Azərbaycan turizmində ərəb fenomeni
“”Halal
turizm" konsepsiyası ilə yanaşı, Qərb ənənələrini
özündə əks etdirən,
əyləncənin ən müxtəlif növlərini
yüksək keyfiyyətlə təklif edən bir mühitin
yaradılması daha doğru olardı"
Azərbaycanda ötən ilin yay turizminin uğurlu keçməsində ərəb turistlərin böyük rolu oldu. İndi isə onlar ölkənin qış turizmini canlandırmaqdadırlar. Azərbaycanın əsrarəngiz təbiəti, üstəgəl bölgələrdə qarın yağması və qış turizmi imkanlarının genişləndirilməsi, rayonlararası yol infrastrukturunun yenidən qurulması nəticəsində gediş-gəlişin asanlaşması turist sayının daha da çoxalmasına səbəb olub. Hazırda istər paytaxtda , istərsə də bölgələrdə istənilən istirahət məkanında və ya gəzməli yerlərdə ərəb turistlərlə qarşılaşmamaq mümkün deyil. Bu isə ölkədə biznes sektorunun, eləcə də turizmin inkişafı, o cümlədən dövlət büdcəsinə əlavə gəlir gəlməsi deməkdir.
Ərəb turistlərin özəlliyi ondadır ki, onlar bizim bu günə qədər öyrəşdiyimiz rus, avropalı və iranlı turistlərdən fərqli olaraq daha varlı və daha əliaçıq, əyləncəyə daha düşkündürlər. Həmçinin qeyri-adi özəllikləri, ov etmək maraqları, bəyəndikləri yerlərə investisiya yatırmaq istəkləri də onları bu sektor üçün əvəzolunmaz edir.
Son günlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ərəb turistlərin hər kəsin marağına səbəb olacaq fotosu da yayılmışdı. Ölkəmizə hər zamankı adətləri üzrə ov üçün gələn turistlər özləri ilə xeyli ov quşu və çamadan gətiriblər. Maraqlısı odur ki, təyyarədə özləri ilə yanaşı ov quşlarına da bilet alaraq yer ayırıblar. Bu cür səxavətlə pul xərcləyən ərəb isə hər bir iş adamının arzuladığı turist sinfinə daxildir.
Qeyd etdiyimiz kimi, ərəblərin daşınmaz əmlaka, o cümlədən hotel-restoran şəbəkəsinə investisiya yatırması halları da artıb. Son olaraq ərəb investorlarının Bakıda almaq üçün hotel axtardığı ilə bağlı məlumat mətbuatda yer alıb. Belə ki, əsasən İraq və Qətərdən olan investorlar Azərbaycanda hotel alaraq həmin məkanları halal hotellərə çevirmək istəyirlər. Dəyəri milyonlarla dollarla ölçülən hotellərə maraq göstərən ərəb turistlərdən həm də ölkəyə valyuta axınına yeni kanalın açılması üçün yararlanmaq olar.
Mövzu ilə
bağlı “Yeni Müsavat”a danışan iqtisadçı
ekspert Rəşad Həsənov bildirdi ki, ərəb ölkələrindən turist axınının artmasının bir
çox səbəbləri var: “Neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatın qeyri-neft istiqamətləri üzrə
müəyyən islahatlara və
açılımlara
getdi.
Bu açılımlardan
biri də məhz ərəb
ölkələri ilə
bütün sahələrdə
əməkdaşlığın genişləndirilməsi, o cümlədən
ərəb ölkələrinin
turizm potensialından yararlanmaq istiqamətində idi. Bu istiqamətdə müəyyən qədər
addımlar atıldı,
xüsusən də viza sadələşdi, aviareyslərin qiymətində
ucuzlaşma qeydə alındı, təbliğat
işi aparıldı.
Bütün bunlar ərəblərin Azərbaycana axınını
stimullaşdırdı. Bunun fundamental səbəbləri də var idi.
Çünki Azərbaycan
dünyada həm
müsəlman ölkəsi
hesab olunur, həm də ənənəvi müsəlman
ölkələrindən fərqli
olaraq Qərb və Şərq mədəniyyətinin birlikdə
müşahidə edildiyi
bölgələrdən biridir.
Ənənəvi İslam
mühitindən kənarlaşmaq
istəyənlər Azərbaycanda rahat şəkildə Qərb adət-ənənələrinə uyğun xidmətlərdən
də istifadə edə bilirlər. Bu isə
onların Azərbaycana
axınını sürətləndirən
amillərdən biridir.
Digər bir faktor isə Azərbaycanla bu ölkələr arasında
ali səviyyədə
münasibətlərin sıx
olması və bu istiqamətdə siyasi qərarların ortaya qoyulmasıdır”.
İqtisadçı ekspert vurğuladı ki, ərəblərin Azərbaycan
turizminə marağını
necə cəlb etməklə bağlı
birmənalı fikir söyləmək çox
çətindir: “Bir sıra hallarda ”halal
turizm"lə bağlı
müzakirələr gedirdi ki, bu turizmin
də əsas hədəfi ərəb turistlər idi. Onların turizm potensialından yararlanma
imkanını artırmaq
məqsədi ilə irəli sürülən
bir konsepsiyadır. Bu doğru bir
yanaşmadır. Azərbaycanda “halal turizm”in inkişafı təkcə ərəb ölkələrindən deyil,
eyni zamanda yaxın İran və Türkiyədən
Azərbaycana turist axınını sürətləndirə
bilər. Ancaq bir faktı
da gözardı etmək olmaz ki, ərəblərin heç də hamısı Azərbaycana
“halal turizm” üçün gəlmir.
Çünki bu cür turizm ərəb ölkələrində də
var. Onlar qarışıq
və fərqli mədəniyyətlər olan
yerdə vaxt keçirməyə çalışırlar.
Azərbaycana bugünkü axının
əsas səbəblərindən
biri də ondan ibarətdir. Ailəli bir ərəb Azərbaycana gəlirsə,
istəyir ki, daha uyğun və alışılmış
bir mühitdə öz ailəsinin istirahətini təmin edə bilsin. Ancaq eyni zamanda onun
özünün də
maraqları var, o da təmin olunmalıdır.
Birmənalı şəkildə demək olmaz ki, bütün ərəblər “halal turizm” üçün gəlir. Azərbaycan turizminin ərəblər
üçün cəlbediciliyi
həm də Qərb mədəniyyətinə
uyğun hər cür əyləncənin
olması ilə əlaqəlidir. “Halal
turizm” konsepsiyası ilə yanaşı, Qərb ənənələrini
özündə əks etdirən,
əyləncənin ən
müxtəlif növlərini
yüksək keyfiyyətlə
təklif edən bir mühitin yaradılması daha doğru olardı".
R.Həsənov onu da vurğuladı ki, ərəb ölkələrində hazırda
investisiya potensialı
da kifayət qədər yüksəkdir:
“Çünki bu ölkələrin əksəriyyəti
iri neft resurslarına malik olan ölkələrdir, böyük maliyyə imkanları var. Eyni zamanda Azərbaycanla müqayisədə daha uzunmüddətli dövrdə
qeyri-neft iqtisadiyyatının
inkişafı ilə
bağlı müxtəlif
strategiyaların icrasını
həyata keçirmiş
ölkələrdir. Buna görə
də müəyyən
imkanlar yaranır ki, ərəb ölkələrindən Azərbaycana
investisiya cəlbi mümkün olsun.
Bu, müxtəlif sahələr
ola bilər.
Hazırda daşınmaz əmlak
sektorunda ərəblərin
aktivliyi daha çox müşahidə
olunur.
Ancaq bununla yanaşı,
biz yüngül sənayedə,
o cümlədən kənd
təsərrüfatında da ərəb sərmayəsinə rast gələ bilirik. Düzdür, Qərb sərmayəsi ilə müqayisə etsək ərəb sərmayəsi
nisbətən daha az innovativ və
texnolojidir. Ancaq buna baxmayaraq yenə də vəsait vəsaitdir.
Bu vəsaitlərlə əlavə
iş yerinin yaradılması, əlavə
dəyərin formalaşdırılması,
istehsal mühitinin inkişafı mümkündür.
Bundan yararlanmaq üçün
Azərbaycanda xüsusi
investisiya proqramları
qəbul oluna bilər. Bu proqramlar çərçivəsində hədəf qrupu ölkələri üçün,
yəni ərəb ölkələri üçün
əlavə təşviqedici
mexanizmlər tətbiq
etmək yolu ilə, eyni zamanda investisiya zəmanətliliyi mexanizminin
daha da gücləndirilməsi,
müdaxilələrin məhdudlaşdırılması
ilə ərəblərin Azərbaycanın
qeyri-neft istiqamətli
sahələrinə yatırımlarını
cəlb etmək mümkündür”.
Nərgiz LİFTİYEVA
Yeni Müsavat.- 2018.- 30 yanvar.- S.14.