“İslam dünyasında
qadın: ənənəvi
dəyərlər və
müasirlik” mövzusunda
beynəlxalq konfrans keçirilib
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
(AQUPDK) təşkilatçılığı
ilə “Bakı - İslam mədəniyyətinin
paytaxtı -2009” ili çərçivəsində “İslam dünyasında qadın: ənənəvi
dəyərlər və
müasirlik” mövzusunda
beynəlxalq konfrans keçirilib. APA-nın
məlumatına görə,
konfransda ilk öncə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına müraciəti
səsləndirilib. Daha
sonra çıxış
edən dövlət komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfransın
keçirilməsində məqsəd
İslam dünyasında
qadınların hüquqları
barəsində xarici ölkələrin təcrübəsindən
istifadə etməklə
beynəlxalq əməkdaşlığın
gücləndirilməsi və
inkişaf etdirilməsi
perspektivlərini müzakirə
etməkdən ibarətdir:
“Bütün dünyada,
o cümlədən Azərbaycanda
qadın hüquqlarının
təmin edilməsi sahəsində əldə
edilmiş böyük
uğurlarla yanaşı,
bir sıra problemlər də aktuallığını saxlamaqdadır.
Buna görə də İslam ölkələrinin qadınlarının
əlaqələrinin daha
da genişlənməsinə
və qarşılıqlı
təcrübə mübadiləsinə
ehtiyac var”.
H.Hüseynova
xatırladıb ki, Azərbaycan bir sıra Qərb dövlətlərindən
əvvəl, Şərqdə isə ilk dəfə olaraq
1918-ci ildə qadınlara seçki hüququ verib: “İslam
dünyasında xüsusi yeri olan Azərbaycanda qadına həmişə
xüsusi önəm verilib. Hazırda da Azərbaycanda
qadın siyasəti dövlətin əsas prioritet istiqamətlərindən
biridir”.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov
isə bildirib ki, İslamda ana və qadınların rolu həddən
artıq yüksək qiymətləndirilir: “İslamda
qadınların iqtisadi sahədə bütün
hüquqları tanınır. İslamda ailədə
uşaqların tərbiyəsinə görə ata və ana bərabər
şəkildə məsuliyyət daşıyır”.
Komitə sədri deyib
ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub
və dövlət-din münasibətlərinin tənzimlənməsi
üçün məqsədyönlü siyasət həyata
keçirilir.
BMT-nin Əhali Fondunun Cənubi
Qafqaz üzrə ölkə direktoru Pyer Sieben isə bildirib
ki, İslamda qadın və kişilərə bərabər
hüquqlar verilməsinə, qadınların əmlak və
siyasi hüquqları olmasına baxmayaraq, bir sıra ölkələrdə
bu hüquqlar məhdudlaşdırılır: “Hazırda elə
ölkələr var ki, qanunları tanımır. Bizim əsas
vəzifəmiz belə cəmiyyətlərdə beynəlxalq
konvensiyalar və İslam qanunvericiliyi ilə bağlı
maarifləndirmə aparmaqdır”.
Yeni Azərbaycan.- 2009.- 15 oktyabr.-S.3.