10 yaşlı şahmatçımız dünya çempionu oldu

 

On yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadə Antalyada başa çatmış Dünya Çempionatının qalibi adını qazanıb. 11 oyundan 10,5 xal toplayan həmyerlimiz turniri məğlubiyyətsiz başa vuraraq, dünya tacına sahib olub. Həmin yaş qrupunda çıxış edən Aydan Höcətova (8,5 xal) da yüksək nəticə göstərib, 2-3-cü yerləri bölüşüb.

Turnirdə fərqlənən digər şahmatçımız Nərmin Kazımova (8xal) isə on altı yaş qrupunda 3-4-cü yerləri bölüşüb. Oğlanlar arasında ən yaxşı nəticə Abdulla Qədimbəyliyə (8 yaş) məxsusdur. Azərbaycanın yeniyetmə şahmatçısı mötəbər turnirdə 8,5 xalla 2-5-ci yerləri bölüşüb.

 

 

Yeni Azərbaycan.- 2009.- 24 noyabr.- S.8.