2014-At ilində bizi nə gözləyir?
Sevgi,
qısqanclıq ili insanlara nələr gətirə bilər...
Şərq
ulduz falına əsasən, 2014-cü il göy atların ili
olacaq. Öncə at illərini yada salaq: 1930, 1942, 1954, 1966,
1978, 1990, 2002.
Astroloqların sözlərinə görə, növbəti
365 gün dinamik il olacaq. 2014 sevgi, qısqanclıq ilidir.
Xüsusilə sonsuzadək sürəcək emosional sevgi. Kimisə maliyyə problemləri
gözləyir, kimsə iş yerini daha yaxşısı ilə
əvəz edəcək. Yeri gəlmişkən, il ərzində
əsassız xərclərdən çəkinməklə
maliyyə problemlərindən qaçmaq olar.
At ili
insanlara
qeyri-sabitlik
gətirəcək
Səyahət etməyi sevənlərin də 2014-cü
ildə öz turizm arzularını reallaşdırmaqa
şansı olacaq.
At ilində doğulanlar, həmçinin
yaradıcı, qeyri-adi şəxsiyyətlər
üçün bu il xüsusilə rahat keçəcək.
Ancaq bu insanlar öyünməməlidirlər. Çünki
“At” tezliklə onlara istiqamətlənib yeni xəbərlərlə
gələcək. Atlar hiyləgərliyi, qeyri-səmimiliyi,
haqsızlığı sevmirlər.
2014-cü ildə ən yaxşı talisman göy, taxta
at və nal ola bilər. Bir şərtlə ki, insanlar həqiqətən
onların gücünə inansınlar. At ilinin baş
ünsürü sudur. Astroloqlar 2014-cü ilin insanlara
qeyri-stabillik gətirəcəyini proqnozlaşdırırlar.
Buna görə də onlar insanları plan əsasında hərəkət
etməyə, ehtiyatlı olmağa çağırıblar.
Qadın at öz ərinə bədbəxtlik gətirir
və dalaşqan xasiyyətli olur. Əsas qorxulu qadın at
odlu at ilində, yəni 1966-cı ildə dünyaya gələn
qadınlardır. Deyilənə görə, bu cür
qadınlarla ailə həyatı qurmaq erkən ölüm deməkdir.
Bununla paralel, atlar populyar, şən, ünsiyyətçil və
cazibədardır. O, maddi məsələlərdə
ağıllı davranır, qənaətcil və gözəl
evdar qadındır. Onun ağlı insanları öz fikirlərini
deməmişdən çox-çox qabaq valeh edir. At
müdrikdir, istedadlıdır, hər şeyi özü şəxsən
etməyi xoşlayır.
At sevgiyə görə hər şeyi kənara
atıb, ətrafdakılara fikir verməyə də bilər.
Buna görə də çox vaxt sevgi məsələlərində
uğursuzluqla üzləşir. At dözümsüzdür,
gündəlik işlər onun üçün
maraqsızdır. Bununla yanaşı, öz istəklərinə
kor-koranə olan “Atı” tez aldatmaq olur.
At ilində doğulanlar çox əsəbidir, özlərindən
tez çıxırlar. Bu səbəbdən də onlar ətrafdakılarda
özlərinə qarşı inamı itirirlər. Atın
ömrünün 1 və 2-ci fazaları çoxlu sayda problem
və qayğılarla dolu keçsə də, 3-cü
fazası sakitliklə müşayiət olunur.
2014-cü il At ili iki element tərəfindən simvolizə
edilir. Od və üzərində ağac elementi. 2014-cü ildə
bu elementlərin çox da sülhsevər olmadığı
görünür. Yəni ağac inad və prinsiplərinə
çox bağlıdır, onları güzəştə
getmir, at isə partlamaları və silahlı basqınları
ilə çox qüvvətli bir od enerjisidir. Bu elementlərlə
sakit, rahat bir 2014-cü il gözləmək olmaz.
Səbuhi
Rəhimli –
At ili
kimin ili olacaq?
Artıq astroloq Səbuhi Rəhimli də At ilində
insanları gözləyən hadisələr barədə
yazıb. Onun bildirdiyinə görə, 2014-cü il
siçovul ilində dünyaya gəlmiş insanlar
üçün kifayət qədər mürəkkəb
keçəcək: “Atla siçovul düşməndir.
Çünki at harda siçovulu görürsə, əvvəl
ürkür, sonra isə onu tapdalamaq üçün nallı
ayaqlarından istifadə edir. Bu səbəbdən də məqam
gözləmək il ərzində üzərinizə
düşən başlıca vəzifə olacaq. Avqust istisna
olunmaqla, ilin qalan günlərində tədbirli olsanız,
2014-cü ildən tamamilə razı qalacaqsınız”.
Astroloq yazıb ki, öküz atla nisbətən
mülayim ünsiyyətdədir. Ən azı ona görə
ki, onların hər ikisi ev heyvanlarıdır. Bir də
onların qarşı-qarşıya gəlməsi nadir hallarda
baş verir. Deməli, əmin olmalısınız ki, bu il
heç bir təhlükə ilə
qarşılaşmayacaqsınız. Şərq təqviminə
görə, il ərzində sizi maraqlı görüşlər,
perspektivli sövdələşmələr, yeni iş və
vəzifələr, o cümlədən romantik səyahətlər
gözləyir. İlin ikinci yarısını isə daha
gözəl keçirəcəksiniz. Bəxtinizdə
toy-nişan da var. Pul məsələlərinə gəlincə,
nə qədər təmkinli, səliqəli və məsuliyyətli
olsanız, büdcəniz də bir o qədər inkişaf edəcək.
Pələng ilindəki yaradıcı insanlar
üçünsə il boyu yüksək ovqat gözlənilir:
“Bu amil daha çox yazıçı və şairlərə,
incəsənət xadimlərinə, okkultik elmlərlə məşğul
olanlara və jurnalistlərə aiddir. Fevralın sonundan may
ayına qədər böyük şöhrətə doğru
ilkin addımlar atacağınız da labüddür. Amma
doğmalarınızla, həmçinin qohum-əqrəbalarınızla
münasibətləri hədəqəsindən
çıxarmayın. Əks təqdirdə, şöhrət
və izzət səltənətində tək qalıb xiffət
çəkəcəksiniz. İlin ikinci yarısından
etibarən yeni iş planlarınızı ləyaqətlə
reallaşdıra biləcəksiniz. Müştərək
biznes fəaliyyətinə başlamaq, büdcəni ideal səviyyəyə
çatdırmaq üçün kifayət qədər
şans qazanacaqsınız. Pişiklər il ərzində səhhətlərini
qorusa, digər məsələlərdə ciddi
narahatçılıqları olmayacaq. 2014-cü ildə dinə-imana
gələcək, Tanrının kamilliyindən bəhrələnəcəklər”.
Digər illərlə bağlı S.Rəhimlinin dedikləri
bunlardır:
Əjdahanın xarakterində olan
çılğınlıq yetişməkdə olan ata o qədər
də xoş gəlməyəcək. Əgər təmkin
göstərə bilsələr, uğursuzluqları arta bilər.
Yalnız səbir nümayiş etdirməklə xoşagələn
nəyəsə nail ola bilərsiniz. Yanvar-fevral
aylarını gərgin tərzdə başa vursanız da,
sonrakı üç ayda necə deyərlər,
“yaralarınız sağalacaq”. Bir şeyi də unutmayın
ki, yay aylarında sizi dost xəyanəti gözləyir. Bu səbəbdən
də insanları yaxından tanımağa müvəffəq
olmalı, iştirakçısı olduğunuz prosesləri
diqqətlə izləməlisiniz. Sentyabrın ikinci
yarısından etibarən ümumi ovqatınız sakit tərzdə
cərəyan edəcək.
İlan - qarşıdan gələn atın qədəmləri
ən qlobal problemlərinizin həlli üçün ideal
olacaq. Bu vaxta qədər daxili hisslərinizlə tək
qaldığınız təqdirdə, 2014-cü ildə yeni
dost və sirdaşlarınız sayəsində qəlbiniz
riqqətə gələcək. İtkilərə də
hazır olun. Unutmayın ki, bir gün yaranan bir gün də
öz dünyasına çəkiləcək. Astroloji
göstəricilər may və oktyabr aylarında bir neçə
sürprizlə rastlaşacağınızı bəyan edir.
Qaynar avqust isə sizin üçün ən
sıxıntılı ərəfə olacaq. Həmin
dövrdə köhnə problemləriniz baş qaldıra bilər.
Yaxınlarınızla məsləhətləşmə vasitəsilə
bu problemləri həll edin.
At - nəhayət, 12 illik fasilədən sonra sizin
dövranınız da yetişməkdədir. Yəqin ki,
ötən ilin dekabrından buna
hazırlaşmısınız. Hiss olunur ki, ovqatınız
yüksək səviyyədədir. Hələ bunlar
harasıdır. Elə ki at ili başlandı (31 yanvar),
iştirakçısı olduğunuz proseslər o qədər
zəngin keçəcək ki, özünüzü xoşbəxt
sanacaqsınız. Sevgi macəraları, ətrafdakıların
rəğbəti, karyerada yüksəliş, yeni dostlar sizi fərəhləndirəcək.
Yay aylarında siz əsas vaxtınızı istirahətə
yönəltməlisiniz. Aprel və sentyabr aylarında
rastlaşdığınız maliyyə problemləri
yalnız ötəri xarakter daşıyacaq. Çünki
ilin qalan aylarında büdcəniz əla vəziyyətdə
olacaq. Özünüzü düşmənlərdən
qoruyun.
Keçi - ulduzların düzümü 2013-cü ilin
sizin üçün çox gərgin keçdiyini bildirir.
Amma 2014-cü ilin fevralından başlayaraq əksər sahələrdə
vəziyyətiniz dirçələcək. Atın taleyinizdə
oynadığı ən önəmli rol isə sizə məşhurluq
və var-dövlət gətirməsi olacaq. Sağlıq
durumunuz isə may ayından etibarən qaydasına düşəcək.
Bir qədər qohum-əqrəbanızla aranızda soyuqluq
yaranacaq. Təəssüf ki, Göy qübbəsi ilin sonuna qədər
münasibətlərin bu formadan
çıxmayacağını bəyan edir. Ailə qurmaq
üçün isə yalnız payızı gözləməlisiniz.
Meymun - 2014-cü ildə üzərinizə düşən
başlıca vəzifə hamıya qarşı diqqətli
olmaqdan ibarətdir. Nəzərə alın ki, xırda bir
yalnışlıq bütün planlarınızı
alt-üst edə bilər. Bu yola isə getməməlisiniz.
Ən azı ona görə ki, qarşıda sizi böyük
karyera gözləyir. Bu vaxta qədər sizə laqeyd olanlar
Novruzdan başlayaraq əqidənizi qəbul edəcəklər.
Bu səbəbdən də dostlarınız kifayət qədər
artacaq, üstəlik, onların vasitəsilə bir çox
maneələri dəf edəcəksiniz. Sevgi tellərinizin
möhkəmlənməsinə xidmət edən at xəyanətdən
uzaq olmağı məsləhət görür. Büdcə
və səhhətlə bağlı vəziyyətiniz isə
enişli-yoxuşlu olacaq.
Xoruz - xarakterinizdə olan lovğalıq və
özündənrazılıq kimi mənfi keyfiyyətlərə
son qoysanız, at sizi əzizləyəcək. Özü də
hiss olunur ki, 2014-cü ildən çox şey gözləyirsiniz.
Deməli, “ayağınızı yorğana görə
uzatmalı”, “gəmidə oturub gəmiçi ilə dava
salmamalısınız”. Əgər belə etsəniz,
aprel-avqust və noyabr-dekabr aralığında tale
üzünüzə güləcək. Vəzifə
almasanız belə, vəzifəlilər sizə qibtə edəcək.
Bu il ən uğurlu gedişiniz ailə-sevgi və mənzillə
bağlı olacaq. Bəri başdan “Mənziliniz mübarək!”
deyirik. Amma ulduzlar əcnəbi vətəndaşlarla
işbirliyi yaratmağınızın əleyhinədir.
İt - əzablı günlərinizin bir daha təkrar
olunmamasını istəyirsinizsə, qarşıdan gələn
at ilinə ümid bəsləyin. Bu yəhərli məxluq
sizi ağ günlərə çıxara bilər. Yalnız
martda və noyabrda bəzi şəxsi problemlərlə
rastlaşacaqsınız ki, bu da öz səhviniz ucbatından
baş verəcək. Karyera və biznesdə isə bəxtiniz
gətirəcək. Amma nədənsə ulduzlar sevgi amilini
ikinci plana keçirəcəyinizi göstərməkdədir.
Çalışın ki, bu məsələdə daha aktiv
olasınız. Düzdür, ilboyu dostlarınız artacaq,
lakin bu, sevgini üstələməməlidir. Yay aylarında
isə ambulator müayinədən keçməyiniz lazım
gələcək.
Qaban - böyük ümidlərlə
yaşamaqdasınız. Çünki ötən il demək
olar ki, başlıca problemlərinizin əksəriyyəti
yarımçıq qalıb. Elə düşünməyin
ki, zəiflik göstərmisiniz, xeyir! Sadəcə olaraq,
perspektivlərinizi reallaşdırmaq üçün vaxt
yetişməyib. Amma atın “hakimiyyətə” gəlməsi
bağlı qalan bütün qapıları üzünüzə
açacaq. Düzdür, karyerada zirvələri fəth etməyəcəksiniz,
lakin maliyyə və iş barədə uğurlarınız
kifayət qədər olacaq. Ən başlıcası isə
insanlara qarşı münasibətləriniz dəyişəcək,
təmkinli və müdrik bir şəxsə çevriləcəksiniz.
Dostluq və sevgi barədə isə heç bir
narahatçılığınız olmayacaq. Şəxsi
büdcənizdə və səhhətinizdə cərəyan
edən proseslərdən də məmnun qalacaqsınız.
At ilinin məşhurları:
Səməd
Vurğundan Mandelaya
At ilində dünyaya gələn məşhurların
kimliyini də yada salmaqla mənzərəni tam
aydınlaşdıra bilərik.
1906-cı
il
Səməd Vurğun - şair
Süleyman Rüstəm - şair
Məhəmmədhüseyn Şəhriyar - şair
Sara Aşurbəyli - tarixçi, şərqşünas
Leonid Brejnev - siyasətçi, 1964-1982-ci illərdə
SSRİ-nin dövlət başçısı
Dmitri Şostakoviç - bəstəkar
1918-ci il
Qara Qarayev - bəstəkar
Bayram Bayramov - yazıçı
İmran Qasımov - yazıçı
Nikolae Çauşesku - siyasətçi,
Rumıniyanın sabiq prezidenti
Nelson Mandela - siyasətçi, Cənubi Afrika
Respublikasının sabiq prezidenti
1930-cu il
Fikrət Sadiq - şair
Fərəməz Maqsudov - riyaziyyatçı
Rəşid Göyüşov - arxeoloq
Viktor Tixinov - hokkeyçi
İqor Netto - futbolçu
Anatoli Lukyanov - siyasətçi, dövlət xadimi
Corc Soros - maliyyəçi, filantrop
Seyfəddin Qəndilov - tarixçi
Toğrul Nərimanbəyov - rəssam
Xoşbəxt Yusifzadə - mühəndis-geoloq
Yaqub Məmmədov - xanəndə
Əbdürrəhman Vəzirov - siyasətçi,
1988-1990-cu illərdə Azərbaycanın rəhbəri
Əlibaba Məmmədov - xanəndə
1942-ci il
Məhəmməd Əli - boksçu
Kim Çen İr - siyasətçi, Şimali
Koreyanın sabiq dövlət başçısı
Müəmmər Qəzzafi - siyasətçi,
Liviyanın sabiq dövlət başçısı
Co Bayden - siyasətçi, ABŞ-ın vitse-prezidenti
Si Szinpin - siyasətçi, Çin dövlətinin
başçısı
1954-cü
il
Baba Vəziroğlu - şair
Hikmət Hacızadə - siyasətçi, politoloq
Qulu Məhərrəmli - jurnalist
Sərdar Cəlaloğlu - siyasətçi
Siyavuş Kərimi - bəstəkar
Telli Pənahqızı - jurnalist
İsmayıl Ömərov - jurnalist
İsmət Abasov - dövlət xadimi
Əli Nağıyev - siyasətçi
Əlisəmid Kür - şair
Mübariz Qurbanlı - siyasətçi
Viktor Yusşenko - siyasətçi, Ukraynanın sabiq
prezidenti
Rəcəb Teyyub Ərdoğan - siyasətçi,
Türkiyənin baş naziri
Angela Merkel - siyasətçi,
Almaniya kansleri
Uqo Çaves - siyasətçi,Venesuelanın sabiq
prezidenti
Fransua Oland - siyasətçi, Fransa prezidenti
Aleksandr Lukaşenko - siyasətçi, Belarus prezidenti
Enn Dörsi - diplomat, ABŞ-ın Azərbaycandakı
keçmiş səfiri
Sezən Aksu - müğənni
1966-cı
il
Alya - yazar, jurnalist
Rauf Arifoğlu, "Yeni Müsavat" qəzetinin
qurucusu
Orxan Fikrətoğlu - yazıçı, jurnalist
Mayk Tayson - boksçu
Cimmi Uyels - “Vikipediya”nın yaradıcısı
Devid Kemeron - siyasətçi, Britaniyanın baş
naziri
Roman Abramoviç - iş adamı
1978-ci il
Murad Dadaşov - şoumen
Elşad Məmmədli, "Yeni Müsavat" qəzetinin
redaktoru
Canluici Buffon - futbolçu
Miroslav Kloze - futbolçu.
SELCAN
Yeni
Müsavat.- 2013.- 24 dekabr.- S.15.