Təbiətin
oyanmasının ilk müjdəsi -
Xıdır Nəbi bayramı
Tahir Əmiraslanov: “Qədimlərdə kəndlərdə bu bayram keçirilirdi”
Qədim tarixə malik olan və amma el arasında çox da geniş yayılmayan bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bir sıra bölgələrində keçirilir. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sairə təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq ”suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır Peyğəmbərlə eyniləşdirilir.
Ta
qədimdən xalq təqvimində
qış fəsli iki əsas mərhələyə
- 40 gün sürən böyük
çilləyə (22 dekabr - 31 yanvar) və kiçik
çilləyə (1 fevral - 20 fevral) bölünüb,
sonrakı 30 gün isə boz
ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu
dövrü olan kiçik çillə başlayır. Qədim
xalq mərasimlərindən biri olan Xıdır Nəbi
(Xızır İlyas) bayramı da çillə günlərinə təsadüf
edir. Bu bayramın təsadüf
etdiyi günlərlə bağlı tədqiqatçılar
arasında müxtəlif fikirlər mövcuddur.
Bəziləri bayramın böyük
çillədən dörd, kiçik çilədən isə üç gün olmaqla yeddi gün
davam etdiyini bildirir. Qarabağın əksər bölgələrində
(Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər
və Füzuli rayonlarında)
Xıdır İlyas bayramı
özünəməxsus mərasimlərlə qeyd
olunub. Rus tədqiqatçısı
T.F.Aristova Laçın, Qubadlı və
Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi ilə bağlı maraqlı məlumat
toplayıb. Bildirib ki,
qışın ortalarında keçirilən bu
bayramda azərbaycanlı qadınlar ailəsinin
salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyar və niyyət edərdilər. Ertəsi gün yumurtalara
baxardılar. Əgər yumurta
qırmızı rəngə boyanmışdırsa
yaxşı, qara rəngə
boyanırdısa pis əlamətə
yozulardı. Yığılmış bayram
payını götürüb uşaqlardan birinin evinə
toplaşıb bayram edərdilər.
Xıdır İlyas mərasimini bölgədə
qışın yarısının yola
salınması münasibətilə keçirirlər. Bu mərasimdə hamı evdən bayıra
çıxar. Çoxlu tonqallar
yandırardılar. Belə bir inam da var
ki, guya mərasimdə
Xıdır İlyasın özü
uşaqların arasında olur. Ona mütləq pay verilməlidir.
Əgər pay verilməsə,
Xıdır İlyas küsər,
atını çapıb gedər və ruzi-bərəkəti
də özü ilə aparar.
Pay verildikdə isə Xıdır İlyas - Xıdır peyğəmbər
atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər.
Həmin gecə külək əsərsə, belə hesab edilərdi ki, o, Xıdır İlyasdır. Əsən
külək isə atın kişnərtisidir. Burada
da qovuta və ya una Xıdır
İlyasın əl basmasına inam güclü idi. Beləliklə, belə qənaətə gəlinir ki, Xıdır İlyas mərasimi
xalq bayramı olmaqla
yanaşı, həm də mifik bir obrazın - Xıdır İlyasın mövcud olduğu və mərasimlərdə
şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda yaşayır.
Milli Kulinariya
Mərkəzinin baş direktoru
Tahir Əmiraslanov bu
bayramın fevral ayının 10-na düşdüyünü dedi: “Xıdır Nəbi bayramı
Xızırla bağlıdır.
Bu bayram təbiətin
oyanması ilə də əlaqəlidir. Xıdır Nəbi
tarixən qədim bayramdır və qadınlar
bayramının içində yetişir.
Bu vaxtlar qovut bişirirlər. Qazanı və ya qazanın qapağını götürür,
döyə-döyə mahnı oxuyur və
hədiyyə yığırlar. Bu zaman bu tipli
mahnı oxuyurlar:
Evdəkilər evdədirmi,
çöldəkilər çöldədirmi
Verənin oğlu olsun, verməyənin
qızı olsun.
Adı
Fatma olun, qaşları çatma olsun.
Doğulsun ölsün..
Xıdır
Nəbi bayramından sonra artıq yalançı çərşənbə
gəlir. Daha sonra
isə xəbərçi
çərşənbə və boz ay gəlir. Boz aydan sonra isə o biri çərşənbələr başlayır. Yəni bu
bayram Novruza giriş bayramıdır.
Xıdır Nəbi təbiətin
oyanmasına başlanğıcdır.
Qədimlərdə kəndlərdə bu bayram keçirilirdi".
Günel
MANAFLI
Yeni Müsavat.- 2014.- 13 fevral.- S.15.