İSLAMIN QADINA VERDİYİ DƏYƏR

 

Bismilləhir-Rahmənir-Rahim!

 

Həzrət Zəhranın (s.ə.) əyyamını yaşayırıq. Bu əyyamda həll edə biləcəyimiz ən mühüm məsələlərdən biri - Xanım Fatiməyi-Zəhranın (s.ə.) dəyərlərini tədqiq etmək və dərk etməkdir. Bu dəyərlər arasında ən önəmlilərdən biri - qadına olan münasibətlə bağlıdır.

 

Həqiqi azadlı çatdırışı

 

Həzrət Fatimənin (s.ə.) timsalında bəşəriyyət İslamın qadına verdiyi ən yüksək dəyəri görmüşdür. Bir toplumda ki, təzə dünyaya gəlmiş qız uşağını diri-diri torpağa basdırırdılar, bir toplumda ki, qadın əşya kimi qəbul edilirdi, heç bir hüququ yox idi - burada Peyğəmbərimizin (s) mübarək bağının nəcib meyvəsi olan Həzrət Zəhra (s.ə.) kimi bütün dövlərə ibrət olan bir insan irəli çıxır və əsrlərin ətalətini dağıdaraq, qadının həqiqi dəyərini insanlara çatdırır.

Xanım Zəhra (s.ə.) dünyaya həqiqi azadlığın nə olduğunu çatdırır. Bugünkü dünyada azadlıq barədə çoxlu söhbətlər gəzir, çoxlu nəzəriyyələr irəli sürülür. Bunların arasında ifratlar da var, təfritlər də. Amma bəşəriyyətə ilk olaraq qadının kimliyi, qadının məqamı barədə çatdırışı mübarək İslam dini etmişdir. Mübarək inancımız bu məsələdə İlahi yanaşmanı təqdim edir. Qadını bir əşya kimi, şərin mənbəyi kimi, kişinin şəxsi mülkiyyəti kimi tanıtdıran məfkurələri rədd edərək, qadını ən ali dərəcələrə yüksəldir, “Cənnət anaların ayağı altındadır” deyir. “Sizlərdən ən yaxşısı - həyat yoldaşına qarşı daha çox mehriban olanınızdır” deyir. İddia ediləndə ki, müsəlman cəmiyyətində qadınlar məhrum durumdadır, dərhal Allah Təaladan qadınların İlahi nəzərdə kişilərlə bərabər olmasını vurğulayan ayə nazil olur: “Şübhəsiz, Allah müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, itaətkar kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!” (“Əhzab” surəsi, 35-ci ayə).

Mübarək dinimiz hətta həyat yoldaşına məhəbbəti imanın göstəricisi olaraq təqdim etmişdir. Allahın Peyğəmbəri (s) buyurub: «Bəndənin imanı artdıqca, onun qadına olan məhəbbəti də artar».

Dinimizin qadınlara verdiyi çox yüksək dərəcə Rəsuli-Əkrəmdən (s) nəql edilən digər hədisdə göstərilir: «Dünnyannın ən yaxnşı neməti - lənyanqətnli qandınndır».

 

Ailədə qarşılıqlı diqqət və qayğı

 

Bəzi xurafi nəzərlərin ziddinə olaraq, qadın evin xidmətçisi, qulluqçusu deyil. Qadının ev işlərini görməsi - onun tərəfindən bir ehsandır. Allahın Peyğəmbəri (s) buyurub: “Əngər qandın ərınə yedndi gün xidnmət edərnsə, Allah Təala Cəhənnəmin yedndi qanpınsınnı onun üzünnə bağnlanyar və Cənnətin səknkiz qanpınsınnı onun üzünnə açar ki, isntəndıyi qanpından oranya danxil olnsun”.

Eyni zamanda bunyurndu: lÖz ərınə bir qurntum su içirndən elə bir qandın yoxndur ki, bu əmənli ona bir il günndüznlənri oruc tutnmaq və gecənlənri ibandətnlə kençirnməkndən danha yaxnşı olnmansın».

Başqa yerdə Peyğəmbərimiz (s) buyurub: «Qandın öz ərınin evıni sənlıqənyə salnmaq məqnsəndılə bir şenyi yerbəyer edərnsə, Allah Təala ona Öz nənzənrıni yentırər və Allah Təala nənzər yentirndıyi kimnsənyə əzab vernməz».

Kişisinin qadına xidmət etməsi barədə də dinimizin böyük tövsiyələri var. Rəsuli-Əkrəm (s) buyurub: lKışi öz arvandınna su içirndən zanman sanvab qanzannar».

Başqa yerdə Allahın Peyğəmbəri (s) buyurub: «Kışınin öz arnvad-uşanğının yannınnda oturnmansı Alnlah yannınnda mənnim bu məscıdimndə etıkaf etnmənsinndən danha senvimnlıdir».

Başqa yerdə Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edirlər: «Öz həyat yoldaşının ağnzınna bir loğnma uzadan kışi sanvab qanzannar».

Bəli, dinimizin qadına verdiyi dəyərin kiçik bir hissəsini burada zikr etdik. Dinimiz qadının iqtisadi, ictimai, məişət, fərdi hüquqlarını tanıyır və bunları məhdudlaşdırmağa izn vermir.

 

Qadının həqiqi dəyəri necə verildi

 

Biz mübarək dinimizin bəşərə etdiyi xidmətləri başa düşmək üçün gərək 14 əsr bundan qabaqkı dünyaya baş çəkək. Görək dünya nə haldadır. İslam gəlir nə edir və Həzrət Rəsulun Zəhra (s.ə.) kimi mənəviyyat və şəxsiyyət baxımından bir yetirməsini bəşərə necə tanıtdırır. O zaman dünya nə vəziyyətdə idi? Qadına o zamankı dünyada, bu günün inkişaf etmiş ölkələrində bəslənən münasibət bəlli idi. Hüquqsuz bir varlıq idi qadın. Amma İslam dini gəlir və qadının həqiqi dəyərini verir. Bunun ən yaxşı təzahürünü Həzrət Zəhranın (s.ə.) timsalında görürük. Qadınların simvolu olan bu xanım bir funksiya ilə müəyyənləşdirilir ki, misli belə yoxdur. Həzrət Zəhra İlahi qəzəbin və İlahi məhəbbətin meyarı kimi bəşəriyyətə tanıtdırılır. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Fatimə - mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir. O şey ki, onu qəzəbləndirir, məni qəzəbləndirmişdir; o şey ki, onu sevindirir, məni sevindirmişdir. O, Əhli-Beytdən mənə qovuşacaq ilk şəxsdir».

Həzrət Zəhranın (s.ə.) bu cür uca məqamı o deməkdir ki, haqqla batilin müəyyən edilməsinin göstəricisidir o Xanım (s.ə.). Zəhranı (s.ə.) qəzəbləndirən - Peyğəmbəri (s) qəzəbləndirər. O kəs ki, Peyğəmbəri (s) qəzəbləndirər - Allahı qəzəbləndirmiş olur. Və əksinə, Həzrət Zəhranı (s. ə.) sevindirən - Rəsuli-Əkrəmi (s) şad etmişdir. O kəs ki, Rəsuli-Əkrəmi (s) şad edər - Allah Təalanı sevindirmiş olur. Bax, bu cür yüksək dərəcə verilir Xanıma (s.ə.). Və Zəhra (s.ə.) vasitəsilə, bu yüksək dərəcə ümumilikdə qadına verilir.

 

Ən ali kamillik məqamı

 

Əlamətdar bir deyim var. Buyurulur ki, Həzrət Zəhra (s.ə.) sahki Allahın eynəyidir. Yəni Zəhranın (s.ə.) sevgisini qazanmış şəxs, Allahın sevgisini qazanır. Zəhranın (s.ə.) qəzəbini qazanmış şəxs - Allahın qəzəbini qazanmışdır. Bu nədir? Bu odur ki, İslam qadını o qədər ucaldır ki, qadın İslam nəzərində olur xəlifətullah. Qadın İslamın nəzərində olur Allahın yer üzərində xəlifəsi. Qadın İslamın nəzərində ən ali məqama çatır. Ən ali kamillik məqamına. Bu necə əldə olunur? Əməllə. Təqva ilə. Əxlaqla. İmanla. Allahın razılığını hər şeydən üstün tutmaqla. Rəbb ilə bəndəçilik müstəvisində rabitə qurmaqla.

Bilmək istəyiriksə Həzrət Zəhra (s.ə.) kimdir, gərək dünyaların, aləmlərin yaranma səbəbi olan Peyğəmbəri-Əkrəmə (s) müraciət edək. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Fatimə - dünya və axirət qadınlarının seyyidəsidir».

Seyyidə nədir? Yəni ağasıdır, yəni böyüyüdür, yəni rəhbəridir, yəni ən kamilidir onlar arasında.

Yaxud Peyğəmbərdən (s) belə buyurulur: «Fatimə - mənim üçün insanların ən əzizidir».

Təbii ki, öz övladının atası kimi demir, Allahın Rəsulu kimi deyir. Rəsul - rəsuldur, Allah Elçisidir. Dedikləri şəxsi münasibətdən irəli gəlmir, insanlara hidayət yolunu göstərmək missiyasının realizəsindən doğur. Rəsul (s) üçün ən əziz kim ola bilər? Ən kamil, ən əziz insan. Budur qadına verilən məqam.

Başqa yerdə Peyğəmbərimiz (s.ə.) belə buyurur: «Fatimə - dünya qadınları arasında parlaq bir ulduzdur».

Yəni nə? Yəni Fatimə (s.ə.) hidayət çırağıdır, xilas olmaq istəyən Zəhra (s.ə.) çırağına tərəf gəlsin, Zəhra (s.ə.) nuruna tərəf gəlsin.

12-ci İmamımız - Həzrət Mehdi Sahib-əz-Zaman (ə.f.) görək Həzrət Zəhra (s.ə.) barədə nə deyib. Qeybdə olan İmam (ə.f.), milyardlarla insanın zühurunun intizarında olan İmam (ə.f.) buyurur: «Allah Rəsulunun (s) qızı mənim üçün gözəl bir nümunədir».

İmam Mehdi Sahib-əz-zəman (ə.f.) məntiqində lüsvətul həsənə» - ən gözəl nümunə Həzrət Zəhradır (s.ə.). Bax, bu qədər yüksək dəyəri var İslamda qadının.

 

Bir mənzildən digərinə köçmə

 

İndi isə keçək Həzrət Zəhranı (s.ə.) o Xanımın (s.ə.) öz dili ilə tanımağa. Nəql edirlər ki, Həzrət Əli (ə) ilə ailə qurduğu ilk gündə Xanım (s.ə.) bir qədər fikirli idi. Həzrət Əli (ə) bu nigarançılığın səbəbini soruşduqda, Xanım (s.ə.) buyurur ömrümün qurtaracağını düşündüm, öz halım haqqında düşündüm, öz vəziyyətim haqqında düşündüm. O anı yadıma saldım ki, bir gün mənim bu ömrüm sona çatacaq və mən qəbrə gedəcəyəm. Necə ki, bu gün atam evindən ya Əli, sənin mənzilinə köçmüşəm, bir başqa gün bu mənzildən qəbir və Qiyamət mənzilinə tərəf köçəcəyəm.

Bax, belə yanaşmaya görə Zəhra (s.ə.), Zəhra (s.ə.) olub. Həzrət Fatimə (s.ə.) hər an onu düşünür ki, Allahın dərgahına nə üzlə gedəcəyəm.

Bu ki, haqdır - hər kəs bilir ki, bir gün bu dünyadan gedəcək. Heç kim inkar etmir bu dünyadan gedəcəyini - zalım da, qəsbkar da, münafiq də, vicdansız da, o ki qasın mömin ola, vicdanlı, izzətli, layiqli insan ola. Hamı bilir ki, bu dünya ilə vidalaşacaq. Amma hərə üçün bu vidalaşma fərqli davranışla nəticələnir. Vidalaşmanın qaçılmazlığı, müxtəlif məfkurə sahibləri üçün fərqli əməl motivasiyasına gətirib çıxarır. Haqsevərlər, Zəhrasevərlər, vicdan sahibləri çalışırlar camaatın haqqına riayət etsinlər. Heç kəsin haqqına girməsinlər. Özlərinə qıymadıqlarını digərlərinə rəva bilməsinlər. Hətta nəinki mömin olsun - adi bir vicdanlı, tərbiyəli insan çalışır ki, özündən sonra xoş xatirə qoysun, insanlar onu rəhmətlə yad etsinlər.

Amma zalım və qəsbkarlar həyatın müvəqqətliyini nəzərə alaraq, tam əks davranış sərgiləyirlər. Minbir alçaqlığa gedirlər ki, təki beşgünlük dünyada müvəqqəti nəsnələrdən daha çox faydalansınlar. İkiəlli yapışırlar bu dünyadan, əlləri çatan hər şeyi yağmalamağa çalışırlar. Yüz cür rəzilliklə qəsb etdikləri xalqın sərvətlərini bir göz qırpımında israf edirlər. Talan etdikləri milyonları boş-boş əyləncələrinə “uf” demədən buraxırlar. Bilir ki, bu dünyası qurtaracaq, amma məsuliyyətini düşünmür, insanların onun barədə nə düşünəcəkləri barədə də qayğılanmır. Eləsi də var ki, hətta deyir “mən öləndən sonra, istəyirsiniz lap zibil yeşiyinə tullayın, mənə nə?!”. Bu, nədən irəli gəlir? Şəxsiyyət və ləyaqət defisitindən. İnsanın özünə hörməti o qədər az olur ki, onun barədə nə düşünmələrini vecinə belə almır. Rəhmətlik Sabir belələri barədə deyib:

 

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum, özgələr ilə nədi karım,

Dünyavü cahan ac olur olsun, nə işim var?!

 

Bəli, bu, rəzil psixologiya sahiblərinin təfəkkürüdür. Zəhrasevərlərin bu zalımlarla əsas fərqi budur - aqibətin necə olması barədə qayğılanmaq, beşgünlük dünyaya görə ölməz ruhu öldürməmək. Hafizin bu mövzuda gözəl bir şeri var. Tərcüməsi budur ki, mənim bu dünyada nə rahatlığım, nə əmin-amanlığım ola bilər bir halda ki, bir gün qapı döyüləcək, bir gün təbil çalınacaq ki, getmək vaxtıdır! Bir qonaqlar gələcək, qapını döyəcək və deyəcəklər ki, şələ-küləni yığ, getmək vaxtıdır. Amma bu qonaqlar elələrindən deyil ki, onların dəvətindən boyun qaçırmaq mümkün olsun. O gələn hörmətli qonaqlar bir qonaqlardır ki, güzəştsizdirlər. Sadəcə deyəcəklər ki, zamanı gəlib, getmək məqamıdır.

O zaman insan qalacaq belə ki, görəsən mənim vəziyyətim necədir, görəsən aqibətim nə olacaq?! Görəsən mən həqiqətdə Allahın bəndəsi idim, yoxsa iblisin nökəri? Allah üçün çalışırdım, yoxsa şeytan üçün? Necə edim ki, yubanım burada, həll edilməmiş işlərimi yoluna qoyum, camaatla halallaşım və s. Amma artıq gecdir, heç nəyi dəyişmək olmur. Allah cəmimizi belə aqibətdən, gecikmiş peşmançılıqdan saxlasın.

 

Rəbbin aşkar höccətləri

 

Qayıdaq yenə Həzrət Zəhranın (s.ə.) tanınmasına. Həzrət Zəhra (s.ə.) buyurur ki, biz Peyğəmbərin (s) Əhli-beytiyik. Əhli-beyt (ə) barədə Allah Təala Qurani-Kərimdə çoxluca ayə nazil etmişdir, onları bəşəriyyətə rəhbər, yolgöstərən kimi tanıtmışdır. Xanım (s.ə.) buyurur ki, biz həmin Əhli-beytik ki, Allah Təala onları pak qərar verib, hər bir günahdan, səhv və xətadan münəzzəh edib (“Əhzab” surəsi, 33-cü ayə). Xanım (s.ə.) buyurur ki, biz Allahla məxluqatı arasında bir vasitəyik. Allah Təala bizi Özü ilə məxluqat arasında bir vasitə qərar verib. Xanım (s.ə.) Əhli-beytin (ə) məqmını tanıdaraq, buyurur ki, biz qüdsiyyət, müqəddəslik məqamıyıq, paklıq məqamıyıq, alilik məqamıyıq, ucalıq məqamıyıq. Biz Rəbbin açıq-aşkar dəlilləriyik, höccətləriyik. Biz İlahi peyğəmbərlərin varisləriyik. 124000 peyğəmbərin varisləri.

Yəni 124000 peyğəmbərin bütün kamalları, bütün alilikləri, bütün ucalıqları, bütün kəramətləri, bütün fəzilətləri cəmləşib Rəsuli-Əkrəmdə (s), Əlidə (ə), Zəhrada (s.ə.), Həsəndə (ə) və Hüseyndə. Bunlar bir meyvədir ki, 124000 bağbanın yetişdirdiyi bir təbərrüklərdir. Bu cür olur ki, bəs bu təbərrükün qəzəbinə gəlmişlər Rəbbin qəzəbinə gəlir. Bu cür olur bu cür mübarək insanın razılığını qazanmış şəxslər Rəbbin razılığını qazanır.

Təbərrük üçün Zəhra (s.ə.) əmanəti olan hicaba da toxunaq. Həzrət Fatiməyi-Zəhra (s.ə.) məntiqində hicab - yalnız bir başörtüsü deyil, izzətini, ləyaqətini qorumaq istəyən xanımın ümumi dünyagörüşüdür.

Burada bir tarixi epizoda nəzər salaq. Bir gün Peyğəmbərimiz (s) Həzrət Zəhranın (s.ə.) evində olanda, kor bir kişi icazə alıb, evə daxil olur. Həzrət Zəhra (s.ə.) ayağa qalxır. Əziz Peyğəmbərimiz (s) buyurur ki, qızım, bu kişi ki, kordur, o, səni görmür. Cavabında Həzrət Zəhra (s.ə.) buyurur ki, atacan, o məni görmürsə, mən ki, onu görürəm. O, kor da olsa, otaqda qadının varlığını hiss edir. Rəsuli-Əkrəm (s) bu sözləri eşidəndən sonra qızına buyurur ki, mən şəhadət verirəm ki, sən mənim bədənimin bir parçasısan. Yəni nə? Yəni sən - elə mənəm.

Təbərrük üçün Həzrət Zəhranın (s.ə.) tərbiyə üsullarına da toxunaq. Həzrət Zəhra (s.ə.) uşaq tərbiyəsində şer kimi vasitələrdən də istifadə edirdi. Bu gün dünya gəlib çatıb ona ki, tərbiyədə daha çox dolayı yollardan istifadə edilsin. Psixoloqlar bu rəydədirlər ki, birbaşa tərbiyə üsulları yox, dolayısı yolla, qeyri-müstəqim yolla edilən tərbiyə daha effektlidir. Bunların arasında şer, kino sənəti, tamaşalar, teatr, ədəbiyyat və s. var.

Həzrət Zəhra (s.ə.) bunu bəşəriyyətə 14 əsr bundan qabaq çatdırıb. İmam Həsənin (ə) uşaq vaxtıdır. Həzrət Fatimə (s.ə.) şeirlə buyurur ki, Həsən can, atana bənzə, Həsən can, atan kimi, Həzrət Əli (ə) kimi ol. Baxın bu nə deməkdir? Bu o deməkdir ki, əvvəla ailədə atanın hörməti saxlanılır, ikincisi deyir bax Həsən can, atan kimi ol, atanın xüsusiyyətləri özündə yaşat. Atan kimi haqqın ipindən yapış, o Allahla ol ki, nemətləri əta edəndir. Rəbbə pərəstiş et, Ona ibadət et. Düşmənlərlə, alçaq xislətli insanlarla dostluq etmə.

Çox ibrətli bir məsələdir, gündəlik həyatda tətbiq etməli mövzulardır. Allahım, bizləri Həzrət Zəhranın (s.ə.) layiqli davamçılarından qərar ver! Amin!

 

 

Yeni Müsavat.- 2011.- 29 aprel.- S. 14.