Musiqi aləminə səyahət
Azərbaycan musiqisinin dərinliklərini
yetərincə mütaliə
edən, tarixi mənbələrlə yeniləşdirən,
oxucu kütləsinə
təqdim edən, nəzəriyyəçi, musiqisevər,
Tamilla xanım Əiyevanın ömür
yolunu səhifələyib
sizinlə görüşə
gətirmişəm.
1940- cı
ilin payız fəslində Bakı şəhərində anadan
olub. Qabaqda isə İkinci
Cahan Müharibəsi var imiş. Atası Əbdürrəhim Əliyev
o vaxtki dünyaya lider olan Kommunist
Partiya işçisi olub. O, məsul vəzifədə olan Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsində kadrlar
şöbəsinin müdiri
işləyib. 1942- ci ildə onu Qutqaşın (indiki Qəbələ) rayonunun birinci katib vəzifəsinə göndəriblər və 1944-cü ildə rüşvətxorlar tərəfindən
qətlə yetirilibdir.
Müharibənin qızğın çağında anası,
Aliyə xanım dörd uşaqla tək qalıb. Lakin anası övladlarının hamısını
oxudub ali
təhsilli etmişdir.
O, bütün çətinliklərə
sinə gərib, ata kimi dörd
övladı yerbəyer
etmişdir. Doğrudan da çox bacarıqlı və zəhmətsevər insan olub Aliyə xanım. Ailənin sevimlisi, Tamilla xanım Azərbaycan Dövlət Universitetini
(BDU) fərqlənmə diplomu
ilə bitirib təyinatla M. F. Axundov adına Azərbaycan
Dövlət Kitabxanasına
göndərilir. Lap uşaqlıqdan öndə
getməyi, əməyi,
zəhməti sevən
Tamilla xanım artıq 43 ildir ki, bu
müəsisədə işləyir.
Amma heç yorğun hiss etmir özünü. Həyat eşqi, bahar
çiçəyinin ətri
duyulur onun səsində. Danışdıqca, Not-musiqi ədəbiyyatı şöbəsini doğma
od-ocağım kimi bilirəm deyir.
1966-cı ildən Milli Kitabxanada işləyir. Əvvəlcə sistemləşdirmə şöbəsində
çalışsa da
az müddət
ərzində onu onun bilik və
bacarığımı qiymətləndirən
kitabxana rəhbərliyi
Tamilla xanımı adı gedən şöbəyə müdir
təyin edirlər. O,
həm rus dilində səlist danışdığı üçün,
həm savadlı kadr olduğu üçün həmişə
ön sıralara dəvət olumuşdur. Tamilla xanım Not-musiqi şöbəsində illərdən
bəri qalan qrammafon vallarını təsvir edib oxuculara çatdırmışdır.
Bu ən az
görülən işidir
onun. Musiqimizin kökünün çox
qədimliyini izah edərək, hələ
1895- ci ildə Bakıda ilk dəfə Avropa üslubunda fortepiano musiqi litseyindən, 1921- ci ildə Azərbaycan
musiqi təhsilinin mərkəzi olan Dövlət Konservatoriyasının
yaranmasından, 1922- ci
ildə böyük bəstəkar Üzeyir Hacıbəyovun yaratmış
olduğu "Türk
musiqi məktəbində"
musiqi kadrlarımızın
yetişməsindən, qədim
qrammafon vallarının
tariximizin qədimiliyini,
musiqimizin zənginliyini
özündə əks
etdirməsindən, bütün
bu musiqi incilərinin M.F. Axundov adına Milli Kitabxananın "Not-musiqi
şöbəsində" saxlanılmasından danışarkən
"Lap gəncliyimdən musiqi
sənətinə bağlanmışam,
gücüm çatan
qədər təbliğ
etmişəm milli musiqimizi. Demək olar ki, bütün ömrümü
musiqiyə bağladım.
Musiqisevər kitabxanaçı kimi tanındım və bununlada həmişə fəxr etdim. Mən Azərbaycan musiqisinin
dərinliyinin dibindəyəm"
söylədi Tamilla xanım.
O, həm də metodikvəsaitlərin
müəllifidir. "Qrammafon
vallarının təsviri
və kataloqların təşkili", "Fonoteka
işçilərinə kömək",
"Bəstəkar Asəf
Zeynallının anadan
olmasının 80 illiyi
münasibətilə metodik
biblioqrafik tövsiyyələr"
adlı metodik vəsaitlərin müəllifidir.
Bundan başqa bir sıra elmi
məqalələri var
ki, bunlardan "Kütləvi kitabxanalarda fonotekaların təşkili",
"Milli kitabxananın
musiqi dünyası",
"Kütləvi kitabxanalarda
musiqi ədəbiyyatının
ən yeni təbliğ formaları",
"Fikrət Əmirov
musiqisinin canı melodiyadadır", "Sultan Hacıbəyov-
85" və ən önəmlisi "Fikrət
Əmirov - 85" adlı
iri həcimli biblioqrafik göstəricinin
müəllifi olaraq bundan başqa, 1970- 80- cı illərdə Mədəniyyət işçilərinin
ixtisaslaşdırma kursunda
"fonotekaların təşkili
və səsyazmaların
təsviri" fənnindən
mühazirələr oxumuş,
BDU-nun "Kitabxanaşunaslıq informasiya" fakultəsində
və Şuşa Mədəni-Maarif texnikumunda
tələbələrlə istehsalat-təcrübə məşğələləri
aparmışdır. O, musiqi
aləminin səyyahıdır.
Dinlədikcə doymur, qoruduqca
əl çəkə
bilmir, əllərini çəksə, nəfəs
ala bilməyəcək. Doğrudarida,
insan peşəsini sevə-sevə icra edəndə ondan ayrıla bilmir. Tamella xanım musiqi aləminə çox bağlıdır. Burada musiqi
sənətimizi göz-bəbəyi
kimi qoruyur. Məncə bunu burada hər
kəs təsdiq də eliyə bilər ki, o, nə qədər sənətsevər biridir.
Hər şeyi ağ-qara görür Yalanı, riyakarlığı sevmir.
Qorxmur, çəkinmir kinayələrdən.
Bilirsinizmi insan həmişə
düz danışanda,
həyatda bir istiqamətdə addımlayanda
onun yolları da nurlu, işıqlı
olur. Əyri nə qədər
irəliyə doğru
istiqamət götürsə
də düz mütləq gəlib onu ortadan böləcək.
Bunun da aqibətini hiss eləmək
lazımdır. Nə yazıq
ki, bunu başa düşənlər
çox olsa da əməl edənlər çox azdır. Onun üçün də hərdən yorulur insan. İstədin- istəmədin bu
belədir deyir.
İşlədiyi kollektivin sevimlisidir. İşçi perspektivlərinə görə Milli Kitabxananın rəhbərliyi
tərəfindən də
həmişə qiymətləndirilib.
Milli Kitabxananın 85 illik yubileyi münasibəti ilə əvvəlcə "Əmək
veteranı" sonra isə "Əməkdar mədəniyyət işçisi"
fəxri adı almışdır. Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxananın direktoru Kərim Tahirova minnətdarlığını bildirərək "Bilirsiniz,
mən artıq yaşlanmışam deyəndə,
siz bizə hələ çox lazımsınınız, Tamella
xanım sözünü
eşitmişəm" deyərək,
həyatımı düzgün
qurmuşam, qaçmışam
qarışıq rənglərdən.
Kitabxanada da, ailəmdə
də hər kəsin hörmətlə
davranışını hiss etişəm özümdə.
Maşallah, ailəm, evladlarım,
nəvələrim var. Həyatımı,
ömrümü yaxşılıqlara
həsr etmişəm
etirafını etdi.
Nə isə, elə insanlar var ki
onlar öz işləri, xeyir əməlləri ilə həmişə yaddaşlara
həkk olunur və unudulmurlar. Siz də
belələrindənsiniz Tamilla
xanım! Sizə bu çətin və şərəfli peşənizdə uğurlar
arzulayır və deyirəm: Gözləriniz
günəşdən, ürəyiniz
billur bulaqlardan, adınız əksilməsin
ucalardan!
Elin qədrini bilməyən,
evin qədrini bilməz, tarixini qorumayan, yaddaşlarda yaşamaz, musiqisin sevməyən, dilini, millətini sevə bilməz. Ruhunuz çılğın, nəzərləriniz iti, ürəyiniz musiqi kimi rəvan olsun, Tamilla xanım.
Nəmiyyə Hicran
Yeni Liqa.-
2010.- 13-19 oktyabr.- S. 4.