31 mart
soyqırımı tarixi faktlarla
“Erməni məsələsi və
türk-müsəlman soyqırımı” kitabının
müəllifi dövlət idarələrinin laqeydliyindən
gileylidir
1918-ci il 31 mart qırğınları XX əsrdə
Azərbaycan tarixinin ən faciəli və dəhşətli
səhifələrindəndir. Bu tarix 1998-ci ilin 31
martından Azərbaycanlıların soyqırımı günü kimi dövlət
səviyyəsində qeyd edilir.
31 mart
soyqırımına dair dəhşəti
faktlar “Erməni məsələsi və
türk-müsəlman soyqırımı” adlı tarixi araşdırma kitabında geniş əks
olunub. Arxiv sənədlərinə
və ciddi elmi istinadlara dayanan bu kitabda son
yüzillikdə İran, Türkiyə və
Qafqaz bölgəsində ən əhəmiyyətli
tarixi hadisələrin xronologiyasına toxunulub.
31 mart soyqırımı ərəfəsində
kitabın müəllifi, yazıçı-jurnalist Xaqani İsmayıl və kitabda
“Diplomatik mübarizəmiz üçün
universal silah”
başlıqlı məqaləsi dərc edilən Qarabağ Ağsaqqallar
Şurasının sədri Asif Məmmədovla
söhbət etdik.
X. İsmayıl
öncə dedi ki, kitabı rus və
ingilis dillərində tərcümə
edilməsini istəsə də, bu məsələ
ilə bağlı dövlət orqanları tərəfindən
biganəliklə qarşılaşıb. Kitabda
ermənilərin Qafqazda xəyanətkar
siyasəti, azərbaycanlılara qarşı soyqırım və
terroruna geniş yer ayrılıb. Müəllifi I Dünya
müharibəsi zamanı və ondan
sonrakı dövrdə türklərin
soyqırımını dair arxiv sənədlərini təqdim edib. Bu tədqiqatlarının
özəlliyi həm də ondan ibarətdir
ki, müəllif yeni arxiv sənədləri təqdim etməklə
yanaşı, bütün bölgələrdə
türk-müsəlman soyqırımının təfsilatını
araşdırıb.
X.İsmayıl dedi ki, “Erməni məsələsi və
türk-müsəlman soyqırımı” kitabında indiyədək
heç yerdə dərc edilməyən faktlar toplanıb. X. İsmayıl: “Erməni məsələsi və türk-müsəlman
soyqırımı” kitabı son 10 ildən
artıq bir dönəmdə Azərbaycan,
Türkiyə, Pakistan, eləcə də dünyanın bir
çox ölkələrində
saxlanılan arxiv materialları və tarixi qaynaqlar əsasında
yazılmış ensklopedik
araşdırmadır. Kitabda Qafqaz, Qərbi və Şimali
Azərbaycanın bütün əraziləri
və Orta Asiyada baş vermiş
türk-müsəlman soyqırımı barədə
araşdırmalar yer alır. Kitabda sənədlərin fotosurətləri də yayımlanıb. Bu
sənədlərdən ən önəmlisi 1918-ci il hadisələrinin “qəhrəmanlarından”
olan Stepan Lalayanla bağlı olanlardır. Kitabda dərc etdiyim sənədlərin
surətini və arxivdə saxlanma şifrələrini
də dərc etmişəm. Biz sözdə
sərsəm “soyqırım” iddiaları ilə dünyanı
təngə gətirən ermənilərdən fərqli olaraq sənədlərlə, istintaq
tərəfindən tərtib və təsbit olunmuş
faktlara əsaslanmışıq.
Azərbaycanlılara
qarşı soyqırım faktlarla sübuta yetirilib. Azərbaycanlıların
soyqırımının qurbanlarının siyahısı var. Bəs, ermənilər görək, qondarma soyqırım iddialarını sübut edəcək
siyahı verə bilərlərmi?! Biz
1918-ci ildə soyqırıma məruz qalan
azərbaycanlıların siyahısını verə bilərik. Lalayanın cinayətlərini sübut edən materialları mən 2002-ci ildə
tapmışam və ilk dəfə olaraq dərc etmişəm. Azərbaycan Xalq Cümhuriyyəti ermənilərin hərbi
cinayətlərini araşdıran
Avropa İstintaq
Komissiyasının yaradılmasını tələb etmişdi.
Soyqırıma dair sənədlərin,
ermənilərin Zəngəzurda, Göyçədə,
ümumilikdə Qafqazda xalqımıza
qarşı soyqırım
faktlarının toplayaraq Avropa istintaq
Komissiyasına verilməsi təklif olunmuşdu.
Bununla bağlı yazışmaları ilk dəfə mən aşkara
çıxartmışam. Sadaladığım və
kitabımda əks etdirdiyim faktlar sadəcə məlumatlar deyil, həm də istintaq
materiallarıdır".
X.İsmayıl dedi
ki, kitabda toplanan materiallar Tarix İnstitutu tərəfindən təqdir
olunub. X.İsmayil: “Bu
kitab Xarici İşlər Nazirliyinin
əlində bir nömrəli silaha çevrilməlidir. Təəssüf ki, Xarici İşlər
Nazirliyi bu kitabdakı sənədləri
tərcümə edərək
dünyada yaymaq əvəzinə gözləmə
mövqeyi tutur. Bildiriblər
ki, əgər səfirliklər razılaşsa,
kitabı tərcümə
etdirib səfirliklərə
verəcəklər”.
Asif Məmmədov da XİN-in bu mövqeyini anlaşılmaz
hesab edir: “Xarici İşlər Nazirliyi deyir ki, kitabın tərcümə edilib yayılması
üçün səfirliklərlə
məsləhətləşirik. Axı bu necə
ola bilər?
Bu tarixin üzə
çıxarılması və
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
XİN-in vəzifəsidir. Biz kitabı iki il əvvəl xarici
işlər nazirinin müavini Araz Əzimovun köməkçisinə
çatdırmışıq. Araşdırmalar şöbəsində kitaba baxış keçirilib. Ancaq indiyədək
bir xəbər yoxdur. Hətta teleqramda vurmuşuq.
Ancaq cavab yoxdur”.
Söhbəti X.İsmayıl
davam etdirir: “Biz
2013-cü ildə tarix
elmləri doktoru Qela Xuçaşvilinin təşəbbüsü ilə
keçirilən tədbirdə
kitabın məzmunun və bəzi önəmli faktları onlara çatdırdım.
Azərbaycan arxivində olan
mart soyqırımı ilə
bağlı bilgiləri
çatdıranda onlar
şoka düşdülər
ki, belə bir materiallar olduğu halda Azərbaycan və Türkiyə niyə sussun?! Mənə dedilər ki,
kitabda ciddi arqumentlər olduğu üçün Ermənistan
tərəfi də müzakirəyə qoşulmağa
məcbur olacaq. Xarici İşlər Nazirliyi bu kitabı yayımlamaqda maraqlı olmalıdır. Xarici
İşlər Nazirliyinin
özünün tərcümə
idarəsi var. Avropa Azərbaycan Assosasiyasının
rəhbəri Taleh Heydərovun
burdakı nümayəndəliyini
də müraciət etdik və kitabdan
bir nüsxə verdik. 1 ildən
artıqdır ki, onlardan da cavab
yoxdur. Mədəniyyət Nazirliyi kitaba
diqqət ayırdı
və Azərbaycanın
xarici ölkələrdəki
sərgilərinə təqdim
etdilər. Mədəniyyət Nazirliyi kitabın ingilis dilində dərc edilməsini istədi və bu onların layihələrində nəzərdə
tutulub. Ancaq başqa qurumların
bu məsələdə
diqqətsizliyi üzücüdür”.
Günel
MANAFLI
Yeni Müsavat .- 2014.- 31 mart.- S.15.