Yazıçı ömrü-ədəbiyyat tarixi

 

Əsası Mirzə Fətəli Axundovun pyesləri ilə qoyulan Milli Dram Teatrı125 illik fəaliyyəti dövründə iki dramaturqla daha məhsuldar işləmişdir: Cəfər Cabbarlı İlyas Əfəndiyevlə. Bu gün yeni mövsümü teatr İlyas ƏfəndiyevinHökmdar qızıəsərinin tamaşası ilə açır.” Görkəmli teatrşünas İlham Rəhimli 1999-cu ildə bu sözləri onun ölümündən üç il sonra qələmə almışdı.

düz 16 il sonra -iki gün öncə sənətsevərlər bu dahi sənətkarın doğum tarixini Hökmdar qızıbədii filminin təqdimatı ilə qeyd etdilər. Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin əsərinin motivləri üzərində qurulmuş dövlət sifarişi ilə ekrana vəsiqə almış bu filmin məziyyətləri haqqında geniş müzakirələr öz növbəsini gözləyir. Amma az qala ölümündən keçən bütün illər boyu respublikamızın ən böyük teatrının dramaturqun əsərlərindən biri ilə mövsümü açması teatr xadimlərinin Azərbaycan dramaturgiyasında xüsusi məktəb yaradan, 40 ildən çox teatrımızın repertuar ağırlığını çiyinlərində daşıyan korifey sənətkara olan ölməz sevgisinin tərənnümüdür. İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28- Qaryagində- indiki Füzuli rayonunda dünyaya gəlib. Qarabağın aran rayonlarının sakinləri kimi İlyas Əfəndiyevin uşaqlıq illərinin müəyyən hissəsi Şuşa yaylaqlarında keçdiyindən yazıçının yaradıcılığında Şuşa Qarabağ mövzusu mühüm yer tutur. Dəhşətli 30-cu illərin qarışıqlığındaKənddən məktublaradlı ilk kitabı işıq üzü görən İlyas Əfəndiyev oxucuların məhəbbətini dərhal qazanır. Sadə şirin dili ilə sevilən ədib 1943-cü ildə yazıçı M.Hüseynlə birlikdə, mövzusu Böyük Vətən müharibəsindən götürülmüşİntizarpyesini qələmə alır. Bir il sonra o vaxtkı M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində göstərilmiş pyeslə dramaturqun bu sənət məbədi ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulur. “İşıqlı yollar”, “Bahar sularıəsərləri tamaşaya qoyulan dramaturq artıq 40- illərin sonlarında özünü bütövlükdə bu çətin yükün altına verir.

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.ƏfəndiyevŞərəf Nişanıordeni ilə təltif edilir. 1954-cü ildə tamaşaya qoyulmuşAtayevlər ailəsirejissor Tofiq Kazımovla birliyinin əsasını qoyur. 1945-ci ildəAydınlıq gecələradlı ikinci kitabı nəşr olunan əsasən dramaturq xırda hekayələr müəllifi kimi tanınan İ.Əfəndiyev 1958-ci ildə ilk dəfə irihəcmliSöyüdlü arxromanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük uğur qazandırır. 1960- ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını alan ədib məhz bu uğurdan sonra daha məhsuldar bir dövrə qədəm qoyur. “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılankimi povest romanları işıq üzü görür. Azərbaycan səhnəsinin ilk lirik-psixoloji dramı olanSən həmişə mənimləsənəsəri tamaşaya qoyulur. Bir-birinin ardıncaMənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Bağlardan gələn səsdigər səhnə əsərlərini qələmə alır bu pyeslərlə teatr sənətimizdə yeni bir mərhələ açaraqİlyas Əfəndiyev teatrı yaradır.

Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 1968-ci ildə tamaşaçılara təqdim olunmuşUnuda bilmirəmpyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır. Yazıçının belə məhsuldar əməyi 1971-ci ildə Qırmızı əmək Bayrağı ordeni ilə mükafatlandırılır. 1971-ci ildə mövzusu tarixi keçmişimizdən götürülmüşMahnı dağlarda qaldıpyesini teatra təqdim edən İ.Əfəndiyev 1972-ci ildə Respublika Dövlət mükafatına layiq görülür. İki il sonra anadan olmasının 60 illiyi şərəfinəOktyabr İnqilabıordeni ilə təltif olunan yazıçının dörd cildlikSeçilmiş əsərlərinəşr edilir.

1979-cu ildə isə Xalq yazıçısı fəxri adına layiq görülür. Anadan olmasının 70 illiyi zamanı “Yazıçı” nəşriyyatı 1984-1985-ci illərdə oxucularına gözəl bir hədiyyə edir- İlyas Əfəndiyevin 6 cildlik “Seçilmiş əsərləri” 40 min tirajla çap edilir. Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə alınan ədib həmin il Lenin ordeni ilə mükafatlandırılır.

1990-cı ildə Azərbaycanın Milli Teatrı öz tarixində ilk dəfə olaraq xarici ölkəyə - Türkiyəyə qastrol səfərinə çıxarkən isə İstanbul və Ankara şəhərlərində teatr həvəskarlarına İ.Əfəndiyevin “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” əsərləri ərməğan edilir.

60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyevin 90-cı illərdə də yeni-yeni əsərləri işıq üzü görür, pyesləri tamaşaya qoyulur. Ədib sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata və teatr meydanına gətirərək “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” kimi pyeslərini yazır.

1994-cü ildə Xalq yazıçısı İ.Əfəndiyevin 80 illik yubileyi qeyd edilərkən onun ədəbiyyatın inkişafında xidmətlərini yüksək qiymətləndirən Heydər Əliyev yazıçını “Şöhrət” ordeni ilə təltif edir. Qeyd etmək lazımdır ki, respublikamızın sənət adamları arasında İ.Əfəndiyev birinci sənətkar idi ki, həmin ordenlə mükafatlandırılıb.

 

 

KƏBUTƏR

 

Yeni Azərbaycan.- 2009.- 27 may.- S.6.