1 aprelin
tarixi
Bu gün beynəlxalq gülüş günüdür
1 aprel bütün
dünyada olduğu kimi, Azərbaycanda da gülüş və yumorla
xatırlanır. Aprelin 1-nə aldatma günü, hiylə
günü, gülüş
günü deyənlər də var. Bu gün
dünyanın ən ciddi insanı belə
ona edilən zarafatı xoş
qarşılayır. Məhz bu gün aprelin
1-i insanlar bir-biriləri
ilə zarafatlaşır,
biri digərini aldadır. Qısacası, bu gün hamı
çalışır ki,
ətrafındakı insanların
üzündə təbəssüm
yaratsın.
1 aprelin yaranması haqda versiyalar...
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar
var. Ən çox yayılmış versiyanın
kökü gedib qədim Romaya çıxır. Romada
təxminən 2000 il əvvəl hazırkı gülüş
gününə oxşar
bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü
adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından
birinin imperator Konstantinə
zarafatla gülüşün
dövlətə onun
özündən çox
fayda verə biləcəyini deyəcək
qədər ürəklənməsindən
başlayıb. Konstantin
ona söylədiklərini
həyata keçirmək
imkanı verib və xüsusi qərar çıxarıb
ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin
hər yerində insanlar gülür və müxtəlif zarafatlara yol verirmişlər. Daha geniş
yayılmış versiyalardan
biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış
1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin
vaxtadək yeni il həftəsi
martın 25-dən başlayar,
aprelin 1-də başa
çatırdı. Təqvimin
dəyişməsinə baxmayaraq,
insanların bəzisi
yeni ili
köhnə qaydalarla qarşılamağa üstünlük
verirdilər.
Digər
versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki,
məhz aprelin 1-də
müəyyən ölkələrdə
Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi
anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü
şən zarafatlarla keçiriblər. Belə adamları
ələ salır, onlara axmaq hədiyyələr
verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada
isə gülüş
gününün tarixi
I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin
1-də səhər Peterburqda
əvvəllər yanğın
təhlükəsindən xəbər
verən həyəcan
siqnalı çalınıb.
Hamının yerindən dik
atılmasına baxmayaraq,
bu, zarafatyana tədbir idi.
Bu günü xoşbəxt olmayan gün sayanlar da var
Almaniya
və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın
həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən
həmin tarixdə kəndlərdə heç
kəs işləmirmiş.
Həm böyüklər, həm
də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz
olan tapşırıqların
arxasınca göndərirlərmiş.
1 aprel Azərbaycanda
necə qeyd olunmağa başladı?
1 apreli gülüş günü
kimi qeyd etmək Azərbaycana
SSRİ-dən xatirə
qalıb. Hazırda dünya
əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.
Mətbuatda edilən məşhur
zarafatlar
Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat -xəbərlər
güldürsə də,
kimlərsə zarafat xəbərlərə xeyli
təpki göstərir.
1957-ci ildə BBC-nin ən ilginc
xəbər proqramı
olan “Panorama” havaların
isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını
deyib. Tezliklə televiziyaya
çoxsaylı telefon
zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi
şəkildə “bir
qutu tomat, sosiskalı spaget əkin və tutması üçün
dua edin” məsləhəti veriblər.
Sonda bunun bir zarafat
olduğu məlum olub.
1962-ci ildə isə
İsveçin yeganə
ağ-qara yayımlanan
telekanalının 1 aprel
proqramına çıxan
bir texnoloq televizorun ekranına bir
qadın neylon corabı keçirməklə
tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini
verib.
1998-ci ildə “Burger
King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını
bildirib. Elanda deyilib
ki, ölkədəki
32 milyon solaxay üçün hazırlanmış
həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə
fırlanır. Sonradan bunun
1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri
həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə
axışıb.
1977-ci ildə ingilis “The Guardian” qəzeti
Hind okeanında uydurma
San Şeriff respublikasının
10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik
xüsusi buraxılışla
çıxıb.
1992-ci ildə sol təmayüllü
NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir
iş görmədim və bir daha
pis bir iş
görməyəcəm” şüarı
ilə prezident seçkilərində namizəd
olduğunu açıqlayıb.
1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun
Antarktidada kəlləsi
yastı sümüklərdən
ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən
yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib. Almaniyanın
Schlesvig-Holstein əyalətindəki
bir radio sürücülərdən
Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib.
İsveçrəli bir şirkətin bu körpünü satın aldığını
və bayram günləri körpüdən
keçid haqqı alınacağı xəbərini
yayan radio əyalətin
rəhbəri Heide Simonis, çox sayda siyasətçi,
polis məmurları və
ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer
verib. Lakin bu da bir zarafat olub.
Könlümüzü
xoş tutmaq, əhval-ruhiyyəmizi yüksəltmək,
mənfi enerjidən azad olmaq üçün
gülüş ən
yaxşı vasitədir. Odur ki, bu gün
edilən zarafatlardan inciməyərək gülün
və yumorla cavab verin.
Günel
MANAFLI
Yeni Müsavat.- 2014.- 1 aprel.- S.14.