AZƏRBAYCANIN VƏ TÜRK DÜNYASININ BÖYÜK QƏLƏBƏSİ!

 

Eldarla Nigar ölkəmiziEurovisionda qalib etdilər: üçrəngli bayrağımız Avropa səmasında əzəmətlə dalğalandı

 

Mayın 14-ü Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi oldular. “Running Scared” (“Ürküb qaçan”) dueti ilə 221 xal toplayan Azərbaycan təmsilçiləri əvvəlcədən vəd etdikləri kimi, nəhayət, gələn ilin mayında “Eurovison-2012"ni Azərbaycana gətirəcəklər. Qeyd edək ki, Azərbaycan cəmi 4 ildir ki, bu yarışmaya qoşulub.

43 ölkədən göndərilən SMS-lər və münsiflərin səsinin nəticələrinə görə, italyan Rafael Qualazzi 189 xalla ikinci, isveçli Erik Saade 185 xalla üçüncü olub. Ukraynalı Mika Nyutonun isə 159 xalla dördüncü olub.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

 

“El və Nikki” Avropa mediası qarşısında “Azərbaycan” mahnısını oxudular

 

Finalın sonunda “Eurovision-2010"un qalibi Lena Mayer qalibiyyət prizini Eldarla Nigara təqdim etdi. Qələbə sevincinin həyəcanını yaşayan cütlük final konsertindən sonra keçirilən mətbuat konfransında bütün Avropa mediasının suallarını cavabladı. Mətbuat konfransında qaliblərlə çoxsaylı fotosessiyalar aparıldıqdan sonraÖzünüzü necə hiss edirsiz?" sualına" Nigar “Bu, çox qeyri-adi hisslərdideyib, onlara göstərilən dəstəyə görə bütün azərbaycanlılara öz təşəkkürlərini bildirib ardınca Müslüm MaqomayevinAzərbaycanmahnısını oxuyub, Eldar da ona qoşulub. “Bütün arzularım çin oldudeyən Eldar qalib olmağın sirrini, ona Allahın babasının ruhunun kömək olduğunu bildirib: “Bir inam. Siz arzularınıza çatmağa inanın” (xatırladaq ki, Eldar Qasımov xalq artistləri Abbas Mirzə Şərifzadə Mərziyə Davudovanın nəticəsi, aktrisa Firəngiz Şərifovanın isə nəvəsidir).

 

 

Mən evdar qadın idim, sonradan bu müsabiqəyə qoşuldum

 

Gələcək planları haqda sualları cavablandıran Eldarla Nigar onlara uğur gətirən “Running Scared” mahnısını gələcəkdə alman, fransız, ispan, o cümlədən Azərbaycan dilində oxuyacaqlarını bildirdi. Nigar isə gələcəklərinin çox gözəl olacağını vurğuladı: “Mən evdar qadın idim. İndiyədək heç oxumamışdım. Sonradan bu müsabiqəyə qatılmağa qərar verdim”. “Lena Mayer kimi gələn il Azərbaycanı təmsil etmək niyyətində deyilsiniz ki?” sualına isə Nigargələn il qızlarımı hazırlayacamdeyə cavab verdi.

 

 

İndi dünyaya qəhrəmanlıq deyil, sevgi həqiqi hisslər lazımdır

 

Ermənistan uşaqEurovision"un qalibi oldu, siz isə bu müsabiqənin. Bu oxşarlıq sizin siyasi yaxınlaşmanızı təmin edə bilərmi?" sualına EldarMusiqi mədəniyyəti insanları bir-birinə yaxınlaşdırır. Musiqinin sərhədi yoxdurdeyə cavab verdi.

Mənə elə gəlir ki, Avropaya bütün dünyaya indi qəhrəmanlıq deyil, sevgi həqiqi hisslər lazımdırdeyə Eldar mətbuat konfransında bu sözləri xüsusi vurğuladı.

 

 

Dünya azərbaycanlıları Bakı bayram ovqatında

 

Final konserti bitdikdən sonra Bakı bu qələbənin bayram şənliyini yaşadı, küçələrdə atəşfəşanlıq oldu. Hətta redaksiyaya daxil olan məlumata görə, Qız qalasının qarşısına toplaşan izdihamdan yollarda maşın tıxacı yaranıb.

Azərbaycanın “Eurovision” qələbəsinin sevincini həmçinin Almaniya, İsveç, Ukrayna azərbaycanlıları da küçələrdə bayram ovqatında qeyd ediblər.

Diaspora komitəsi dünya azərbaycanlılarını “Eurovision 2011" qələbəsi münasibəti ilə təbrik edib.

 

 

Azərbaycanın qələbəsi Türkiyənin qələbəsidir

 

Bütün dünya mətbuatı televiziyası dünənEl&Nikkiduetindən bəhs edib. Türkiyə mətbuatı Azərbaycanın qalibiyyəti elan olunduqdan sonra Nigarın əlində Türkiyə bayrağı ilə səhnəyə çıxmasını təqdir edib. “Sabahqəzeti yazır ki, Azərbaycanın qələbəsi Türkiyənin qələbəsidir: “Nigar Camalın səhnəyə türk bayrağı ilə çıxmasından vəcdə gələn türklər müsabiqədə birincilik qazandıqlarını zənn edirlər”.

“El Nikkinin qənaətinə görə, onların ifası dünyaya, eləcə bütün Avropaya həqiqi sevgi hissləri bəxş edəcək”. RusiyanınRiA-Novostiagentliyi Azərbaycanın qələbəsi haqda xəbəri bu başlıqla nəşr etdirib.

Rusiyanın birinci kanalı bildirir ki, El Nikki lazım olan ən maksimal xalı qazanıblar. Qeyd edək ki, Azərbaycan bu yarışmada Rusiyaya 4 xal verib. Düsseldorfda olan ORT-nin aparıcısı Rusiyanın “Eurovision” üzrə şərhçisi Yana Çurikova bu halı belə şərh edib: “Bu, xal çox güman ki, bayraq məsələsi ilə əlaqədardır, halbuki bu məsələ sırf texniki yanlışlıq üzündən baş verib”. Xatırladaq ki, ORT- yayımlananPust qovaryatverilişində Eldar Nigarın ifasından fraqment nümayiş olunduqdan sonra, Azərbaycan adı Ermənistan bayrağı altında göstərilib. Bu yanlışlığa görə, Y.Çurikova efir vasitəsilə Azərbaycan xalqından üzr istəyəcəyini qabaqcadan desə , nədənsə bu, olmadı.

Almaniya telekanallarından birində isə deyilib ki, Azərbaycan bu qələbəsi ilə Avropa tamaşaçısının da rəğbətini qazanıb. ABŞ-ın CNN telekanalı bildirib ki, Eldarla Nigar bütün ölkələr arasından sıyrılaraq qalib olmağı bacarıb: “Romantik sevgi balladası ifa edən Eldar Nikki Almaniya səhnəsində yüksək performans göstəriblər”.

BBC telekanalı da bildirib ki, Eldarla Nigar Avropanın favoritləri sırasında olublar. Telekanal təmsilçilərimizin tərcümeyi-halına da geniş yer ayırıb.

Dünən “Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand bu yarışmaya Azərbaycanın ev sahibliyi etməsi haqda sənədi Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib.

 

 

İsa Qəmbər: “Bu, Azərbaycanın uğurudur

 

Bu böyük qələbəyə Müsavat Partiyasının başqanı İsa Qəmbərin AXCP sədri Əli Kərimlinin mövqeyini öyrəndik.

İsa Qəmbər: “İlk növbədə Eldarla Nigarı təbrik edirəm. Onların ”Eurovision" kimi məşhur bir musiqi yarışmasında birinci yer tutmaları gözəl bir hadisədir. O cümlədən bu işdə zəhməti olan, əməyi keçən hər kəsi təbrik edirəm. Bu, Azərbaycanın bir uğurudur hesab edirəm ki, çox yüksək dəyərləndirilməlidir. Eyni zamanda, gələn ilin mayında bütün Avropanın gözünün Azərbaycanda olmasına görə, keçiriləcək bu yarışmanın təşkilati işləri elə indidən başlanmalıdır. Amma hakimiyyət bilməlidir ki, bu, təkcə bir musiqi hadisəsi deyil, ictimai-siyasi hadisədir Azərbaycanda bir sıra problemlər həll olunmalıdır. Bir ölkədə vicdan məhbusları olduğu, jurnalistlərin, siyasətçilərin, ictimai xadimlərin həbsxanalarda yatdığı şəraitdə Avropanın da qatılacağı belə bir bayramın keçirilməsi çox çətin görünür. Azərbaycan mədəniyyət sahəsində uğurlara imza atıb bununla da Avropa standartlarına cavab verdiyini nümayiş etdirirsə, başqa sahələrdə bu standartları nəzərə almalıdır. Hesab edirəm ki, hakimiyyət bu məsələləri ciddi dəyərləndirməlidir".

Əli Kərimli: “Qələbə münasibətilə azərbaycanlı təmsilçiləri təbrik edirəm. Bu yarışmadakı qələbəmiz Azərbaycanın Avropaya inteqrasiyasını stimullaşdıracaq. İndiyə kimi Azərbaycan hökumətinin böyük tərəddüdü vardı, bizi Avropa ailəsində görmək istəmirdi. Bir halda ki, biz Avropa yarışında qalib gəlirik, bizim perspektiv inkişafımız da bu qitəyə doğru olmalıdır. İkincisi, hesab edirəm ki, bu qələbə Azərbaycan hökumətinə siyasi baxımdan müəyyən çətinlik yaradacaq. Çünki indiyədək hakimiyyət hər yerdə təbliğ edirdi ki, Azərbaycanın demokratikləşməsinə əsas maneə mədəni, mentalitet baxımdan kifayət qədər demokratiyaya hazır olmamasıdır. Biz bilirdik ki, bu, xalqımıza atılan böhtandır. Amma Azərbaycanı Avropada ən mədəni xalq kimi elan etdikdən sonra hakimiyyət necə deyəcək ki, biz mentalitet baxımdan demokratiyaya hazır deyilik? Bu baxımdan da hakimiyyətin arqumentləri zəifləmiş olacaq. Amma bu qələbə Azərbaycana diqqəti artıracaq. Dünən axtarış saytlarında ən çox Azərbaycan haqqında məlumatlar axtarılıb. Azərbaycan hərtərəfli öyrəniləcək o da məlum olacaq ki, Azərbaycanın ”Eurovision" qələbəsilə paralel, qədər böyük problemləri var. Məlum olacaq ki, bu qədər mədəni bir millətə hələ sülalə hakimiyyəti hökmranlıq edir".

 

 

Bundan sonraEurovision”da Azərbaycan musiqisinin ünvanı bilinməlidir

 

Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi hesab edir ki, bu qələbə Azərbaycanın imicinə müsbət təsir edəcək: “Yarışma çox gözəl təşkil olunmuşdu. İstərdim ki, bundan sonrakı müsabiqələrdə ifa etdiyimiz musiqilərdə Azərbaycanın ünvanı bilinsin. Çünki musiqimiz dünya incəsənətində ön yerlərə layiq olmalıdır. Qələbə gözəldir, Azərbaycan musiqisinin sevilməyi isə ondan da gözəldir”.

Dünən Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Eldar Qasımov Nigar Camala zəng edərək, onları qazandıqları qələbə münasibətilə təbrik ediblər.

Qeyd edək ki, dünən Eldarla Nigar Bakı vaxtı ilə saat 17.00 radələrində Almaniyadan təyyarə ilə vətənə dönüblər.

Azərbaycanlı təmsilçiləri qələbə münasibətilə biz təbrik edirik!

 

 

Sevil HİLALQIZI

 

Yeni Müsavat.- 2011.- 16 may.- S. 5.