Prezident KitabxanasındaAzərbaycan: dövlət rəmzləri atributlarıadlı elektron nəşr hazırlanıb

 

Prezident Kitabxanasında Dövlət Müstəqilliyi günü ərəfəsindəAzərbaycan: dövlət rəmzləri atributlarıadlı elektron nəşr hazırlanıb. Hər bir ölkənin tarixi dövlətçilik ənənələri adətən onun rəmzlərində atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər atributlar sistemi həmişə mövcud olub. Tarixi mənbələr, maddi mədəniyyət incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi nəbati ornamentlərdən, quş heyvan təsvirlərindən ibarət nişan emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış möhürləri tuğraları olub. Belə rəmzlər Azərbaycanda müstəqil yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə geniş yayılmışdı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlananAzərbaycan: dövlət rəmzləri atributlarıelektron nəşrində müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranmasının tarixçəsi sistem halında izlənilir milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Üç fəsildən - “Rəmzlər”, “AtributlarElektron resurslarfəsillərindən ibarət olan elektron bazada dövlət rəmzləri atributları haqqında Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlamış indiyədək qəbul edilmiş qərarlar, qanunlar, fərmanlar sərəncamlar toplanaraq xronoloji ardıcıllıqla əks etdirilib. Dövlət atributlarının mahiyyətinin əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə himninə hörmət ruhunda tərbiyə edilməsi, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Elektron nəşr (www.rreslib.az) müntəzəm olaraq yeni sənədlərlə zənginləşdirilir.

 

 

Yeni Azərbaycan.- 2009.- 15 oktyabr.- S.3.