Artur Rasi-zadə “Yeni
Müsavat”a
nələr
danışdı...-eksklüziv
Azərbaycan Respublikasının
6-cı baş naziri
Artur Rasizadənin "Yeni
Müsavat”a müsahibəsi
- Artur müəllim, adətən
məmurlar vəzifədən
uzaqlaşandan sonra ən azı bir müddət özlərini narahat hiss edirlər. Sizin əhval-ruhiyyəniz necədir?
- (Gülür). Yox, heç
bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox
böyük yük idi axı. Digər tərəfdən də istər-istəməz yaş
özünü göstərir.
Təbiətin qanunlarını
hələ heç kim ləğv
edə bilməyib. Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü.
Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük
idi. Dediyim kimi, yaş
da özünü göstərir. Baxmayaraq ki,
bir mahnı var, "Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!”
(ürəkdən gülür).
- 83 yaşınızın
olmasına baxmayaraq, iş qrafikinə
çox dəqiqliklə
əməl etdiyinizi bilirik. Yəqin ki, siz vəzifədə
olduğunuz uzun illər boyu da sağlamlığınızın
qayğısına qalmışınız,
ona görə gümrah qalmağı bacarmısınız. Maraqlıdır,
belə gümrah, enerjili qalmağın resepti varmı? Bəlkə gənclərə məsləhətlərinizi
verəsiniz.
- Bəli. İdmanla məşğul olurdum. Əsasən piyada gəzməyi
xoşlayırdım.
- Bundan sonrakı həyatınızı
necə yaşamaq, nə işlə məşğul olmaq istəyirsiniz?
- Sağlıq olsun. Bir az vaxt keçəndən sonra görək nə ilə məşğul olacağıq.
Fikirlər qalır da.
Necə deyərlər, beyin işləyir də (gülür).
- Sələfiniz,
yeni baş nazir Novruz Məmmədovla
əlaqə saxlayırsınızmı,
hansısa məsələlərlə
bağlı məsləhətləşmə
olurmu?
- Yox. Hələ hansısa məsləhətləşmələrimiz
olmayıb. Amma sağlıq
olsun, görüşərik.
- Siz böyük bir nəslin nümayəndəsisiniz. Maraqlıdır,
Hüseyn Cavid nəslinin nümayəndəsi
olan Artur Rasi-zadə indiyəcən
hansısa bədii əsər yazıbmı,
yaxud yazmaq istərdimi?
- Hərdənbir belə fikirlər keçib ürəyimdən. Amma baxaq,
görək. Bir
az vaxt
keçsin. Qismət olsa... Mən neçə vaxt
idi vəzifələrdə
çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm.
Bilirsən də, ailəlikcə
nə çətinliklərdən
keçmişik. Repressiya məsələsi.
"Xalq düşməni”
damğası və sair.
- Uzun müddət Nazirlər Kabinetinə rəhbərlik
etmiş şəxs kimi Azərbaycanın bu günü və gələcəyi barədə nə düşünürsünüz? Son kadr dəyişiklikləri
ilə bağlı nə deyə bilərsiniz?
- Mən hesab edirəm ki, işlərimiz yaxşı
getməlidir. Çünki buna əsas var. Həm də yaxşı kadrlarımız
var. Xalqla iqtidarın birliyi mövcuddur.
- Artur müəllim, sizi ən çox narahat edən nədir?
- Əsas məsələ
Dağlıq Qarabağ
məsələsidir. Bu, məni həmişə narahat edib, darıxdırıb.
İndi də Qarabağ məsələsi, torpaqlarımızın
işğal altında
qalması məni çox darıxdırır.
Hesab edirəm ki, bu, bizim qarşımızda
dayanan ən vacib məsələlərdən
biridir.
- Qarabağın
taleyi ilə bağlı nikbinsinizmi?
- Sağlıq olsun. Bizim müdafiə qabiliyyətimiz
çox yüksəkdir.
Mən həmişə bu işlərin içərisində
olmuşam. Ona görə
hesab edirəm ki, işlər yaxşılığa doğru
gedəcək. İnşallah, Qarabağ məsələsi
də öz həllini tapacaq.
- Həyat yolunuzdan, iş fəaliyyətinizdən
bəhs edən xatirələrinizi yazmaq, ortaya memuar qoymaq
niyyətiniz varmı?
- Mənə onu məsləhət görürlər. Amma hələ bir az dincəlim. Çünki mən 61 il gərgin mühitdə işləmişəm. Bu barədə düşünürəm.
Elşad Paşasoy
Yeni Müsavat.- 2018.- 31 may.- S.5.