100 il əvvəl 100 sonra

Bakıdan dünyaya verilən mesaj

 

15 sentyabr paradının ortaya çıxardığı gerçəklik

 

Sentyabrın 15-də paytaxtın Azadlıq meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirildi. Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər.

Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu hadisə Azərbaycan-Türkiyə birliyinin sarsılmaz əbədi olduğunu göstərdi.

Paradda Ali Baş Komandan İlham Əliyev Türkiyə lideri Ərdoğan çıxış etdilər. Azərbaycan prezidenti öz çıxışında ölkəmizin ordu quruculuğu sahəsində böyük uğurlar əldə etdiyini dedi: "Bu gün Azərbaycan ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ işğal altında olan bütün torpaqlarda qaldırılacaq".

İlham Əliyev 15 sentyabrı sözün əsl mənada tarixi bir gün, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günü adlandırıb: "Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir. 100 il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlib Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilib. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıdıb. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır".

Türkiyə prezidenti isə çıxışında qeyd edib ki, Türkiyə dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan ölkədir. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib: "Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir... Qafqaz İslam Ordusunun Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç təsadüfi deyil. Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik göstərməyə davam edəcəyik.

Bu gün Türkiyə Azərbaycanın, sadəcə, siyasi hərbi deyil, eyni zamanda ticarət, iqtisadiyyat, mədəniyyət digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır".

Dövlət başçılarının geniş çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi olub. Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəliləyib. Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan ordusunun qoşun növlərinin bayraqları gətirilib. 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da parada gətirilib. Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçdilər. Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə hərbi hissələrinin xüsusi texnikaları silah sistemlərinin keçidi olub.

Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib. Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyi "Mehtər marşı"nın sədaları altında Azadlıq meydanına daxil olub. "Mehtəran" birliyi tribuna ilə üz-üzə dayanaraq "Əsgər marşı" ifa edib.  Azərbaycan Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər. Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri təyyarələrinin uçuşu olub. Hərbi Hava Qüvvələrinin uçuş nümayişini "Mi-17" tipli iki helikopter açıb. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparıb. "Su-25" hücum təyyarələri Bakı səmasında Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar. "MiQ-29" təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirib.

Sonra Türkiyə Silahlı Qüvvələrinin "Türk Ulduzları"nın uçuşları başlayıb. Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdiriblər, Azərbaycanın Türkiyənin dostluğunun, qardaşlığının qəlb birliyinin rəmzi olan ürək şəkli çəkiblər.

Bununla da Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad başa çatıb. Bundan sonra dövlət başçıları Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi münasibətilə Türkiyədə hazırlanan xatirə markasını ilk zərfi imzalayıblar.

Siyasi hərbi ekspertlər hesab edir ki, yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raket artilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, digər silah texnikanın nümayiş olunduğu bu parad son illərdə ordumuzun əhəmiyyətli dərəcədə gücləndiyini bir daha göstərib.

Politoloq Qabil Hüseynli "Yeni Müsavat"a şərhində bildirdi ki, əvvəla, bu parad Bakının azad olunması üçün şəhid qazi olanların, ümumiyyətlə, bütün zəhməti olanların ruhuna böyük ehtiram əlaməti idi: "Prezident İlham Əliyev çıxışında bu ehtiramı xüsusi nümayiş etdirdi. Bu paradı çox böyük tarixi hadisə kimi dəyərləndirmək lazımdır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanının tribunada çiyin-çiyinə dayanıb hərbi parad qəbul etməsi sıradan bir hadisə deyil. Bu hadisə Azərbaycan və Türkiyə vətəndaşlarına, həmçinin dünyaya mesaj idi. Xüsusilə Ermənistana mesaj da saymaq lazımdır bu hadisəni. Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına diqqət etdikdə görürük ki, son dərəcə ciddi mesajlar verilib. Ermənistan bu xəbərdarlıq xarakterli mesajlardan nəticə çıxarmalıdır. Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə hərbçilərinin  qarşısında, birbaşa hərbi paraddan Ermənistana Qarabağ şərtini elan etdi. Bəyan etdi ki, Azərbaycanın torpaqlarından erməni silahlı birləşmələrinin çıxarılması və torpaqlarda Azərbaycanın suverenliyinin bərpası Türkiyənin Ermənistanla münasibətlərində əsas şərtdir. Bu şərt yerinə yetirilmədən münasibətlərin qurulması mümkün deyil. Azərbaycan prezidentinin öz çıxışında Bakının azad olunması tarixi hadisəsinə çox böyük qiymət verdi. Prezidentin verdiyi bu qiymət bir daha göstərdi ki, Azərbaycan dövləti üçün 15 sentyabr Bakının azad olunması müstəqilliyimizin əldə olunması qədər böyük hadisədir".

Politoloq vurğuladı ki, Azərbaycan prezidenti Ermənistan hakimiyyətinə də paraddan xəbərdarlıq etmiş oldu:"Ermənistan rəhbərliyi bu mesajlardan və paraddan nəticə çıxarmalıdır. Ümumiləşdirərərək onu söyləyə bilərik ki, son parad indiyə qədər keçirilən paradlardan bir sıra mühüm nüanslarına görə seçildi və dünyaya, bir sıra dövlətlərə lazımi mesajları çatdırmış oldu. Necə ki, 15 sentyabr 1918-ci il tarixi Azərbaycanın tarixinə möhtəşəm tarix kimi düşüb, 15 sentyabr 2018-ci il paradı da Türkiyə-Azərbaycan birliyinin simvolu olaraq tarixə düşəcək".

 

Etibar Seyidağa

 

Yeni Müsavat.- 2018.- 18 sentyabr.- S.9.