Bayrağın
və dövlətin simvolu
Kipr
türklərinin əbədi lideri-Rauf Denktaş
Tarix boyu müxtəlif
haqsızlıqlara tuş gələn, dövlətçilik
haqları tapdalanan xalqlar olub. Nə qədər
acınacaqlı olsa da, həmin xalqlar arasında türklər
üstünlük təşkil edib. Kim bilir, bəlkə də
bunun kökündə Qərbin Türk mədəniyyətinə,
əxlaqına, dövlətçilik ənənəsinə
və davranışına “öz prizmasından”
yanaşması dayanır. Bütün bunlara rəğmən,
türklər öz haqlı mücadilələrini davam
etdirirlər. Çünki türklərin önündə
dünyaya nümunə olacaq rəhbərlər, sərkərdələr
var.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu və
ilk prezidenti Rauf Denktaş da həmin sıradadır. Rauf
Denktaşın adı türk dünyasında hər kəsə
tanışdır. Prezident postundan getməsinə baxmayaraq,
indi də bu dövlətin əsil sahibi kimi meydanda olan bir
kişidir. Bunun belə olmasını mətbuatdan oxusam da,
ŞKTC-yə ikinci səfərim zamanı (bu, 2005-ci il, iyulun
27-dən ATİB-in təşkil etdiyi Azərbaycandan ŞKTC-yə
birbaşa təyyarə reysi zamanı baş tutdu - N.A.)
görüşdüyüm sadə insanlardan tutmuş siyasətçilərə
qədər böyük əksəriyyətin dilindən bir
daha eşitdim.
Dəyişməz
mövqe sahibi
Türk Kiprinə səfərim
zamanı rastlaşdığım məqamlar və Rauf
Denktaşın söylədikləri barədə
yazının sonunda söhbət açacam. Hələlik isə
onu qeyd edim ki, görkəmli siyasi və dövlət xadimi
Rauf Denktaşla ilk görüşüm 1999-cu ilin iyulunda
baş tutmuşdu. Həmin vaxt Rauf Denktaş ŞKTC-nin
prezidenti idi. Yuxarıda da qeyd etdiyim kimi, Denktaşla ikinci
görüşüm 2005-ci il iyulun 27-də baş tutdu. Həmin
vaxt cənab Denktaş prezident kürsüsünü tərk
etsə də, Denktaşların ŞKTC-nin dövlət siyasətinə
rəsmi surətdə təsiri davam edirdi. Rauf Denktaşın
oğlu Sərdar Denktaş ŞKTC-nin xarici işlər naziri
idi. Rauf Denktaşla üçüncü
görüşüm isə 2007-ci ilin noyabrında oldu. Həmin
vaxt Sərdar Denktaş artıq xarici işlər naziri deyildi.
Yəni, Rauf Denktaş sadəcə keçmiş prezident kimi
ŞKTC siyasətində öz yerini saxlayırdı.
Mən həmin bu
üç görüş zamanı Rauf Denktaşın
hansı titulda olmasını təsadüfən
xatırlatmadım. Məsələ burasındadır ki, hər
üç halda mən Rauf Denktaşın timsalında bir
siyasi xadimə, liderə və bir türk rəhbərinə
xas keyfiyyətləri müşahidə etdim.
Birincisi, Rauf Denktaşda Azərbaycana, bu dövlətin
Ümummilli lideri Heydər Əliyevə və Prezident
İlham Əliyevə qarşı böyük bir sevgi,
hörmət duydum.
İkincisi, hər üç görüş zamanı Rauf
Denktaşın timsalında təmkinli, dövlətinin və
millətinin maraqlarını həyatından üstün
tutan bir şəxsi gördüm.
Üçüncüsü, bu görüşlərin hər
birində Rauf Denktaşın daxilində bir
narahatçılıq, həm ŞKTC, həm də
ümumilikdə türk dünyasının başının
üstünü alan problemlərlə bağlı siyasi liderə
xas nigarançılıq hiss etdim.
Dördüncüsü, hər üç
görüşdə Rauf Denktaşın bir ağsaqqal kimi
tövsiyəsi diqqətimi cəlb etdi. Daha doğrusu,
ŞKTC-nin qurucusu və ilk prezidentinin “Rumlar türklərin
dövlətçilik haqqını tanımaq niyyətində
deyillər. Ona görə də, ehtiyatlı olmalı,
rumların oyununa aldanmamalıyıq” şəklindəki
mövqeyinin nə qədər doğru olduğunu son illər
baş verən hadisələr dəfələrlə təsdiqləyib.
Yoxdan var yaradan lider
Beləliklə, bu dəyişməz
və özünü doğruldan mövqeyə sahib Rauf
Denktaş tarixə yoxdan var yaradan bir lider kimi
düşüb. Uşaqlığının ilk saatlarında
anasını, 15 yaşından sonra isə atasını itirən,
1947-ci ildə İngiltərədəki təhsilini başa
vurub Kiprə döndüyü andan xalqının
azadlığı uğrunda açıq və gizli fəaliyyətlər
göstərən, 1949-cu ildən 1953-cü ilə qədər
hüquq-mühafizə orqanlarında çalışan, rəsmi
vəzifədən ayrılandan sonra Kıbrıs Türk
Kurumları Federasiyasının başqanlığına
seçilən, 1960-cı və 1970-ci ildə Türk Cəmaət
Məclisinin başqanı seçilən, Türk
Barış Hərəkatının ardından 1975-ci ildə
Kıbrıs Türk Federal Dövlətinin elanını təşkil
edən, 1985-ci ildə ŞKTC-ni elan edərək, bu ölkənin
qurucusu və ilk prezidenti kimi tarixə düşən Rauf
Denktaş, əslində, Kipr türkləri üçün
dövlətin və bayrağın varlığı kimi qəbul
edilir. Bu qənaətə gəlməyimə səbəb həmin
ölkəyə səfərlərim zamanı söhbət
etdiyim insanların fikirləri oldu. Kipr türklərinin hər
birinin dəyişməz bir mövqeyi var. Onların fikrincə,
əgər Rauf Denktaş olmasaydı ŞKTC də olmazdı.
ŞKTC-dəki dostlarımdan birinin aşağıdakı
fikri isə Rauf Denktaşın kimliyi barədə gerçək
təsəvvür oyadır: “Mustafa Kamal Atatürk Türkiyənin,
Heydər Əliyev Azərbaycanın var olmasında, dövlət
kimi yaşamasında öz tarixi missiyalarını uğurla yerinə
yetiriblər. Eyni zamanda, Rauf Denktaş da Kipr türklərinin
varlığı üçün üzərinə
düşən vəzifəni şərəflə yerinə
yetirib”.
Məkan dəyişsə
də, eyni görəv davam edir
Və qayıdaq
yuxarıda bəhs etdiyim, 2005-ci ildə baş tutan
görüşə. Beləliklə, 2005-ci ildə Rauf
Denktaşın Lefkoşadakı İlhan Savut sokak 16
ünvanında yerləşən qərargahında
gördüklərim məni heyrətə gətirdi. Sanki prezident
qərargahına bənzəyən
bu ofisdə telefonlar bir an
belə susmurdu. Kimisi Rauf Denktaşı
hansısa konfransda çıxışa, kimisi
hansısa məclisdə
ev sahibliyi
etməyə, kimisi isə dəyərli fikirlərini dinləmək
üçün söhbətləşməyə
dəvət edirdi. Müxtəlif qəzetçilər
isə onunla müsahibə üçün
vaxt almağa nail olduqlarından Rauf Denktaşın özəl
sekretarı Fatoş xanıma dərin minnətdarlıq edirlər.
Ona görə yox ki, Rauf Denktaş
jurnalistlərdən qaçır.
Ona görə ki, sadəcə ŞKTC-nin qurucusu gün ərzində bəlkə
də 10-15 jurnalistə
müsahibə, açıqlama
və şərhlər
verir. Eyni qaynarlıq qərargaha
baş çəkənlər
arasında da yaşanır. Orada olduğum
zaman kəsiyində hərbçi, ziyalı, biznesmen və sair sahənin təmsilçilərinin birinci
prezidentdən məsləhətlər
aldıqlarının şahidinə
çevrildim.
Prezidentlikdən getsə
də, yenə də həmin enerji ilə çalışdığını özəl müsahibəm
zamanı onun özü də təsdiqlədi: “Məkan
dəyişdi, amma eyni görəv davam edir. Yenə hər
səhər “rum mətbuatı
nə dedi, nə yazdı deyə” əlimizdəki məlumatları dəyərləndiririk.
Lazım
olursa buradakı hökumətə, qəzetlərə
və türk hökumətinə yazılar
yazmaqla işimi davam edirəm. Hazırda bir neçə qəzetə həftədə
bir neçə gün Kiprlə, keçmişlə, gələcəklə
bağlı yazılar
yazaraq, xalqı və gəncliyi məlumatlandırmağa çalışıram.
Yəni,
görəvimi sürdürürəm”.
Son olaraq bu yazının
məhz bugünkü
tarixdə işıq
üzü görməsinin
səbəbinə toxunaq. Məsələ burasındadır ki,
ŞKTC-nin qurucusu və ilk prezidentinin bu gün, yəni,
yanvarın 27-də 85 yaşı
tamam olur. Biz də türk
dünyasının tanınmış
simalarından biri olan Rauf Denktaşı
təbrik edir və Kipr türklərinə,
türk dünyasına
xidmətinin davam etməsini arzulayırıq.
Çünki Kipr türkləri
Onu özlərinin gerçək və dəyişməz lideri hesab edirlər.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2009.- 27 yanvar.- S. 7.