LEONARDO DA VİNÇİNİN
AZƏRBAYCANLI OLMASI TƏSDİQLƏNİR
Dahi rəssamın
bioqrafiyasında yeni məqamlar üzə çıxıb
Məşhur italyan rəssamı
Leonardo da Vinçinin anasının azərbaycanlı
olması ehtimalı var. Belə ki, tam adı Leonardo di ser Pyero
da Vinçi olan dahinin İtaliyada doğulması dəqiq bəlli
olsa da, milliyyətinin Azərbaycan türkü olması
haqqında elmi iddialar ortaya çıxıb.
Araşdırmalara
görə, rəssamın müsəlman anasının vətəni
Cənubi Qafqaz dağları və Xəzər dənizi
arasında yerləşən bir ölkədir. Cənubi
Qafqazda Xəzərə çıxışı olan yeganə
müsəlman ölkə isə Azərbaycandır. Kanadanın
“National Library and Archives” araşdırma və arxiv mərkəzində
Azərbaycan və Türkiyə səfirliklərinin birgə
təşkil etdikləri mühazirə zamanı bu barədə
araşdırmaların nəticələri gözdən
keçirilib. Da Vinçinin tədqiqatçısı Louis
Buff Parry isə mühazirə zamanı olduqca maraqlı
faktları açıqlayıb. Onun sözlərinə
görə, rəssamın barmaq izi üzərində
aparılan tədqiqat zamanı onun anasının İtaliyaya
qul kimi aparıldığı məlum olub. Da Vinçinin
anası “Katerina” adlı sadə kəndli qadın olub. Bu ad həmin
dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki
İstanbul) satılan qullara verilən ümumi ad olub. Anasının
əsl adı bilinməsə də, atasının kimliyi və
adı dəqiqdir. Atası Piero Fruosina notariusda
çalışıb. Onun valideynlərinin heç biri evli
olmayıb. Hazırda tədqiqatçılar onun
anasının satış vərəqəsini axtarırlar,
çünki məhz bunun sayəsində qadının həqiqətən
Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən
Azərbaycandan olduğu sübut ediləcək.
Dahinin Şərq dünyası ilə, daha dəqiqi, müsəlman-türk dünyası ilə əlaqəsi olduğunu daha bir neçə fakt təsdiqləyir. Onun II Sultan Bəyaizdə ünvanladığı məktubların birində İslam dininə olan sevgisindən və inanclarından bəhs edilib. “İntibah insan”ın prototipi kimi hamının yaxşı tanıdığı da Vinçinin elmə sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcılıq istedadı Avropa İntibahının əsas hərəkətverici qüvvəsi olub. O, bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunur.
Da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz “Mona Liza” portreti və “Sonuncu Şam” əsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı “Adəmin Yaradılışı” əsəri, bu iki əsərə bərabər tutulur. Da Vinçinin yaratdığı “Vitruvian insan” əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.
Təəssüf ki, müasir günümüzə qədər rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxıb. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikirlərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynayır. Mühəndis kimi isə, o, həmin dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar edib. Onun vertolyot, tank, yığılmış Günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. kimi mürəkkəb texnologiyaları hələ XVİ əsrdə konsepsiyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir.
Sadalanan konsepsiyaların əksəriyyəti onun sağlığında nəinki həyata keçirilməyib, hətta müasirləri tərəfindən qavranıla bilməyib. Da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilib və bu elmlərin inkişafına böyük töhfələr verib.
Xatırladaq ki, Leanardo Da Vinçi
rəssam olmaqla yanaşı alim, memar, botanik, riyaziyyatçı, ixtiraçı,
mühəndis, musiqiçi
və yazıçı
olub. Onun rəsm əsərləri
arasında “Mona Liza” və “Last Supper” dünya
şöhrətli əsərlər
hesab olunur. Əsərlərindən məlum
olur ki, o, anasının doğulduğu torpaqlarda da olub. 1452 ci ilin 15 aprel tarixində
doğulan dahi, 2 may
1519 cu ildə vəfat
edib.
Tural QURBANLI
Yeni müsavat.- 2011.- 26 mart.- S. 12.