PREZİDENTİN ADINDAN İNHİSARÇILARA XƏBƏRDARLIQ OLUNDU

 

Ramiz Mehdiyev korrupsiyaya qarşı mübarizə ilə bağlı xüsusi toplantı keçirdi

 

Dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. İclasda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri paytaxt rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.“Mediaforumun AzərTAc-a istinadən verdiyi məlumata görə, R.Mehdiyev çıxış edərək komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin 14 yanvar iclasında dövlət başçısının vurğuladığı nöqsan çatışmazlıqlara yönəldib: Həmin iclasda prezident İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanlarının apardığı əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa korrupsiyaya qarşı daha ciddi sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib”.

Komissiyanın toplantısının İlham Əliyevin xüsusi tapşırığı ilə keçirildiyini bildirən R.Mehdiyev deyib: “Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət hesabat sistemi yaradılmalıdır”.

Administrasiya rəhbəri dövlət başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq mərkəzi yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq korrupsiya halları, vətəndaşların qəbulu müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir mülahizələr səslənib, bəzi qanunlara əlavə dəyişikliklərin edilməsi təklif olunub.

 

 

Yeni müsavat.- 2011.- 28 yanvar.- S. 6.