İstiqlalımızın iqtisadi təməli

 

Prezident İlham Əliyev 2018-ci ili Cümhuriyyət ili elan edib. Ağsaqqal jurnalist Şirməmməd Hüseynov Cümhuriyyət fədailərinə dair tarixi materiallardan biri kimi,  Mirzə Bala Məmmədzadənin  Odlu-Yurd” dərgisində (28 Mayıs 1929, ¹ 4) dərc edilən məqaləsini əski əlifbadan çevirərək, redaksiyamıza təqdim edib.

 

***

 

Azərbaycan istiqlal hərəkatı müstəqil bir dövlət həyatı qurmağa mütəvəcceh bir mücadilədir. Elani-İstiqlal Bəyannaməsinin 28 mayıs 1918-də zikr etdigi kibi, Şərqi və Cənubi Mavərayi-Qafqasiyayı ehtiva edən bu dövlətin 3 milyon raddənsində nüfusu vardır.

Əksəriyyəti, 80 faizi türk olan nüfusun istiqlal üçün qəti bir iradəsi, mücadilə və fədakarlıqları göz önündədir. Bu millət mütləqa hürr və müstəqil yaşamağa əzm etmişdir.

Vahid və müttəhid bir vətən, o vətəndə əksəriyyəti tam təşkil edən milli məfkurə və şüuruna malik bir millət, o millətin qəti iradə və qərarı - iştə istiqlalın təməlini təşkil edən başlıca şərtlər.

Fəqət bunların xaricində daha qüvvətli bir amil dəxi vardır ki, onun olub olmaması yuxarıki şərtlər üzərində pək müəssirdir. O amil də məmləkətin iqtisadi vəziyyətidir. Azərbaycan bu nöqteyi-nəzərdən əcəba nə kibi bir çöhrə ərz etməkdədir? Onun iqtisadi imkanları, ticarət balansı, ixracat və idxalatı, iqtisadi inkişaf nöqteyi-nəzərindən gələcəgi nə haldadır?...

Azərbaycanı ictimai bir vəhdət halına salan müştərək bir ərazidən maəda, bəlkə ən mühümmü, bu ərazinin iqtisadən yekvücud və zəngin olmasıdır. Kür” və “Araz” vadisində qurulan ziraət, “Abşeron” mərkəz olmaq üzrə, “Xəzər” sahılindəki ticarət və sənaye həyatı, bu ziraət, ticarət və sənaye sahələrinin dəniz, nəhir və steplər vasitəsilə biri-birinə qolay mərbut olmalarıdır ki, Azəri cəmiyyətinin feodalizm dövründən yabancı cəmiyyətlər şəklində degil, vahid milli bir orqanizm halında meydana gəlməsinə səbəb oldu.

İqtisadi vahdət sayəsində vücuda gələn müştərək milli cəmiyyətin yaratdığı və yaşatdığı milli harsdır ki, bilaxirə milli istiqlal hərəkatının əsasını təşkil, milli şüurmilli məfkurənin yaradıcısı oldu.

Müştərək iqtisadi həyatın, milliyyətin və milli harsın təşəkkülündəki bu mühüm rolu ümumidir; bu o millətin müstəqil milli bir dövlət yaşada bilməsi üçün kafi bir dəlil degildir. Məmləkətin iqtisadi imkanı daima idxalata bir ehtiyac oyandırıyorsa, gəliri daima çıxarından az isə və büdcəsi xarici istiqrazlarla qapanıyorsa, məmləkət, coğrafi nöqteyi-nəzərdən, qeyri mərkəzi bir mövqe işğal ediyorsa - o zaman müstəqil dövlətin istiqbali o qədər də işıqlı degildir demək.

Bu baxışla yaxlaşarkən Azərbaycanı ən məsud bir halda görüyoruz. Elani istiqlal zamanı məmləkətin 75 faizi köylü, 25 faizi şəhər əhalisi idi. 1897 sənəsi təhriri nüfusunda Azərbaycan əhalisinin 18,5 faizi şəhərli ikən, 1917-də 25 faizi şəhərli olması 20 sənədə iqtisadi iləriləmiş olduğuna bir dəlildir.

Qafqasiya Azərbaycanının 97,297,17 mürəbbe (kvadrat) kilometroya müsavi olan ərazisinin 75 faizi əkinə müsaid, 25 faizi dağlıq, bataqlıq və s. ibarətdir ki, 1917 sənəsində nəşr olunan Qafqasiya salnaməsilə 1919 sənəsinə çıxan milli Azərbaycan Cümhuriyyətinin ziraət nəzarəti məlumatı mövcibincə elani istiqlala qədər bu ərazinin 57,7 faizi köylülərdə, 23,3 faizi xüsusi məliklərdə, 19 faizi Rusiyanın çar familyasilə Rusiya hökumətində idi.

Ziraət Azərbaycanda mühüm sahələrdən biri idi. 1910-1914 sənələrində Azərbaycanda 971.000 desyatin yer əkilmişdir ki, bütün əkinə müsaid (əlverişli) ərazınin 55,5 faizini təşkil edər. Bu ərazi üzərində əkilmiş toxum 8 milyon 120 min pud olmuş və 56 milyon 700 min pud hasilat vermişdir. Əkilən sənəlik toxum xaric edildikdən sonra məhsul Azərbaycanın ehtiyacatını ödəmədigindən xaricdən hər il 14 milyon pud buğda idxal olunuyordu. Fəqət bu vəziyyət qeyri-təbii idi. Rusiya Azərbaycanı, xammalına, ərzağına və məhrüqatına (yanacağına) malik müstəqil bir iqtisad məntəqəsi yapmamaq üçün, buğda yerinə pambıq əkdiriyor və “Kür”, “Aras” sahəsində süni suvarma işlərinə mane oluyordu. Bu üzdən əkilməmiş 1 milnyon 500 min desyatin ərazi boş duruyordu. Əgər suvarılan ərazinin 30 faizi buğda üçün təxsis edilsəydi, o zaman Azərbaycan qonşularını dəxi doyuracaq bir ərzağa malik olurdu. 1917-1920 sənələrinin təcrübələri Azərbaycanın buna müqtədir olduğunu, kəndi ərzağımızla yaşaya biləcəgimizdən maəda, buğda ixracatı dəxi yapa biləcəgimizi göstərdi.

1912-1914 sənələrində Azərbaycanda 94.500 desyatin pambıq əkilmiş və sənədə 4 milyon 725 min pud pambıq hasil olmuşdur. Pambıq ərazisinin suvarılma sayəsində 400 min desyatinə qədər arta biləcəgi təxmin olunmaqdadır.

Hərbi-ümumiyə qədər Azərbaycanda 36.762 desyatin ərazi hər il üzümçülügə təxsis olunuyor və ildə 1 milyon 470 min pud üzüm hasil oluyordu. 36 min 165 desnyatin ərazi işğal edən meyvəçilik ildə 3 milyon pud meyvə veriyordu. Hər il hasil olan tütün 54.600 pud; 4 milyon 200 min baş heyvandan ildə:

253 min pud yun

90 min dəri (at sığır)

200 min qoyun keçi dərisi

50 min müxtəlif dərilər hasil oluyordu.

1917 sənəsi salnaməsinin məlumatına görə, Azərbaycanda ildə 495 min pud təmizlənmiş ipək, 27 min 500 arı pətəyindən 95 min pud bal, 2 min pud mumu hasil olurdu.

Bunlardan maəda Azərbaycanda hər il 750 min pud biyan kökü, 500 pud qırmız bücəgi toplanmışdır. XəzərKürsahillərində balıqçılıqla məşğul olunnuyor. Hərbi ümumiyə qədərKürmənsəbindəki 27 balıq müəssisəsi 17 milyon 135 min manat (rublə) qiymətində 4 milyon 500 min pud balıq hasil etmişdir. Balıq yağı Azərbaycanın Bakı havyarı (kürüsü) hər yerdə mərufdur.

 

***

 

Ziraətdən maəda Azərbaycanda mədəniyyət sənaye dəxi çox irəliləmişdir. Azərbaycan petrolca dünyanın ən zəngin bir qismi olduğu kibi burada bakir (mis), dəmir, zəy, duz, barıt, daş kömür, dəyirman daşları, inşaat daşları, mərmər, təbaşir, mədən suları sihhi çamurlar dəxi vardır. 1907-1914 sənəsində Bakıda çıxarılan petrolun sənəlik hasilatı 470 milyon pud miqdarında olmuşdur. Cahan dairəsində Azərbaycan Amerikadan sonra petrol istehsalında 2-ci yer işğal ediyor. 1928 sənəsinin hasilatı isə 7 milyon 500 min tondan ibarət idi. Hərbi-ümumidən əvvəl sənəndə:

165.000 pud mis

150.000  dəmir

10.000.000 zəy (şap)

500.000  barıt

550.000 duz hasil olurdu.

1927 sənəsinin sovet məlumatına görə, Azərbaycanın Çıragıdzor bakir mədəni sənədə 70.000 ton mis vermişdir. Azərbaycan geoloji komitəsinin yapdığı təhqiqat nəticəsində 18.000.000.000 pud zəy kəşf olunmuşdur. Bu surətlə Azərbaycan İtalıyandan sonra, cahan dairəsində 2-ci bir yer işğal ediyor. Azərbaycan yun malndarnlıq sayəsində xalçaçılıqla da mühüm bir yer tutur.

Azərbaycan coğrafi nöqteyi-nəzərindən mərkəzi bir vəziyyət işğal ediyor. Yəni Şimali ya Cənubi qütblərə yaxın məmləkətlər kibi degil, dörd bir tərəfdən həyat iqtisadi hərəkata malik məmləkətlərlə mühatdır. Əlavə olaraq Şərqi Avropa ilə Asiya arasında tarixi ticarət yolu üzərində bulunmaqdadır. Xəzər dənizi vasitəsilə Azərbaycan Türkistan, Şimalı Qafqasiya, Edil Boyu, Rusiya İran ilə qolay ticarət münakilatı yapa bilməkdə, Bakı-Batum Bakı-Rostov dəmir yolları vasitəsilə Türkistan İran ilə Avropa arasında bir tranzit yolu rolunu oynamaqdadır. Bu surətlə Azərbaycan Avropaya sövq edilən Şərq malları ilə Avropadan İrana Türkistana göndərilən malların bir yolu deposu rolunu ifa etməkdədir.

Müharibədən əvvəl Azərbaycan təriqilə İrandan Avropaya 60 milyon manatlıq mal çıxarılıyor, əvəzində hər il 95 milyon manatlıq mal gətiriliyordu.

Bu tranzit yolunun verdigi faydalar aşikardır. Digər cəhətdən Azərbaycan bu qolay irtibat münasibat vasitələrindən istifadə edərək kəndi malını da Türkistana, İrana, Avropaya, Ukraynaya Rusiyaya sövq ediyordu.

Bunun müqabilində şəkər, manufaktura, çay, buğda, sənaye-fabrika materyalları olmaq üzrə ildə Azərbaycana 91 milyon manatlıq mal gətiriliyordu. Bu surətlə ixracat 226 milyon manat idxalatdan fəzlə oluyordu.

Unutmamalı ki, 10 milyon manatlıq buğda buradan atılmalıdır. Sonra məmləkət yuna, pambığa, ipəyə malik olduğundan petrol kibi yanacaq varlığı sayəsində Azərbaycanda toxuma sənayei dəxi inkişaf ediyordu. Demək, idxalatımızın ildən-ilə azalacağına ümid çoxdur...

 

***

 

Elani-istiqlal qarşısında Azərbaycanın xəzinəyə təmin etdigi vergi 165 milyon manat miqdarında idi. Bu məbləğin ildən-ilə artacağına, məmləkətin iqtisadi inkişafına mütənasibən dövlət gəlirinin 165 milyon manata təcavüz edəcəginə ehtimal çoxdur.

Bu 165 milyon altun manat (rublə) əhalinin miqdarına təqsim edildigi zaman hər vətəndaşa 55 altun manat isabət edərdi.

Milli Azərbaycan Cümhuriyyətinin büdcəsi 55 milyon altun manat qədərində olduğunu nəzəri-diqqətə alacaq olursaq, o zaman mədəni inkişaf üçün Azərbaycanın ən parlaq istiqbal ərz ettigi aşikar olur...

M.B. (Mirzə Bala)

Odlu-Yurd”, 28 Mayıs 1929, ¹ 4

Mütəvəcceh - istiqamətlənən;

Raddə - təxminən;

Təhriri - rəsmi sənədi;

Müsaid - əlverişli, münasib;

Havyar - kürü;

Məhrüqat - yanacaq;

Bakır - mis;

Mühat - əhatə olunmuş;

Zek - zəy;

Sihhi - sağlamlıq, tibbi;

P.S. Məqaləni redaksiyaya Şirməmməd Hüseynov təqdim edib.

 

Yeni Müsavat.- 2018.- 1 fevral.- S.7.