyi, Dövlət
Rəsm Qalereyası, Uşaq İncəsənət Məktəbi
və kitabxanalar xüsusi vurğulanmalıdır. Ölkə
əhəmiyyətli orta əsrlərə aid “Qaratəpə
yaşayış yeri və qəbiristanlıq”, “Şəhərgah
yaşayış yeri” abidələri rayon Mədəniyyət
və Turizm Şöbəsinin abidə mühafizəçiləri
tərəfindən qorunur. Bu il N.Nərimanov adına rayon Mədəniyyət
Evində, Tarix-Diyarşünaslıq Muzeyində, Mərkəzi
Kitabxanada, Uşaq Kitabxanasında, Qarasu kənd
Kitabxanasında, Köhünlü Kənd Mədəniyyət
Evində əsaslı təmir işləri aparılıb. 2008-ci
ildə gənclər üçün nəzərdə
tutulan ümumi sahəsi 432 kv.m və 6 otaqdan ibarət
müasir tələblərə cavab verən “Gənclər
Evi” tikilərək istifadəyə verilib. “Gənclər
Evi”ndə Heydər Əliyev guşəsi, internet şəbəkəsinə
qoşulmuş kompüter otağı, tennis, bilyard idman
oyunları salonu və geniş diskoteka zalı fəaliyyət
göstərir. Bununla yanaşı, ötən il Kürdəmirdə
respublikada ən müasir standartlara cavab verən 600 yerlik əl-idman
oyunları maneji, 200 yerlik üzgüçülük hovuzu,
mini-futbol, voleybol, basketbol meydançaları, tennıs
kortları, 5 ədəd 2 mərtəbəli kottecləri olan
Kürdəmir Olimpiya İdman Kompleksi, 2000 yerlik şəhər
stadionu tikilib istifadəyə verilib. Bu isə rayon gənclərinin
həm normal səviyyədə istirahəti üçün,
həm də sağlamlığı üçün
xüsusi rola malikdir. Təbii ki, bütün bu addımlar
ölkə Prezidentinin gənc nəslin sağlam yetişməsinə
göstərdiyi böyük qayğının təzahürüdür.
Hazırda bu obyektlərdə müxtəlif idman növləri
üzrə dünya və respublika çempionatlarının
keçirilməsi üçün bütün şərait
mövcuddur. Xatırladaq ki, rayonun yeniyetmələrdən ibarət
voleybol komandası Gəncə şəhərində
keçirilən Respublika çempionatında 2-ci, futbol
komandası isə 3-cü yeri tutub. Moskva şəhərində
keçirilən karate üzrə Avrasiya çempionatında
Kürdəmir idman məktəbinin yetirməsi Eldar Heydərov
bayrağımızı yüksəklərə
qaldırıb.
Vətəndaşların
sosial rifahı ölkəmizin prioritetlərindəndir...
Azərbaycan
Respublikası Prezidentinin yoxsulluğun aradan
qaldırılması üçün “Ünvanlı Dövlət
Sosial Yardımı”nın verilməsi barədə Sərəncamından
sonra 3618 yoxsul ailə bu imtiyazla təmin olunub. Təqaüd və
müavinətlərin vaxtında və ödənişin
mütərəqqi üsullarla-plastik kartla-bankomatlar vasitəsi
ilə həyata keçirilməsi diqqət mərkəzində
saxlanılır. Rayonun ayrı-ayrı yerlərində 8 ədəd
bankomat fəaliyyət göstərir və yaxın aylarda daha
2 bankomatın quraşdırılması üçün tədbirlər
görülür. Rayonda 13 min 666 nəfər pensiyaçınin
hamısı plastik kartla təmin olunub. Rayonun Əmək və
Əhalinin Məşğulluq Mərkəzi tərəfindən
371 nəfər işlə təmin olunub ki, onların da 99 nəfəri
qadınlardır. Bu məqsədlə keçirilən əmək
yarmarkasının rolu böyükdür. Rayonda əlil və
şəhid ailələrinin, qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi
diqqət mərkəzində saxlanılır. 2004-2008-cı
illərdə ümumi sahəsi 2150 kv.m olan Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 16 mənzilli 2 mərtəbəli 2 ədəd
yaşayış binası və bir fərdi ev tikilib istifadəyə
verilib. Ümumilikdə bu kateqoriyadan 32 ailə mənzillə
təmin edilib. Qarabağ əlilləri və şəhid ailələrinin
problemlərini aradan qaldırmaq məqsədi ilə rayon icra
hakimiyyəti başçısının tövsiyəsi ilə
40 nəfər Qarabağ əlili və 23 şəhid ailəsi
rayonun idarə, müəssisələri tərəfindən
himayəyə götürülub və hər ay onlara maddi
yardımlar edilir. 2008-ci il ərzində Qarabağ,
Çernobıl əlillərinə və şəhid ailəsinə
(ümumilikdə 46 ailəyə) 2840 manat məbləğində
maddi yardım və bu kateqoriyalardan 798 ailəyə 8500 manat dəyərində
ərzaq bağlamaları verilib. Rayonda 2349 nəfər məcburi
köçkün və qaçqın, 303 nəfər
Özbəkistandan deportasiya edilmiş Axıska türkləri
məskunlaşıb. Hər il bayramlarda məcburi
köçkünlərlə görüşlər
keçirilir və hədiyyələr təqdim olunur.
İnfrastrukturların
yenilənməsi rayon əhalisinə rahat yaşayış bəxş
edib
2008-ci ildə rayonda rabitə xidmətindən 499,9 min manat gəlir əldə edilib. Bu isə ötən illə müqayisədə 8,6 faiz çoxdur. Nəqliyyat müəssisələri tərəfindən 628 min ton yük (2007-ci illə müqayisədə 8,2 faiz çox), 4 milyon 562 min nəfər sərnişin (2007-ci illə müqayisədə 4,1 faiz çox) daşınması həyata keçirilib. Ötən il ərzində rayonun istehlak bazarında əhaliyə 118,5 milyon manatlıq istehlak malları satılıb və 19,3 milyon manatlıq pullu xidmətlər göstərilib ki, bu da əvvəlki illə müqayisədə 34,5 faiz çoxdur. Əhaliyə pərakəndə ticarət şəbəkələrində 115,2 milyon manatlıq (2007-ci ildən 33,7 faiz çox), iaşə müəssisələrində isə 3,3 milyon manatlıq və ya 60,2 faiz çox əmtəə satılıb. 2008-ci il ərzində rayon əhalisinə 150,9 min manatlıq kommunal xidməti göstərilib. Bundan başqa, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Yaşayış məntəqələrinə elektrik enerjisi verilişini yaxşılaşdırmaq məqsədi ilə şəhər ərazisində 69 ədəd, kəndlərdə isə 46 ədəd 10 kv-luq beton dayaqlar əkilib, 19 km uzunluğunda hava xəttində əsaslı təmir işləri aparılıb, Cənub məhəlləsində 160 kv-lıq, Qarasaqqal kəndində isə 100 kv-lıq yeni transformator yarımstansiyası quraşdırılıb. Şilyan və Qarasu kəndlərini elektrik enerjisi ilə təmin edən 10 kv-lıq hava xəttinin 3,7 km hissəsində yenidənqurma işləri aparılaraq 29 ədəd, Çöhranlı kənd əhalisini elektrik enerjisi ilə təmin edən 10 kv-lıq hava xəttində isə 17 ədəd beton dayaq əkilərək yeni xətlər çəkildikdən sonra həmin kəndlərə enerji verilişində olan problem aradan qaldırılıb. İstehlak olunan elektrik enerjisinin, təbii qazın və suyun haqqının əhali tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı yanında xüsusi qərargah yaradılıb. Qərargah tərəfindən aparılan təbliğat işi öz müsbət nəticəsini verib.Ötən il təbii qazla təminatın yaxşılaşdırılması və uzun illərdən bəri təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması istiqamətində işlər görülüb. 15-20 il ərzində təbii qaz almayan 8 kəndə (Cəyli, Ucarlı, Şahbəyli, Bala Kənğərli, Qarasaqqal, Yenikənd, Böyük Kəngərli və İsmayıllı) mavi yanacağın verilməsi bərpa edilib. “Azəriqaz” QSC-nin vəsaiti hesabına şəhərin Cənub məhəlləsi adlanan hissəsində 500 abonenti təbii qazla təmin etmək üçün 8,5 km, şəhərin qərb hissəsində, Xırdapay və Atakişili kəndlərinin yaşayış məhəllələrində 550 abonenti əhatə edəcək 160 mm-lik polietilen boru ilə 6 km dairəvi, Qarasaqqal kəndində 7,3 km, Yenikənd kəndində 2,5 km, Böyük Kəngərli kəndində isə 2,5 km uzunluğunda yeni magistral boru kəməri çəkilərək istifadəyə verilib. Cəyli, Şahbəyli, Ucarlı, Bala Kəngərli ,Qarasaqqal, Yenikənd və Böyiik Kəngərli kəndlərində bələdiyyələrin vəsaiti hesabına 19850 p/m kəndarası qaz xətləri təmir edilib. Fərdi abonentlərin mənzilinə 7443 ədəd qaz sayğacı quraşdırılıb.
Rayon əhalisinin
içməli suya olan tələbatının ödənilməsi
il ərzində diqqət mərkəzində saxlanılan məsələlərdən
olub. II Külüllü-Kürdəmir su xəttinin istismara
verilməsi şəhər əhalisinin içməli suya
olan tələbatının tam ödənilməsinə imkan
verir. Yeni su kəmərinin istismara verilməsi ilə əlaqədar
şəhərin su şəbəkəsində yüksək
təzyiqə davam gətirməyən və uzun müddət
istismarda olduğundan çürüyüb yararsız vəziyyətə
düşmüş Tağıyev, 20 Yanvar, Tofiq
İsmayılov, Aşıq Bilal, S.Ə.Şirvani
küçələrındə və Heydər Əliyev
prospektində 8 və 10 saylı binalara gələn su xətləri
yenisi ilə əvəz olunub və nəticədə 200 -ə
yaxın ailənin içməli su təchizatı tam həll
olunub. Mərkəzi kanalizasiya xəttinin təmizlənməsi
və ötürücü nasos stansiyalarının iş fəaliyyətinin
yaxşılaşdırılması məqsədi ilə də
bir sıra işlər görülüb. 1 və 2 saylı
ötürücü nasos stansiyalarında cari təmir işləri
aparılıb, lazım olan avadanlıqlar və
ayrı-ayrı hissələr yenisi ilə əvəz olunub. Rayonun
Atakişili və Xırdapay kəndlərinin ərazisindən
keçən, şəhərin Bakı prospektindən
çirkab suların təmizlənməsi məqsədi ilə
inşa olunmuş təmizləyici qurğuya qədər 3,5
km məsafədə kollektor lildən təmizlənib.
Rayon rəhbərliyi
yalnız vətəndaşların xoşbəxt güzəranını
düşünür
Rayonun sosial-iqtisadi inkişafında yerli özünüidarəetmə orqanı olan bələdiyyələr də mühüm rola malikdir. Rayon rəhbərliyinin təşəbbüsü ilə bələdiyyələr öz ərazilərində mövcud sosial obyektlərin son 5 ildə təmır olunmasında yaxından iştirak ediblər. “Bir bələdiyyə-bir layihə” təşəbbüsünə qoşulan rayon bələdiyyələri ötən il kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədar 135,6 min manatlıq 67 sosial layihə hazırlayaraq həyata keçiriblər. 2008-ci il noyabr ayının 17-dən 23-nə qədər “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Kürdəmir bələdiyyələri bələdiyyə-xalq münasibətlərinin daha da yaxşılaşması ilə əlaqədar bir sıra tədbirlər hazırlayıb. Demokratiya həftəsinin açıq qapı günlərində əhali ilə 346 görüş təşkil olunub. 2008-ci il ərzində bələdiyyələrin ümumi gəlirləri 327,6 min manat olub. Ümumilikdə rayon üzrə bələdiyyə orqanları büdcələrinin 51 faizini yol tikintisinə və digər sosial problemlərin həllinə yönəldiblər. Rayon İcra Hakimiyyəti başçısının kəndlər üzrə nümayəndələri, bələdıyyələr rəhbərlik etdikləri ərazilərin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyət göstərməklə, torpaqlardan və mülkiyyətində olan əmlaklardan düzgün istifadə etməklə kəndlərin sosial qayğılarının vaxtında həllinə nail olublar.
İnkişaf
qarşıdakı illərdə də davamlı olacaq...
Kürdəmir rayonu bu
yenilikləri, inkişafı etməklə yerində saymaq niyyətində
deyil. 2009-2013-cü illər üçün Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı hazırlanarkən rayonda təhsil, səhiyyə,
mədəniyyət, xidmət sahələrinin, həmçinin,
sənayenin və aqrar sahənin inkişafı üzrə nəhəng
layihələrin həyata keçirilməsi
planlaşdırılır. Qarşıda duran mühüm vəzifələrin
layiqincə yerinə yetirilməsində hər bir kürdəmirli
özünə borc bilir ki, fəaliyyətini yenidən təhlil
etsin, daha məsuliyyətli işləsin və ölkənin
inkişafına öz töhfəsini versin. Rayon rəhbərliyi
isə əhalinin sosial rifahını yüksəltməklə
mövcud problemləri aradan qaldırmağı, yeni emal və
sənaye müəssisələrinin açılması, yeni
iş yerlərinin yaradılması üçün
ardıcıl və məqsədyönlü iş aparmaqla
bütün səy və bacarığını
nümayiş etdirməyi qərarlaşdırıb. Çünki
zəhmətsevər kürdəmirlilər Prezident İlham Əliyevin
apardığı islahatları, yenilikləri dəstəkləyirlər.
Onlar inanırlar ki, Kürdəmir Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında daha da gözəlləşəcək, yenilənəcək.
Yeni Azərbaycan Partiyası rayonun aparıcı siyasi
qüvvəsidir
Rayonun aparıcı
siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının
Kürdəmir rayon təşkilatı 1993-cü ilin
yayında yaradılıb. Yaranan zaman 16 ilk təşkilatdan,
399 üzvdən ibarət olan Yeni Azərbaycan Partiyası
Kürdəmir rayon təşkilatının nəzdində
hazırda 117 ilk təşkilat birləşib. Rayondakı 5302
Yeni Azərbaycan Partiyasının üzvünün əsas
hissəsini gənclər təşkil edir. YAP rayon təşkilatının
sədri Ağəli Kərimlinin sözlərinə görə,
rayon əhalisi birmənalı olaraq Yeni Azərbaycan
Partiyasının Sədri, möhtərəm Prezidentimiz
İlham Əliyevin apardığı siyasəti dəstəkləyir.
Ümumiyyətlə,
Kürdəmir rayonunun əhalisi hər zaman ulu öndərimiz
Heydər Əliyev siyasi xəttinə sədaqəti ilə
seçilib. İstər XX əsrin son onilliyində, istərsə
də 2003-cü və 2008-ci ildə keçirilən prezident
seçkilərində onlar birmənalı olaraq Yeni Azərbaycan
Partiyasının namizədini dəstəkləyiblər. 2008-ci
ildə reallaşan prezident seçkilərində rayon əhalisi
hazırda müzakirə olunan və martın 18-də
referenduma çıxarılacaq məsələlərlə
bağlı təkliflərlə çıxış ediblər.
A.Kərimli qeyd etdi ki, Yeni Azərbaycan Partiyası hər zaman
Kürdəmir rayonunun aparıcı siyasi qüvvəsi kimi
qüdrətini saxlayacaq. Çünki bu partiya Ümummilli
liderimiz Heydər Əliyev ideyalarının
daşıyıcısıdır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2009.- 14 mart.- S.10-11.