2 yaşını qeyd edən

Oda Teatrı festival keçirir

 

Elmin Bədəlov: “Tamaşaya yalnız kişilər gəlmişdi

 

İki yaşını qeyd edən Oda Teatrı eyni zamanda 3-cü mövsümünü açıq elan edib. Bununla əlaqədar olaraq teatrın rəhbəri Elmin Bədəlov iyulun 15-də mətbuat konfransı keçirib. O, öncə teatrın yaranması fəaliyyəti haqda iştirakçılara qısa məlumat verib:

Oda teatrı 2013-cü il iyulun 15-də rəsmi fəaliyyətə başlayıb. İki il ərzində tamaşalarımıza 15 mindən çox tamaşaçı gəlib.

Məlumat üçün bildirim ki, teatrımızın yaranmasından 9 ay əvvəl biz həvəskar kimi qrup halında fəaliyyət göstərirdik. Bu işdə bizə əməkdar artist İlqar Cahangir böyük köməklik göstərirdi. Beləliklə onun xüsusi əməyi sayəsində biz Qoqolun eyniadlı əsəri əsasındaEvlənmətamaşasını hazırladıq. Aktyorların demək olar ki, əksəriyyəti qeyri-peşəkar idilər. Lakin tamaşa böyük maraqla qarşılandı.

Tetarın truppasını daha da gücləndirmək üçün peşəkar rejissorlara müraciət etdik. Beləliklə ciddi məşqlərə başladıq tamaşaçılarn kifayət qədər nüfuzunu qazana bilənSəncə, döyəcəklər?” tamaşasını təqdim etdik. Tamaşa rumin dramaturqu Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanmışdı. Daha sonra isə repertuarımızı genişləndirərək  Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset MoeminQisashekayəsi əsasında hazırlananXəyali qisas”, Peter TurrinininAxır ki, qurtardıqəsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanan  "Apokalipsis" tamaşalarını teatr sevərlərə təqdim etdik”.

Elmin Bədəlov ssenarist, yazıçı çatışmazlığından gileylənib:

Diqqət etsəz görərsiz ki, tamaşaların əksəriyyəti xarici dramaturq yazıçılarındır. Dəfələrlə yerli yazıçılara müraciət etmişik. Lakin hələ ki, bir nəticə yoxdur. Müraciət etdiklərimizin arasında yalnız Mövlud Mövlud səsimizə səs verib. Hazırda o, yeni bir ssenari üzərində işləyir”.

E.Bədəlov teatrın qastrol səfərlərindən danışıb:

Bir il ərzində teatrımız iki qastrol səfərdə olub. İlk səfərimiz Biləsuvar rayonunun Nərimankənd adlı kəndində baş tutdu. Teatrın truppası üçün ucqar bir kənddə tamaşa təqdim etmək çox maraqlı idi. Doğrudur, kənd yeri olduğundan tamaşaya yalnız kişilər gəlmişdi. Lakin tamaşa çox bəyənilmişdi.

Daha sonra isə Şəkiyə getdik. Şəkinin ucqar bir qəsəbəsində üç gün tamaşa verdik. Yerli sakinlər hər dəfə tamaşaya təkrarən gəlib maraqla tamaşa edirdilər.

Son aldığımız məlumata görə bizim tamaşalardan təsirlənərək Biləsuvarda yeni teatr yaranıb. Hətta Şəkidə yeni teatr yaranacağı barədə ideyalar var.

Teatrımız məktəblilərin görüşünə gedir. Biz vaxtaşırı məktəblərdə görüş keçirib öz tamaşalarımızı təqdim edirik. Hər dəfə ən azı 300 şagird tamaşalara gəlir”.

Teatr rəhbəri daha sonra qarşıdakı 3-cü mövsümün açılış ilə əlaqədar yaradıcılıq fəaliyyətlərindən söz açıb:

Teatrın həm 2 yaşı həm 3-cü mövsümün açılış ilə əlaqədar olaraq 5 günlük festival gerçəkləşəcək. Festival 15-19 iyul tarixlərində həyata keçməlidir. Festival çərçivəsində gürcüstanlı həmkarlımız ilə birliyimiz olacaq.

Bildirim ki, bundan sonrakı fəaliyyətimizdə yeniliklər edəcəyik. Belə ki, teatrın digər truppaları yaradılacaq”.

Xatırladaq ki, Oda Teatrı bir qrup gənc tərəfindən yaradılıb yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Topçubaşov 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə bir neçə problemlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Dilarə Əliyeva 141 ünvanında yerləşir. Teatrının rəhbəri Elmin Bədəlov, rejissoru İmam Həsənov, teatrın aktyorları isə İlqar Cahangir, Rauf Şahsuvarov, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Niyaz İlyasoğludur.

Bu günlərdə gerçəkləşəcək teatrın festival proqramını təqdim edirik:

15 iyul saat 21:00-da = 2 yaş party – Hiss Club-da

(Ünvan: Hiss Club // Tarqovy, Şaurmanın yaxınlığında, “Oscar market”-in yanı) – Giriş sərbəstdir

***

16 iyul saat 19:00-da = 3-cü mövsümün açılışı: “Arzular bağı” tamaşası əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarovun ifasında. Rejissor İmam Həsənov

(Ünvan: Oda Teatrı // Dilarə Əliyeva 141) – Giriş: 5 AZN

***

17 iyul saat 20:00-da = Vüsal Tağı-Zadə (tar) Nicat Məmmədlinin (pianino) konserti. Qonaq: Şəbnəm Abdullazadə (kamança)

(Ünvan: Oda Teatrı // Dilarə Əliyeva 141) – Giriş: 5 AZN

***

18 iyul saat 19:00-da = Gürcüstan Dövlət Pantomima Teatrının tamaşası

(Ünvan: Oda Teatrı // Dilarə Əliyeva 141) – Giriş: 8 AZN

***

19 iyul saat 13:00-da = Gürcüstan Dövlət Pantomima Teatrının mətbuat nümayəndələri tamaşaçılarla görüşü

(Ünvan: Oda Teatrı // Dilarə Əliyeva 141) – Giriş: sərbəstdir

***

19 iyul saat 19:00-da = Gürcüstan Dövlət Pantomima teatrının tamaşası

(Ünvan: Oda Teatrı // Dilarə Əliyeva 141) – Giriş: 8 AZN

 

Xalidə Gəray

 

Yeni Müsavat.- 2015.- 16 iyul.- S.15.