Fəxri Xiyabanda xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsi yad olunub

 

Respublikamızın tanınmış incəsənət mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri dünən Fəxri Xiyabana gələrək, görkəmli sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas Əfəndiyevin 95 illik yubileyi münasibətilə xatirəsini ehtiramla anıb, məzarı üstünə təzə-tər güllər düzüblər. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev, xalq yazıçısı Anar, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, xalq artisti Amaliya Pənahova, xalq şairi Zəlimxan Yaqub başqaları qüdrətli söz ustası İlyas Əfəndiyevin zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etməsindən danışıb, görkəmli nasirin bir-birindən maraqlı hekayə, povest, roman dram əsərlərinin bu gün geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açıblar. Bildirilib ki, İlyas Əfəndiyev ömrü boyu hər cür siyasi konyunkturadan uzaq olmaqla, yalnız ədəbiyyatın əzəli əbədi qanunlarına istinad edib, hələ sovet dövründə Azərbaycanın bu günü ilə səsləşən dəyərli əsərlər yaradıb. Bu böyük şəxsiyyət milli nəsrin teatr sənətinin inkişafında xüsusi xidmətlər göstərib, “İlyas Əfəndiyev teatrıisə, bütöv bir aktyor rejissor nəslinin yetişməsində misilsiz rol oynayıb. Ötən illər ərzində Akademik Milli Dram Teatrında yazıçının demək olar ki, bütün pyesləri tamaşaya qoyulub. 20 ildən çoxdur ki, teatr bütün mövsümləriniHökmdar qızıtamaşası ilə açır. Natiqlər vurğulayıblar ki, İlyas Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tarixində lirik-psixoloji üslubun inkişafı böyük uğurları bilavasitə hamıdan çox İlyas Əfəndiyevin adı əsərləri ilə bağlıdır. Onun yaradıcılığında Qarabağ mövzusu da əsas yer tuturdu. Görkəmli tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayevin dediyi kimi, ədəbiyyat tariximizdə 7 “Qarabağnaməmövcuddur, 8-ci “Qarabağnaməİlyas Əfəndiyevin əsərləridir. O, namərd qonşularımızın uzun illər davam edən xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə yaşayırdı. Böyük sənətkarın oğlu, Xalq yazıçısı Elçin deyib ki, İlyas Əfəndiyevin ölümündən ötən 13 il ərzində ona olan ümumxalq məhəbbəti günbəgün daha da artıb əsərləri öz orijinallığını itirməyib. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə ədibinSeçilmiş əsərləri”nin 7, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 3 cildliyinin nəşr edildiyini minnətdarlıq hissi ilə vurğulayan yazıçı deyib ki, ədibin əsərləri son illər rus, türk digər dillərdə dəfələrlə çap olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.

 

 

Yeni Azərbaycan.- 2009.- 27 may.- S.8.