Qadın və
ananın həqiqi məqamı
Bismilləhir-Rahmənir-Rahim!
Qadının
həqiqi dəyəri, həqiqi ana kimliyi və həqiqi
qadın günü - Həzrət Fatimeyi Zəhranın (s.ə)
mübarək mövlud günləri astanasındayıq. Bütün dünya müsəlmanlarını
mübarək mövlud münasibətilə səmimi qəlbdən
təbrik edirik.
Bəşəriyyətin
fikrində qadına münasibətdə inqilab
Həzrət Zəhranın (s.ə) həqiqi
kimliyini, həqiqi məqamını tanımaq istəyən gərək
tarixə baş vursun. Burada Məkkə və Mədinə
tarixinə nəzər salmağa xüsusi ehtiyac yoxdur. Belə ki, Məkkə-Mədinədə Həzrət
Zəhranın (s.ə) əməli kimliyi aşkar surətdə
görünür. Burada “Həzrət Zəhra
(s.ə) kimdir?” sualının cavabı aydın şəkildə
göz qabağındadır. Bizim
üçün maraqlı olan tarix isə - dünya tarixidir.
İslamda qadın simvolu olan Həzrət Zəhra
(s.ə), dünya tarixində nə böyüklükdə təsir
qoyub?! Qadın azadlığı,
qadına hörmət, qadının irəlidə getməsindən
danışan dünyanın bu kimi söhbətləri nə
zamandan başlanıb? Bəşəriyyətin fikrində
qadına münasibətdə inqilabı kim
edib? Hansı mədəniyyət, hansı
sivilizasiyadır ki, qadını kişinin şəxsi
mülkiyyəti kimi tanımır, əksinə, ən
üstün varlığa çevirir? O hansı məktəbdir
ki, qadına deyir - “Cənnət anaların ayaqları
altındadır”? Qadının torpağa
basdırılmasını deyil, qadını şərin mənbəyi
deyil, qadını şeytanın (lən) nökəri deyil,
qadını insanın Cənnətdən qovulması
üçün bir simvol deyil, qadına hətta bəzi
üstün ixtiyarlar verilməsinə zəmin yaradan nə
olur?
Həzrət Zəhra (s.ə) məqamı nədir?
Yuxarıda sadalanan bütün nailiyyətlərin
kökündə mübarək dinimiz - İslam durur. Mübarək dinimizin bəşərə etdiyi xidmətləri
başa düşmək üçün gərək on
dörd əsr bundan əvvəl mövcud olan dünyaya bir nəzər
salaq. Dünya nə halda idi və İslam
gəlib nə edir? Həzrət Rəsulun
(s) bağında Həzrət Zəhra (s.ə) kimi bir mənəviyyat
və şəxsiyyət bəhrəsi yetişir ki, bəşər
bu günəcən qadına hələ də o dərəcədə
qiymət verə bilməyib. İslam gələn
zaman Avropanın nə vəziyyətdə olması göz
qabağındadır. O zaman qadına münasibətin
necə olması hamıya bəyandır. Lakin
İslam gəlir, bildirir ki, nəinki qadına sadəcə
hörmət olunmalıdır, əslində qadının məqamı
olduqca üstün tutulmalıdır. İslam
bəyan edir ki, qadınların simvolu olan Zəhra (s.ə) -
İlahi qəzəbin və ya İlahi məhəbbətin
meyarıdır. Bu, nə deməkdir?
O deməkdir ki, İslam məntiqinə görə, qadın
öz müstəvisində o qədər ucala bilər ki, bir
vaxtlar torpağa basdırılan, insanların özləri
üçün ar bildiyi qadın, Zəhra (s.ə) məqamına
çata bilər. Bu, elə bir məqamdır
ki, əgər Həzrət Zəhra (s.ə) kiməsə qəzəblənsə,
Rəsul (s) ona qəzəblənər. Və
əgər Rəsul (s) bir kəsə qəzəblənərsə,
Allah ona qəzəblənər. Bunun əksi
isə budur ki, hər kimi Həzrət Zəhra (s.ə) sevərsə,
İslam Peyğəmbəri (s) onu sevər. Hər kimi Rəsul (s) sevərsə, Allah da onu sevər.
Həzrət
Zəhra (s.ə) - İlahi meyarın misdaqıdır
Firqəsindən asılı olmayaraq,
vicdanı olan hər bir kəs bunu təsdiqləyir ki, Həzrət
Zəhra (s.ə) - İlahi meyarın təzahürüdür. Yəni Zəhranın (s.ə) sevgisini
qazanmış şəxs - Allahın sevgisini qazanır.
Zəhranın (s.ə) qəzəbini qazanan
şəxs - Allahın qəzəbini qazanıb. İslam qadını o qədər ucaldır ki,
qadın İslam nəzərində Xəlifətullah olur.
Qadın İslam nəzərində elə bir fərdə
çevrilir ki, ən ali, ən kamil məqam
ona mənsub olur. Qadın öz əməli,
öz təqvası, öz imanı, öz əxlaqı, Rəbb
qarşısında bəndəçiliyi ilə son dərəcə
yüksək yerlərə çatır. İslamın
nəzərində qadın, Zəhra (s.ə) timsalında bu qədərlərədək
ucala bilir.
Həzrət
Zəhra (s.ə) - Peyğəmbərin
(s) tanıtdığı ən kamil insandır
Həzrət Zəhranın (s.ə) məqamını
ən gözəl şəkildə əlbəttə ki, Həzrət
Rəsulallah (s) çatdıra bilər. Əziz
İslam Peyğəmbəri (s) buyurur: “Fatimə (s.ə) -
dünya və Axirət xanımlarının seyyidəsidir”. Yəni xanım, dünya və Axirətdə öz
üzərində həqiqi xanımlıq simasını
daşıyan bütün qadınların rəhbəri və
ağasıdır. Xanım Fatimeyi-Zəhra
(s.ə) onlar arasından ən kamildir.
Digər bir yerdə Həzrət Rəsulallah (s) buyurur:
“Fatimə (s.ə) mənim üçün insanların ən
əzizidir”. Rəsul (s) üçün ən əziz insan kim ola bilər? Onun
üçün əlbəttə ki, ən əziz insan -
Allah yanından ən kamil insandır. Qadına
verilən məqam budur. Rəsulallah (s) buyurur: “Fatimə
(s.ə) - dünya qadınları arasında parlaq bir ulduzdur”.
Yəni Həzrət Fatimə (s.ə) - hidayət
çırağıdır. Xilas olmaq istəyən
gərək Zərha (s.ə) nuruna, Zəhra (s.ə)
çırağına tərəf gəlsin.
Hər cümə həsrətlə
intizarını çəkdiyimiz əziz Mövlaya (ə.f)
çox mübarək bir buyuruşu nisbət verirlər.
Mövlamız Həzrət Məhdi (ə.f) buyurur:
“Allahın Rəsulunun (s) qızı mənim
üçün gözəl bir nümunədir”. O kəs ki,
qəlblər onun intizarındadır və o kəs ki, ürəklər
onun gəlişinin həsrəti ilə döyünür,
onun məntiqində insanlığa ən gözəl
nümunə - Həzrət Fatimədir.
Toy
günü Xanım Zəhranın (s.ə) axirət
narahatlığı
Həzrət Zəhranın (s.ə)
öz buyuruşularına nəzər salmaqla da onu tanımaq
üçün böyük fürsət yaranır. Xanımın (s.ə) çox mübarək bir
cümləsi var. Toy günü Həzrət Əli (ə)
Xanımı (s.ə) çox nigaran halda görür. Bunun səbəbini soruşur. Xanım (s.ə)
buyurur: “Ömrümün qurtaracağı anı yadıma
saldım, özüm haqqında düşündüm. Yadıma saldım ki, bir gün ömrüm sona
çatacaq və mən qəbrə gedəcəm. Necə
ki, bu gün atam evindən sənin mənzilinə
köçmüşəm, bir başqa gün bu mənzildən
qəbir və Qiyamət mənzilinə tərəf
köçəcəyəm...” Xanım Zəhranın
(s.ə) nəyə görə Zəhra (s.ə) olması elə
bu mübarək cümlədən anlaşılır. Xanım Zəhra (s.ə) hər an Allahın dərgahına
qayıdacağı anı düşünür. Hər
bir kəs - pis iş törədənlər də, fəsad
edənlər də, min cür cinayətə qol qoyanlar da bir
gün Allahın dərgahına qayıdacağını əslində
bilir. Lakin onlarla Zəhranın (s.ə), Zəhra (s.ə) sevərlərin
fərqi bundadır ki, Zəhra (s.ə) və Zəhra (s.ə)
sevənlər öz vəziyyətlərini hər an düşünürlər. Fikirləşirlər
ki, bir gün bu dünyadan köçəcəklər və
həyatlarını buna uyğun tərzdə yaşayırlar.
Xanım
Zəhra (s.ə) –
Allahın
açıq-aşkar höccəti və dəlilidir
Həzrət Zəhra (s.ə) öz dili
ilə özünü belə tanıtdırır. Xanım (s.ə)
buyurur: “Biz Rəsulun (s) Əhli-beyti (ə) Allahla məxluqatı
arasında bir vasitəyik. Biz Əhli-beyti (ə)
Allah Təala Özü ilə məxluqatı arasında bir
vasitə qərar verib. Biz Allahın
seçilmiş bəndələriyik. Biz,
müqəddəslik məqamındayıq. Biz, Rəbbin açıq-aşkar dəlilləri və
höccətləriyik. İlahi peyğəmbərlərin
(ə) varisləriyik”. Heç bir kəs
deyə bilməyəcək ki, mən xilas olmağın yolunu
bilmədim. Həzrət Zəhra (s.ə) - Allahın
açıq-aşkar höccəti və dəlilidir. Yüz
iyirmi dörd min peyğəmbərin (ə) bütün
kamalları, bütün alilikləri, bütün
ucalıqları, bütün kəramətləri Həzrət
Zəhrada (ə), Həzrət Əlidə (ə), Həzrət
Həsən (ə) və Həzrət Hüseyndə (ə) cəmləşib.
Yüz iyirmi dörd min peyğəmbərin (ə)
varisləri onlardır. Onlar yüz iyirmi
dörd min bağbanın yetişdirdikləri təbərrüklərdir.
Belə olur ki, Həzrət Zəhranın (s.ə)
qəzəbinə gələnlər, Rəbbin qəzəbinə
gəlir. Belə bir fərdin
razılığın qazanan şəxs Allahın
razılığını qazanır.
Son
anında belə Peyğəmbər (s) irsini yaşadır
Həzrət Zəhranın (s.ə) Peyğəmbərin
(s) vəfatından sonra ümmətə keçdiyi dərslər
xüsusi önəm kəsb edir. Son anında
belə Xanım (s.ə) atasının irsini
canlandırır, onu yaşadır. Peyğəmbərin
(s) vəfatından sonra Bilal artıq azan verə bilmirdi.
Bir gün Bilala xəbər çatır ki, Rəsulun
(s) bədəninin bir parçası, Rəsulun (s) ən
çox sevdiyi bir kəs, Peyğəmbərin (s) qəlbinin
meyvəsi onun “Allahu əkbər” sədalarını eşitmək
istəyir. Həzrət Zəhra (s.ə)
atasının müəzzininin səsini duymaq istəyir.
Bu zaman Həzrət Zəhranın (s.ə) son
anları idi. Bu, sona çatmayan ilk Mədinə
azanı idi. Çünki Bilal qorxurdu ki, əgər
azan sona çatsa, Həzrət Zəhra (s.ə) artıq
dünyadan köçər. Bilal azana
başlayır və Mədinə əhli yenidən mübarək
sədalara cəm olur. Bilal azanı verib
“Əşhədu ənnə Muhəmmədən (s) Rəsulullah”
hissəsinə çatanda Bilala deyirlər ki, azanı
saxlasın. Çünki, Zəhra (s.ə)
huşdan getmişdi.
Xanım
Zəhranın (s.ə) hicab dərsi
Həzrət Zəhranın (s.ə) insanlıq
üçün qoyub getdiyi ən gözəl hədiyyə -
hicabdır. Bir gün bir kor kişi
icazə alıb, Həzrət Əlinin (ə) evinə daxil
olur. Əziz Rəsulallah (s) kənardan
müşahidə edir. Görür, Zəhra
(s.ə) ayağa qalxır. Buyurur: “Qızım, bu
kişi görmür”. Cavabında Həzrət Zəhra (s.ə)
buyurur: “Atacan, əgər o məni görmürsə, mən
ki, onu görürəm...” Rəsul (s) bundan sonra qızına
buyurur: “Mən şəhadət verirəm ki, sən mənim
bədənimin bir parçasısan”. Yəni Həzrət Rəsullallah
(s), bəşəriyyətə kamil hicab dərsi keçən
qızına deyirdi ki, Zəhra (s.ə) elə onun
özüdür.
Göründüyü kimi, Xanım Zəhra
(s.ə) hər şeyin fövqündə dayanan ilk məsələ
- hicabdır.
Uşaq tərbiyəsinə
dair gözəl nümunə
Həzrət Zəhranın (s.ə)
uşaq tərbiyəsi indiki dünya anaları
üçün çox böyük örnəkdir. Xanım (s.ə) uşaq tərbiyəsindən
şeirdən istifadə edirdi. İmam Həsənin (ə)
uşaq vaxtlarıdır və Xanım (s.ə) ona müraciət
edərək buyurur: “Ey Həsən (ə), atan kimi ol. Haqqın ipindən yapış. Hədiyyə
edən Allaha ibadət et. Düşmənlərlə
dostluq etmə”. Ana öz uşağına
şeir formasında tərbiyə verir, ibrətli dərslər
keçir. Əslində ana öz
övladına çox dərin mətləbləri hələ
uşaq çağlarından çatdırır. Gərək analar Xanım Zəhradan (s.ə) belə
gözəl örnəkləri əxz etsin.
Bundan sonra Xanım (s.ə) kiçik oğlu Hüseynə
(ə) deyir: “Hüseyncan, sən mənim atam Rəsulallaha (s)
oxşayırsan ...” Həzrət Zəhranın (s.ə) həyatı
başdan-başa belə incə məsələlərlə
zəngindir.
Həzrət
Fatimeyi-Zəhranı (s.ə) tanıyaq
Həzrət Zəhra (s.ə) haqqında
hədisə diqqət edək. Həzrət Peyğəmbərdən
(s) nəql edirlər: «Fatimə - mənim bədənimin bir
parçasıdır, gözümün
işığıdır, qəlbimin meyvəsidir. O şey
ki, onu qəzəbləndirir, məni qəzəbləndirmişdir;
o şey ki, onu sevindirir, məni sevindirmişdir. O,
Əhli-Beytdən mənə qovuşacaq ilk şəxsdir».
Xanım Zəhra (s.ə) insanların
hansı əxlaqi meyarlara sahib olmasını vurğulayır. Həzrət
Fatimeyi-Zəhradan (s) nəql edirlər: «Sizlərdən ən
fəzilətlisi o kəsdir ki, insanlarla ünsiyyətdə
daha yumşaq və daha mehribandır. Və ən
qiymətliniz o kəsdir ki, xanımına qarşı mehriban
və güzəştlidir». Görürük
ki, burada həm mülayimlik, mehribanlıq, mədəni
münasibətlər yer alır, həm də ailədaxili
münasibətlərdə comərdlik, böyükqəlblilik
vurğulanır.
Digər hədisdə Həzrət Fatimeyi-Zəhradan
(s) nəql edirlər: «Ananın xidmətində durunuz,
çünki, behişt anaların ayaqlarının
altındadır». Burada isə behiş məqamının
anaya münasibətdən asılılığına diqqət
çəkilir.
Başqa yerdə Həzrət Fatimeyi-Zəhra (s) öz əqidəvi
məqamlarını çatdırır: «Xoşhalam ondan ki,
Allah-Təala mənim Pərvədigarımdır və sən,
ey ata, mənim Peyğəmbərimsən və əmim
oğlu (həzrət Əli) həyat yoldaşım və
İmamımdır».
Mənəvi dəyərlərin prioritet rolu haqqında
Həzrət Fatimeyi-Zəhradan (s) belə nəql edirlər:
«Mən dünyapərəstələrin dünyasını
sevmirəm».
Digər hədisdə Həzrət Fatimeyi-Zəhradan
(s) nəql edirlər: «Möminlə xoş üzlə
görüşməyin mükafatı - behiştdir. Və zalım insanların düşmənləriylə
xoş üzlə görüşməyin mükafatı - (cəhənnəm)
odunun əzabından hifz olunmaqdır». Burada
yenə də mülayim münasibətlərin əhəmiyyəti
vurğulanır. Amma yeni bir nöqtə
görürük - zalımlarla düşmənçilik edənlərə
xoş ünsiyyətin məfkurəvi yükü
açıqlanır.
Həzrət Fatimeyi-Zəhradan (s) yenə də nəql
edirlər: «O kəs ki, xalis ibadətlərini Allah
üçün yerinə yetirər, Uca Allah da əvəzində
ən gözəl durumu onun üçün əta edər». Bu mübarək hədisdə ixlaslı ibardətin
insanın durumu ilə düz mütənasibliyini
görürük.
Allahım, bizləri dünya və axirətdə
Xanım Zəhra (s.ə) nurundan ayırma!
Allahım, bizlərə dünya və axirətdə Əhli-beytin (ə) şəfaətini nəsib et! Amin!
Hacı
İlqar İbrahimoğlu
Yeni
Müsavat.- 2014.- 18 aprel.- S.14.