Güləşçilərimiz 6 medal qazanıb

 

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq turnirdə 4 qızıl 2 bürünc medal qazanıblar. Bu haqda Azərbaycan Güləş Federasiyasının İnformasiya İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Yarışın ilk günündə Eldəniz Əzizli (50 kq) Rəsul Cunayev (66 kq) qalib gəlib, Toğrul Yunisli (66 kq) isə üçüncü yeri tutub. Növbəti günlərdə daha iki pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bunlar Orxan Paşayev (60 kq) Şəhriyar Məmmədov (84 kq) olub. 120 kq çəkidə qüvvəsini sınamış Zaur Mehrəliyev bürünc medala layiq görülüb. Beləliklə, 6 medal qazanan yığmamız komanda hesabında Türkiyədən sonra 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, gənc yunan-Roma güləşçilərimiz İstanbula məşqçilər İlqar Abdulov Zöhrab Abbasovun rəhbərliyi altında yollanıblar. Hakimlər briqadasında ölkəmizi beynəlxalq dərəcəli referi Hüseynağa Əhmədov təmsil edib.

 

 

Yeni Azərbaycan.- 2009.- 27 oktyabr.- S.8.