Bakıda “Mərkəzi
Asiya örtükləri”
sərgisi açılıb
Noyabrın 5-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və R.Mustafayev adına Azərbaycan Milli Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi açılıb.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev bildirib ki, Dövlət İncəsənət Muzeyinin
bu binası əsaslı təmirdən
sonra belə bir əlamətdar hadisə ilə fəaliyyətə başlayır.
Burada bir-birindən maraqlı sərgilər təşkil
ediləcək.
Nazir vurğulayıb ki,
“Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət
ili çərçivəsində paytaxtımızda ilk dəfə
təşkil edilən bu beynəlxalq sərgidə Mərkəzi
Asiyada istifadə olunan örtük parçalardan
hazırlanmış 58 adda müxtəlif çeşidli
geyimlər nümayiş etdirilir.
Tədbirdə
çıxış edən Viktoriya və Albert muzeyinin Mərkəzi
Asiya departamentinin baş kuratoru Tim Stenli Azərbaycanda təşkil
edilən sərginin tarixi əhəmiyyətindən
danışıb.
Elmi mənbələrdən
bəllidir ki, Mərkəz Asiyanın zaman-zaman dəyişən,
Xəzər dənizi, Sibir düzləri, İran səhraları
ilə əhatələnən təbii sərhədləri
daxilindəki ərazilərinə bu gün müstəqil
dövlətlər Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə
də, Əfqanıstanın və Qərbi Çinin bir hissəsi
daxildir. Dəniz yolları açılmazdan əvvəl Şərqlə
Qərb arasında ticarətin inkişafını təmin edən
Böyük İpək yolu məhz bu ərazilərdən
keçıb. Bu mövqe isə həmin ərazilərdə
Mərkəzi Asiya incəsənətinin zənginləşməsinə
şərait yaradıb.
Natiq deyib ki, cari ildə
Viktoriya və Albert muzeyinin dünyanın 15 ölkəsində
30-a yaxın sərgisi açılıb. Bakıdakı sərgi
aparılan işin davamı baxımından olduqca yüksək
səviyyədə təşkil edilib.
R.Mustafayev adına Azərbaycan
Milli Dövlət İncəsənət Muzeyinin direktoru
İsrafil İsrafilov deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü
ilə təmir olunan bu muzey, bizə dünyanın qabaqcıl
muzeyləri ilə əməkdaşlıq etmək imkanı
yaradıb. Bu sərgi buna bariz nümunədir.
İ.İsrafilov
vurğulayıb ki, mədəniyyətlərarası dialoqun,
qarşılıqlı mədəni əlaqələrin əməli
nümunəsi olan bu sərgidə nümayiş etdirilən
eksponatlar tarixi-etnoqrafik, eləcə də, bədii-estetik
baxımdan bizə çox yaxındır. Çünki tarixi
“İpək yolu” ölkələrinin incəsənətində
oxşar elementlər mövcuddur.
Sərgi 2010-ci il
martın 3-dək davam edəcək.
Yeni Azərbaycan.- 2009.- 6 noyabr.- S.8.