İstirahətə
getmək istəyənlər
bu yazını oxusun...
Mükəmməl
məzuniyyət keçirmənin qızıl qaydaları nələrdir?
“İstirahətə vaxt tapa bilməyən insanlar, gec-tez xəstəliyə vaxt tapmağa məcbur olacaqlar”. Bu sözlər Con Vanameykerə məxsusdur.
Yay istirahəti üçün
insanların planlar qurduğu,
bəzilərinin planlar həyata keçirdiyi bir ərəfədə
biz normal istirahət
modellərindən yazmaq istəyirik. Amma onlara keçmədən
öncə yayda istirahət etməyən,
edə bilməyən, etməyi vacib saymayan, bunun əhəmiyyətsiz
olduğunu düşünənlər ordusudur hədəfimiz. Çoxumuzun
ətrafında belələri var.
İstirahət
etməyənlər ordusu –
onlar
sabahkı günlə yaşayırlar.
Məlum məsələdir
ki, məzuniyyətə
çıxmayanların bir neçə səbəbi
var: işlərin çoxluğu,
istirahət üçün pulun olmaması, səyahət üçün
sizə yoldaşlıq edən birisinin yoxluğu... Psixoloqlar deyir ki,
istirahət etmək istəməyən bununla
bağlı özünə xeyli bəhanə
tapa bilər: xəstə qohumunun
olmasından tutmuş, itini
evdə tək qoymaq istəməməyə,
evini təmir etdirməli olduğuna
qədər saysız-hesabsız bəhanə...
Belə insanlarla bağlı nə baş
verir? Onlar çoxlu xəyallar qururlar,
daha sonra xəyalları
baş tutmadığı üçün
acı çəkirlər. Amma mütəxəssislərin
rəyinə inansaq, bu
cür adamlar heç də istirahət etməyi
planlaşdırmır. Onlar quru-quru xəyallar qururlar.
Çünki gerçəkdən nəyisə
arzulayan insan -
xüsusən nəzərə alsaq ki, istirahət etmək arzusu
o qədər də əlçatmaz deyil-onu əldə etməyin yollarını da tapır. Amma yorulduğu üçün
iş əmsalının aşağı
düşdüyünü, artıq
işləməyin qeyri-mümkün olduğunu deyib də
istirahətə çıxmayan adamın addımını
isə intiharla müqayisə etmək olar.
Amma bəzi insanlar da var ki,
onlar istirahətin vaxt
itkisi olduğunu, ancaq tənbəllərin istirahət
haqqında düşündüyünü
iddia edirlər. Belə insanlar
sabahkı günlə yaşayırlar. Onlar
düşünürlər ki, əgər
indi yaxşı işləyib pul qazansalar, gələcəkdə
arzularını yerinə yetirə bilərlər. Bundan sonra isə istirahət
haqda düşünmək olar. Amma bu
zaman vaxtın insanı necə “udduğunu” unudurlar. Bu psixologiyanın səbəbi isə
insanın uşaqlıq qatlarında gizlənib. Belə adamlara uşaq vaxtı
insanın işləmək üçün
yarandığını təlqin ediblər. Halbuki
başlanğıc üçün uşağa oyuncaqları ilə oynamaq, evdə tək qalarsa,
özünə maraqlı əyləncə tapmaq
öyrədilməlidir.
Bundan başqa, həmin adamlara uşaq vaxtı daim güclü olmaları,
emosiyalara qapılmamaları öyrədilib.
Bax, belə güclü
və bədbəxt adamlar işləyirlər,
əllərini bir dəqiqə boş qoymadan
çalışırlar. Təbii ki, onlar kollektivdə özlərinə böyük önəm verirlər. Onlar üçün kollektiv çox şey deməkdir. Amma bu tiplər üçün
cəhənnəm təqaüdə çıxanda
başlanır. Bu zaman
sözün həqiqi mənasında tənha
həyat yollarını gözləyir. Bu
adam gününü
necə keçirəcəyini bilmir.
Anlayışı yoxdur ki,
işdən başqa nə iləsə məşğul
olmaq olar.
Ən yaxşı üsul
- məzuniyyəti
bir neçə hissəyə bölmək...
Məzuniyyət isə
əslində bizim bütün
il boyu səbirsizliklə
gözlədiyimiz dönəmdir. Bizim daha sonrakı hal-əhvalımız,
işgüzarlıq əmsalımız məhz məzuniyyətin
necə keçməsindən asılıdır. Mütəxəssislər
müəyyənləşdiriblər ki,
məzuniyyət zamanı istirahət etməyi bacarmaq
da xüsusi qabiliyyət
tələb edir. Əsas odur
ki, boş vaxtı necə
planlaşdırmağı və təşkil etməyi bacarasan.
Bəzi adamlar üçün uzun məzuniyyətdən sonra
işə adaptasiya olunmaq
olduqca çətindir. Bir
çox adamlar məhz
məzuniyyət dönəmindən sonra iş yerini dəyişir
və ya işdən çıxır. Buna görə də 21 günlük
və ya 1 aylıq məzuniyyəti bir neçə hissəyə bölmək məsləhət
görülür. Həm də bu hissələri ilin
ayrı-ayrı fəsillərinə “atmaq”
olar: bir həftəsini
qışda, bir həftəsini yazda, qalanını payızda... Belə olanda insan özünü
daha azad və rahat hiss edir.
Bir
çox insan məzuniyyət zamanı böyük işlərlə
məşğul olur. Məsələn, evini təmir
etdirir. Doğrudur, bu da insanın öz həyatını yüngülləşdirməsi
məqsədi daşıyır.
Amma planlı insanlar təmiri işlədikləri
vaxt da edə
bilər, buna xüsusi vaxt ayırmadan təmir problemini yoluna qoya bilərlər. Çünki onsuz da yorulmuş insanın təmir kimi bir ağır yükün altına girməsi onun səhhətinə olduqca pis təsir edəcək.
İdeal
məzuniyyətin şərtləri...
Axı
məzuniyyət məhz
ona görə yaranıb ki, insan istirahət etsin, yorğunluğunu üzərindən atsın
və sair. Yaxşı istirahət üçün
aşağıdakı şərtlər
mövcuddur.
Əvvəlcədən
bilməlisən ki, sənin yaxşı istirahət etməyin, dincini almağın üçün neçə
gün lazımdır.
Kurort
və istirahət mərkəzləri barədə
saysız-hesabsız məlumatlar,
turistlərin təəssürat
xəbərləri var. Onları
ciddi şəkildə
izləmək lazımdır
ki, getdiyin istirahət məkanında
yanılmayasan, istirahətin
korlanmasın.
Kurortdakı
bütün hərəkətləriniz
planlaşdırılmış olmalıdır. Baş çəkmək
istədiyiniz maraqlı
yerlərin siyahısını
hazırlayın.
Əgər
getdiyiniz kurort sizə bədəninizin qayğısına qalmaq üçün müxtəlif
tibbi prosedurlar, məsələn, masaj,
mineral vannalar təklif
edirsə, ondan imtina etməyin.
Yol
yoldaşınızı seçəndə
ehtiyatlı olun. Bəzən məzuniyyətinizin
korlanmasına yol yoldaşınız və
onun kaprizləri səbəb ola
bilər.
Məzuniyyətə çıxmamaq ciddi psixoloji problemlərin başlanğıcıdır
İstirahət
aktiv və passiv olur. Passiv istirahət zamanı adam
heç bir işlə məşğul
olmur. Aktiv istirahət zamanı
isə gəzintiyə,
səfərə çıxır,
idmanla məşğul
olur, ya da, heç olmasa, məşğuliyyətini
dəyişir. Həm fiziki,
həm də zehni əməkdən sonra bərk yorulduqda əvvəl passiv istirahət etmək və ancaq bundan sonra
aktiv istirahətə keçmək lazımdır.
Orta yorğunluq isə aktiv istirahətlə keçir. Aktiv istirahət qabiliyyətini
hər kəs özündə tərbiyə
etməlidir. Bu, adamın vərdişinə
çevrilməlidir. İstirahət nə üçün lazımdır? İtirilmiş
enerjini bərpa etmək, sağlamlığın
qorunması, psixi rahatlığın təmin
olunması və iş qabiliyyətinin artırılması üçün
istirahət etmək lazımdır. İstirahət ilk növbədə insanı həm fiziki, həm də psixi cəhətdən
enerji ilə təmin edir. Uzun müddət istirahət etmədikdə nə baş verir? Ümumiyyətlə, uzun müddət istirahət etməmək insanın psixoloji durumu ilə yanaşı, sağlamlığına, iş
qabiliyyətinə də
mənfi təsir göstərir.
İstirahət etmədikdə
adam yorğun,
əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur.
Bütün bu simptomlar xroniki yorğunluğun yaranmasına və başqa qarşısı
alınmayan xəstəliklər
kimi getdikcə daha da ağırlaşır.
Nəticədə səbəbsiz qorxular,
narahatçılıq hissi,
əzələdə ağrılar
özünü göstərməyə
başlayır. Uzun müddət
istirahət etmədikdə
yaddaş pozğunluğu
da yaranır. Bu zaman nəyisə
yadda saxlamaq, fikrini cəmləmək, sadə məsələləri
belə həll etmək çətinləşir.
Misal üçün, məntiqi
məsələləri həll
etmək üçün
ona adi halda
tələb olunandan daha çox vaxt lazım olur. Yorğunluq immun sisteminə
də təsir göstərir. İmmun sistemi
zəifləyir, insan xəstəliklərin, virusların,
bakteriyaların qarşısında
aciz qalır.
Sevinc
TELMANQIZI
Yeni
Müsavat.- 2014.- 10 iyul.- S.13.