“Bura daha çox elmlə

məşğul olanlar gəlir...”

 

Əməkdaşımızın  Milli Kitabxanadan qeydləri; burada “Yeni Müsavat” qəzetinin arxivi də saxlanılır...

 

Ora kitabsevərlərin sevimli məkanıdır. Gündəlik 1200-1300 ziyarətçisi var. Sözügedən məkana sonuncu dəfə 2011-ci ildə universitet illərində diplom işi yazmaq üçün getmişdim. Hazırda isə jurnalist olaraq, üz tuturam.

 

Bu dəfə M.F.Axundov adına Milli Kitabxananın qonağı olduq. Qapıda bizi Oxuculara Xidmət Şöbəsinin müdiri Ədibə İsmayılova qarşılaydı.

Məlumat üçün bildirim ki, kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 23 may 1923-cü ildə olub. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab ayrılıb. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq maarifçi Mirzə Fətəli Axundovun adı verilib. Kitabxana memarlıq baxımından, tarixi abidə kimi qiymətləndirilən hazırkı binasına 1961-ci ildə köçürülüb.

Qeyd edək ki, binanın yerinin seçilməsində tikilməsində görkəmli xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olub. Binanın layihəsini hazırlamaq isə akademik Mikayıl Hüseynova həvalə edilib.

Hazırda Milli Kitabxanada 25 şöbə 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır.

Kitabxananı gəzə-gəzə Ə.İsmayılova ilə söhbətə başlayırıq: “Bura elm adamlarının, tələbələrin, kitabsevərlərin sevimli məkanıdır. Gün ərzində 1200-1300 ziyarətçimiz olur. Şəxsiyyət vəsiqəsi almış yerli xarici vətəndaşlar kitabxanamıza üzv ola bilərlər. Buraya daha çox elmlə məşğul olan insanlar gəlir. Ən yaşlı ziyarətçimizin 70-dən çox yaşı var”.

 Kitabxananızda kitab oğrusu olubmusualına cavab verən Ədibə xanım bildirdi ki, bu cür xoşagəlməz hallar illər öncə baş verib: “Kitab oğruları SSRİ dövründə olub. İndi siqnalizasiya sistemi kameralar var. Texnika o qədər inkişaf edib ki, xoşagəlməz halların yaşanması artıq mümkün deyil. Hazırda kitab oğrusu yoxdur. İndi jurnalların elektron formasını hazırlayırıq, surətçıxartma alətlərimiz var. Ziyarətçilər istədikləri materialları rahatlıqla əldə edə bilirlər”. 

Kitabxananın sərgi zalına daxil oluruq. Ədibə xanım məkanla bağlı məlumat verdi: “Kitabxanamızda tez-tez sərgilər olur. Elə sərgilər var ki, daimidir. Yaddan çıxmaz Qarabağguşəmiz var. Bizim azyaşlı ziyarətçilərimiz olur. Bu sərgi onların vətənpərvər ruhda böyüməsinə təkan verir. İkinci daimi sərgi guşəmizdə kitabxanaya gətirilən yeni kitablar sərgilənir. Müvəqqəti sərgi guşələrimizdə isə əlamətdar günlərlə bağlı kitablar nümayiş olunur”.

Nadir Kitablar Kitabxana Muzeyi şöbəsində bizi şöbə müdiri İradə xanım qarşılayır. O, bizə nadir kitablar haqqında məlumatlar verdi: “Unikal kitablar qeyri-adi poliqrafik cəhətdən nəfis tərtibata malik kitablardır. Kitabxanamızın ən kiçik ölçülü kitabı “Moy Baku”dur. Unikal kitablar sırasında 1893-cü ildə nəşr olunmuşYəhudi dualarıkitabı var, ivrit dilindədir, üzəri fil dişi metalla işlənib. Yantar haqqında nağılunikal kitabdır, içərisində təbiətdə olan yantar yerləşdirilib. Burada uşaq kitabları var ki, səhifələri arasında okeanın dibindən tapılan kitablar yerləşdirilib. 1595-ci ildə nəşr olunmuşTürklər haqqında nəsihətkitabında türklərin həyatından bəhs olunur. Üz qabığı təbii göndən hazırlanan alman fransız dillərində olan kitablar da kitabxanamızın nadir kitablar fondunda var. Daşbasma üsulu ilə nəşr olunmuş Nizami GəncəvininXəmsə”si fondumuzda mövcuddur. Əsasən tarix, coğrafiya, etnoqrafiya, fəlsəfə, incəsənət  ədəbiyyata aid rus dilində XVI əsrdən günümüzə qədər çap olunan elmi əhəmiyyətli kitablar da şöbəmizdə var”.

İradə xanımla söhbətə Kitabxana Muzeyində davam etdik: “Buradakı kitablar Şərq Avropa dillərində nəşr olunan, üz qabığı təbii göndən hazırlanan nəşrlərdir. “Qanunlar məcmuəsiAzərbaycanın ilk nəşr olunan kitablarındandır. 1779-cu ildə Sankt-Peterburqda işıq üzü görüb. Heydər Əliyev bizim kitabxanada 4 dəfə olub.  O, öz şəxsi kitabxanasından 263 kitab Milli Kitabxanaya hədiyyə edib. Onlar arasında Qurani-kərim var. Azərbaycanın ilk satirik jurnalıMolla Nəsrəddin”in ilk buraxılışı da muzeyimizdə saxlanılır”.

Muzeydən çıxıb, Ədibə xanımla kitabxananı gəzməyə davam edirik. Bələdçimiz kitabxananın problemlərindən bəhs etdi: “Bizdə oxucular istər kitabın özünü, istərsə elektron formasını oxuyurlar. Əvvəllər bir oxucu kitab götürəndə digəri onu gözləməli olurdu. Sayca az olan kitabların siyahısını hazırlayıb, onların elektron versiyasını tərtib etdik. Bu problemi aradan qaldırdıq. Məcburi nüsxələrin bizim kitabxanaya verilməsi problemi var. Nəşriyyatlar həmin kitabları bizə gec verirdilər. Prezident İlham Əliyevin bu barədə sərəncam da var. Yəqin həmin problem yanvar ayından aradan qaldırılar. Biz həmin kitabları mağazalardan özümüz alırdıq. Biz çalışırıq ki, lazımlı nəşrlər bizdə mövcud olsun. Oxucular daha çox informasiya əldə etdikləri məkanlara üz tuturlar. Zəmanə dəyişib. İndiki oxucu daha çox məlumat əldə etmək istəyir. Biz oxucular üçün hər cür şəraiti yaratmışıq”.

Bizi Oxucu zalı ilə tanış edən Ədibə xanım bildirdi ki, burada ziyarətçilər üçün yaxşı şərait yaradılıb: “Oxucu zalımız təmir olunub, oturacaqlar dəyişdirilib, istilik sistemi yenilənib. Bu, dövlətin kitabxanaya qayğısıdır. Hər saatda bir dəfə otaq havalandırılır. Yay aylarında kondisionerlər vasitəsilə otağı sərinləşdiririk. Kitabxanamızda oxucuların rahat mütaliə etməsi üçün hər şərait yaradılıb. Gənclərin daimi mütaliə etməsi bizim üçün vacibdir. Deyə bilmərəm ki, gənclərimiz oxumurlar. Gündəlik 1200-1300 oxucu gəlir”.

Axırıncı ziyarət şöbəmiz dövri mətbuatın saxlandığı zalı oldu. Otağa daxil olarkən diqqətimizi masanın üzərində olanYeni Müsavat” qəzetinin 1994-cü ildə çap olunmuş nömrələri çəkdi: “Yeni Müsavat” qəzetinin arxivi bizim kitabxanamızda mövcuddur. Tez-tez tələb olunan qəzetlərdəndir. Adətən, köhnə qəzetlərimiz arxiv şöbəsində olur. Bəziləri isə dövri mətbuat zalında saxlanılır. Bizim kitabxana demək olar ki, bütün qəzet və jurnallara abunədir. Burada oxucu istər qəzetin özünü, istərsə də elektron versiyasını oxuya bilər. Arxiv şöbəmiz kitabxananın 3-cü mərtəbəsində yerləşir. Yaşlı nəsil əsasən, qəzetin özünü oxumağa üstünlük verir. Qəzetlərin əksəriyyətini rəqəmsallaşdırmışıq. Oxucularımız bütün qəzetlər üçün müraciət edirlər. Bizim xaricdən gələn oxucularımız da var ki, əski əlifba ilə çap olunmuş qəzetləri istəyirlər. Oxucusu olmayan kitab, qəzet yoxdur”.

 

Könül İbrahim

 

Yeni Musavat.- 2015.- 31 dekabr.- S.15.