DSX- Heydər Əliyevin anadan olmasının 86-cü ildönümü münasibətilə tədbir keçirilib

 

Heydər Əliyevin anadan olmasının 86 illiyi ilə bağlı dünən Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirə DSX rəhbərliyi, millət vəkilləri, ali məktəb tələbələri qatılıblar.

Tədbirdə çıxış edən DSX rəisi Elçin Quliyev Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanda hakimiyyətdə olduğu dövrdə gördüyü işlərdən danışıb. O, Heydər Əliyevin ordu quruculuğuna, azərbaycanlı zabitlərin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirdiyini bildirib.

DSX sistemində güclü inkişaf getdiyini deyən E.Quliyev yaxın vaxtlarda xidmətin Akademiyasının yaradılacağını, Sərhəd Olimpiya Kompleksinin tikilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Heydər Əliyevin elm və təhsil sahəsindəki xidmətləri, millət vəkili Qənirə Paşayeva isə onun yürütdüyü xarici siyasət, Qarabağ probleminin həlli istiqamətində atdığı addımlar, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması sahəsində fəaliyyətindən danışıb.

 

 

Yeni Azərbaycan.- 2009.- 7 may.- S.6.