Ermənilərin ən
böyük tarixi
yalanı
Uydurma
“soyqırım” iddiasından 99 il ötür; dünya erməniliyi
bu yalanı dünyaya
tanıdarsa,
Qarabağın işğalını rəsmiləşdirmək
üçün yeni imkanlar əldə edə bilər
Tarixçi-araşdırmaçı
Xaqani İsmayıl: “24 aprel terrorçu ermənilərin həbsi
günüdür...”
Bu gün dünya erməniləri uydurma “soyqırım”ın ildönümünü qeyd edir. Bu münasibətlə onlar daha geniş səviyyədə tədbirlər keçirməyə çalışırlar. Çünki gələn il saxta iddianın 100-cü ildönümüdür. İşğalçı və terrorçu xislətindən 100 ildir əl çəkməyən ermənilər nəyin bahasına olur-olsun sərsəm iddialarını beynəlxalq birliyə tanıtmaq və Türkiyəni ağır durumla üz-üzə qoymaq istiqamətində dəridən-qabıqdan çıxmaqdadırlar.
Ekspertlərə
görə, belə sərsəm iddianı beynəlxalq birlik tanısa, bu,
Türkiyə üçün, Azərbaycan
və bütün türk
dünyası üçün də çox ciddi problemlərə
səbəb ola bilər. Əvvəla, o halda Ermənistanın
Türkiyəyə qarşı torpaq
iddiaları, təzminat davası rəsmiləşəcək. Düşmən ölkənin
hazırkı konstitusiyasında Türkiyəyə qarşı
ərazi iddiası onsuz da
əksini tapıb. İkincisi, Türkiyənin
regiondakı, dünyadakı mövqeyi, nüfuzu laxlayacaq, qardaş ölkə “ikinci
sort” dövlətə çevrilmiş
olacaq. Ona görə ki, gözü
qıpıq olacaq. Üçüncüsü,
müsəlman-türk dünyasının yeganə favorit-demokratik dövləti olan
Türkiyənin beynəlxalq dayaqları zəifləyəcək,
türk düşmənləri fəallaşacaq.
Dördüncüsü, hətta qardaş ölkənin parçalanması məsələsi
gündəmə gələ bilər. Beşincisi,
güclü Türkiyənin Avropa Birliyinə üzv
olmasını istəməyənlər istəyinə
çatmış olacaq.
Altıncısı, dünyada ksenofobiya (türkofobiya), islamofobiya güclənəcək. Bunun əziyyətini ümumən müsəlman,
türk toplumu çəkəcək
və s.
Azərbaycana gəlincə,
Türkiyənin zəifləməsi avtomatik
Azərbaycanın da zəifləməsinə
və təklənməsinə gətirəcək. Ermənilərin
əsas hədəflərindən biri də
məhz budur. Qondarma “erməni
soyqırımı”nın tanınması ilk
növbədə Qarabağ məsələsində
Azərbaycanın zərərinə işləyə bilər.
Çünki bu halda terrorçu ermənilər
özlərinə beynəlxalq birlik səviyyəsində
“əzabkeş, məzlum, qırğına məruz qalmış
xalq” obrazını yarada
bilərlər. Bu obrazı özü haqqında yaratdıqdan sonra ermənilər Qarabağın
işğalını beynəlxalq birliyə öz
istədikləri kimi qəbul etdirmək üçün yeni imkanlar əldə etmiş
olarlar.
Ekspertlərin fikrincə,
işğalçılığı ideologiyaya
çevirən Ermənistan Türkiyənin zəifləməsindən
daha da şirniklənə
və Naxçıvana qarşı ərazi iddialarını
yenidən gündəmə gətirə bilər. Onların qənaətincə,
belə təhlükəli perspektivi
önləmək ən əvvəl Türkiyə ilə Azərbaycanın,
dünyadakı bütün türk xalqlarının birgə hərəkət
etməsindən keçir. Türkiyə
və Azərbaycan diplomatiyası “erməni
soyqırımı” iddialarının əsassız olduğunu dünyaya sübuta yetirmək üçün
çox ciddi iş aparmalıdır.
Azərbaycanla
Türkiyənin qondarma iddiaya
qarşı artıq müəyyən birgə mübarizə
təcrübəsi var. 2012-ci ildə Fransa parlamentinin qəbul
elədiyi erməni məsələsini inkara
görə cəza nəzərdə tutan
qanunun elə bu
ölkənin Konstitusiya Şurası tərəfindən
ləğvinə nail olunması birgə mübarizənin bəhrələrindən
biri hesab edilir. Şübhəsiz, belə bir uğur iki
qardaş dövlətin hökumətlərinin,
diaspor təşkilatlarının, ictimai qurumlarının səyləri, iki dövlətin ortaq gücü hesabına reallaşa
bildi. Bədnam qanunun ləğvinə Fransa
kimi ermənipərəst dövlətdə
nail olunması isə ikiqat
siyasi məna daşıyırdı. Nədən
ki, belə niyyətə düşmək
istəyən başqa dövlətlərə
xəbərdarlıq mesajı daşıyır özündə.
Demək, çevik, düşünülmüş
fəaliyyət planı olan yerdə nəticə
özünü çox
gözlətməyəcək. Xüsusən də
o halda ki,
uydurma məsələ xalis
siyasi mahiyyətlidir və “erməni
kartı”, sadəcə, bəzi qlobal xristian güclərinin əlində Türkiyəyə,
güclənməkdə olan və Qərb
üçün böyük
energetik anlama malik türk
dünyasına qarşı siyasi təzyiq
rolundadır. Bu iddianın həqiqətən
də tarixi kökü,
əsası yoxdur.
İddianın
saxtalığı, tarixdən deyil, siyasətdən
mənbə götürdüyünü
həm də o fakt sübut edir ki, 100 il ərzində xristian dünyasının özü
belə onu həqiqət kimi
qəbul eləməyib. Məhz öz
yalanına əmin olduğu üçün erməni tərəfi məsələnin
araşdırılması üçün
tarixçilərdən ibarət ortaq
komissiyanın yaradılmasına bu günədək
mane olur.
Siyasətçilər
və tarixçilər hesab edir ki, məkrli erməni
təbliğat maşınına və yalanlarına
qarşı Türkiyə və Azərbaycanın daim işlək olan ortaq bir strukturu
yaradılmalıdır. Oraya savadlı
mütəxəssislər, qlobal siyasəti
bilənlər, erməni psixologiyası və mentalitetini
yaxşı bilən kadrlar cəlb edilməlidir.
“Erməni soyqırımı” iddialarının cəfəngiyyat
olduğunu sübuta
yetirəcək sistemli proqram
hazırlanmalı və məhz həmin proqramla
hərəkət edilməlidir. Ermənilərin bu cəfəng iddialarına qarşı çox ciddi əks-təbliğat
aparmaq lazımdır. Birinci
növbədə Türkiyə, daha sonra Azərbaycan və digər türk dövlətləri rəsmi olaraq əks-təbliğat orqanını
yaratmalıdırlar. Ən uğurlusu bu qurumun birgə
yaradılmasıdır. Bu struktur
daim qondarma erməni
soyqırımı iddialarını ifşa
etməlidir. Ermənilər saxta 100 illiyə
hazırlaşırlarsa, biz də buna qarşı hazırlaşmalıyıq.
Əks-təbliğat orqanı mövcud sənədləri
çap edib dünyada yaymalı, erməniləri ifşa edən bütün
materialları təqdim etməlidir. Eyni zamanda əslində ermənilərin türklərə,
Azərbaycan türklərinə qarşı soyqırım
törətmələri faktlarını daha
effektiv şəkildə
yaymalıdırlar. Bu yolla
erməniləri ifşa etmək mümkündür, müasir
dünyada bunun başqa yolu yoxdur. Bu məsələdə
haqq ermənilərin tərəfində
olmadığı üçün tarixdə
erməni soyqırımının olmadığını sübuta yetirmək o qədər
də çətin deyil.
Bu
barədə “Yeni Müsavat”a danışan tarixçi
araşdırmaçı, “31 mart” Azərbaycanlı
Soyqırımını Tanıtım Təşkilatının
sədri Xaqani İsmayıl bildirdi ki, ermənilərin
iddialarını alt-üst etmək üçün Osmanlı İmperiyasının
və müxtəlif ölkələrin arxivlərində materiallar var. Qeyd edək ki, Xaqani İsmayıl
Osmanlı İmperiyasının arxivlərində “erməni
soyqrımı” məsələsini araşdıran azərbaycanlı
tarixçidir. Onun dediyinə görə,
araşdırılmış arxiv
materiallarının hamısından birmənalı belə qənaətə
gəlmək olur ki,
ermənilərin dediyi kimi
heç də soyqırım olmayıb, əslində
erməni silahlı dəstələri dinc
türk və kürd
əhalisini qırıb. 1914-cü il
oktyabrın 18-dən Türkiyənin bir
sıra bölgələrində ermənilər Fransa və digər Osmanlı İmperiyasını
məhv etmək üçün savaşan xarici ölkələrin
ordularına daxildən ciddi dəstək
veriblər. Türklər və kürdlər yaşayan
qonşu yaşayış yerlərinə
basqınlar təşkil edib dinc əhaliyə divan tutublar. Qadınlara, qızlara qarşı təcavüz
hərəkətlərinə yol veriblər:
“Bütün tarixi sənədlərin
hamısı aydın şəkildə göstərir ki, ermənilərin ”soyqırımı"
ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. “Erməni soyqırımı” deyilən
şey qondarmadır. Bu,
bir sıra dövlətlərin
maraqları baxımından ortaya
atılıb. Ondan bir
alət kmi istifadə edilib.
Ermənistan heç bir
zaman “erməni soyqırımı”
iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki
ermənilər üçün bir ideologiya halına gəlib.
Erməniləri bir zaman
ayaqda saxlayan kilsə
idisə, 1915-ci ildən sonra onlar bu
“soyqırımı” uydurdular və
özlərinə ikinci ayaq
yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti
də olmaya bilər. “Soyqırım” bütün erməniləri birləşdirən
bir ideologiya halına
gəlib. Ölkə daxilində didişən qüvvələr,
düşmənçilik edənlər bu
məsələdə birləşirlər. “Soyqırım”
onların alver predmetinə çevrilib.
Qeyd etdiyim kimi, ermənilər komitə adı altında
terrorçu dəstələr yaradıb xarici qəsbkarlara dəstək verirdilər, türk jandarma qüvvələrinə
qarşı pusqular qurur,
terror həyata keçirirdilər. Eyni zamanda türklər və
kürdlər yaşayan qəsəbələrdə
əhaliyə divan tuturdular.
Ona görə də 1915-ci il aprelin 24-də
Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi
bir əmr verdi. O əmrə
görə, 2345 erməni komitə üzvü-terrorçusu
ölkənin müxtəlif yerlərində həbs edildi. Dövlətə qarşı qiyam qaldıran və daxildə terrorçuluqla məşğul olan ermənilər əmrə tabe
olmayıb müqavimət göstərirdilər. Erməni əhali
də kompakt yaşadıqları yerləri
terrorçuların və xarici
düşmənlərin sığınacağı üçün açıq elan
etmişdi. Həmin bölgələrdə
terrorçuların təmizlənməsi zamanı əhalinin
ziyan çəkməməsi üçün əhali Osmanlı
İmperiyasının daha təhlükəsiz
müxtəlif vilayətlərinə köçürülməyə
başladı. Köçürülərkən bu ermənilərin can və
malı qorunurdu. Köçürmə
dövlətin hesabına həyata keçirilirdi.
Ermənilər köçürülərkən onların təhlükəsizliyini
qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi.
Sağlamlıqlarının qorunmasından ötrü
həkimlər ayrılmışdı.
Köçürülmə zamanı epidemiya
halında kəskin xəstəlik yayılmışdı. Bunu təsdiq edən həkim sənədləri
kifayət qədərdir. Həmin xəstəliklərdən
həm ermənilər, həm də minlərlə türk jandarma qüvvələri
həlak olmuşdular.
1916-cı il oktyabr ayının məlumatına
görə, təxminən 702 min 900 nəfər
erməni köçürülüb və
onlar müharibə aparmasına baxmayaraq, Osmanlı hökuməti tərəfindən
qayğı ilə əhatə olunublar.
Hökumət bu prosesə təxminən
86 milyon lirə xərcləmişdi.
Türkiyənin qərb hissəsində yaşayan,
terrorçuluqla məşğul olmayan, xarici qüvvələrə
dəstək verməyən, həmçinin vəzifələrdə
işləyən ermənilər isə heç
yerə köçürülməyib və onlara
toxunulmayıb. Deməli, 24 aprelin
soyqırımı kimi götürülməsinin
“ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni
terrorçularının həbsi günüdür.
Ölənlər isə əlində silah
terrorçuluqla, əsgərlərə
qarşı döyüşən, xarici
düşmənə dəstək verən yaraqlılar olub. Xəstəlikdən və hökumət
qüvvələrinə döyüşdə ölənlərin
ümumi sayı maksimum
300 min nəfər civarındadır. Bunu bu gün
Türkiyə dövləti də danmır. Ancaq
bunu soyqırım adlandırmaq üçün heç bir əsas yoxdur. 1920 və
1921-ci illərdə Britaniya və digər
ölkələrin məhkəmələrində də
araşdırma aparılıb və soyqırım sübut edilməyib. Məhz buna
görə də ermənilər o vaxtdan bəri məhkəmələrə heç vaxt müraciət
etmirlər. Bilirlər ki, sübut
yoxdur. Ona görə
də məkrli planlarını, ideologiyaya
çevirdikləri məsələni ancaq
siyasi müstəviyə çəkirlər,
ancaq müxtəlif dövlətlərin
parlamentlərinin müzakirəsinə çıxarmağa
çalışırlar. Halbuki qanunla bu cür
iddialar parlamentə yox,
məhkəmələrin müzakirəsinə verilməlidir.
Məhkəmələrdə isə ermənilər hələ
1921-ci ildə uduzublar".
Yeni
Müsavat.- 2014.- 24 aprel.- S.13.