Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyində açıq dərslər keçirilib

 

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyində ədəbiyyat fənni üzrə açıq dərslərin keçirilməsinə başlanılıb. Məqsəd keçirilən məşğələlər vasitəsilə məktəbliləri Mir Cəlal Paşayevin həyat və yaradıcılığı ilə yaxından tanış etməkdir. İlk dərsin iştirakçıları - 22 nömrəli məktəbin şagirdləri olub. Muzeydəki eksponatlarla tanış olan məktəblilərə ədibin həyat və fəaliyyətinin müəyyən məqamlarının əks olunduğu fotoşəkillərlə də tanış olublar. Ədəbiyyat müəllimi Afaq Yusiflinin sözlərinə görə, açıq dərslərin təşkili məktəblilərin nəinki Mir Cəlal Paşayev yaradıcılığı haqqında biliklərini, hətta digər ədiblər barədə də zəngin məlumat əldə etmələrinə yardım göstərir.

 

 

Yeni Azərbaycan.- 2009.- 17 yanvar.- S. 11.