Ölüm xəbəri yayılan Musa
Yaqub “Yeni Müsavat”a
danışdı
Sağ ikən “öldürülən”
məşhurlarımız...
Bu günlərdə
xalq şairi adına layiq görülən Musa Yaqubun iyulun 4-də
vəfat etməsi ilə bağlı həm sosial şəbəkələrdə,
həm də bir sıra mətbuat orqanlarında məlumat
yayıldı. Lakin
yayılan xəbərin ardınca şairin
yaxın dostu, həmkarı Sabir Rüstəmxanlı məlumat yayaraq bildirdi ki, xəbərlər həqiqəti əks etdirmir. Bu barədə kult.az saytına danışan xalq
şairi qeyd edib ki, Musa
Yaqub hazırda özünü
yaxşı hiss edir:
“İndicə xalq
şairi Musa Yaquba zəng vurdum, səsi
gur və sağlam idi. Musa Yaqub
yenə ənənəvi sualını verdi:
”Bəs nə vaxt gəlirsən?" Məlum
oldu ki, bu arada cəmi bircə dəfə
tələsdiyimdən ona baş
çəkmədən keçib Zaqatalaya getdiyimi bilir. “Bu istidə niyə oturmusan şəhərdə? Gəl bir dərdləşək” deyib
məni tələsdirdi, “Müalicəyə getməliyəm,
sonra gəlib məni tapmazsan”
deyib güldü. Səsindən
Babadağ havası vururdu.
Babadağ durduqca bu səs də yaşayacaq..."
“Yeni Müsavat”ın
əməkdaşı xalq
şairi Musa Yaqubun özü ilə əlaqə saxlayıb. Xalq şairi qeyd edib ki,
sağlamlığı ilə
bağlı vəziyyəti
stabildir: “Yaxşıyam,
nisbətən özümü
yaxşı hiss edirəm.
Hazırda İsmayıllının Buynuz kəndindəyəm
və müalicəmi
burada davam etdirirəm”.
Qeyd edək
ki, Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən
əziyyət çəkir.
Ötən gün isə
təzyiqinin yüksəlməsi
səbəbindən xəstəxanaya
müraciət edib və müayinələrdən
sonra evə buraxılıb.
Xatırladaq ki, bundan əvvəl də bir neçə dəfə məşhur sənətkarlarımızın dünyasını dəyişməsi
ilə bağlı məlumatlar yayılıb. Məsələn, tez-tez ölüm
xəbəri yayılan
məşhurlardan biri
xanəndə Könül
Xasıyevadır. Uzun müddətdir
ki, sağlamlığında
ciddi problemlər yaşayan xanəndənin
dəfələrlə ölüm
xəbəri yayılıb.
Bir müddət bundan əvvəl də ölüm xəbəri yayılanda məlum olmuşdu ki, xanəndə deyil, onun xalası vəfat edib.
Sağ ikən
ölüm xəbəri
yayılan sənətkarlar
sırasında əməkdar
artist, sevimli aktrisamız
Kübra Əliyevanın
da adı var. Hər zaman olduğu kimi, sənətçini “öldürən”
mətbuat olmuşdu. Aktrisa “Narahat olmayın, mən sağ-salamatam, kim, niyə bu xəbəri yayıb, bilmirəm” deyib barəsində yayılan yalan xəbərə öz etirazını bildirmişdi.
“Məni
5 dəfə ”öldürüb", 5 dəfə də dirildiblər". Bu sözləri isə xalq artisti Arif
Quliyev barəsində
yayılan ölüm
xəbərlərinə münasibət
bildirərkən deyib.
Əslində aktyor haqlıdır,
çünki dəfələrlə
onun barəsində ölüm xəbəri yayılıb, sonradan isə həmin xəbərlər təkzib
edilib.
Xalq artisti Naibə Allahverdiyevanın da 2017-ci
ilin mart ayında saytların birində dünyasını dəyişdiyi
xəbəri yayılmışdı. Xəbərdə Naibə xanımın
gecə saatlarında səhhətinin pisləşməsinə
görə xəstəxanaya
aparıldığı və
daha sonra isə dünyasını
dəyişdiyi bildirilirdi.
2017-ci ilin avqust ayında sosial şəbəkələrdə müğənni Nazim Pişyarinin dostları onun ölüm xəbərini yaymışdı.
Xalq artisti, tanınmış
teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşovun ölüm xəbəri isə sosial şəbəkələrdə yayılmışdı. Hansı səbəbdən
bu cür məlumatın yayılması
bəlli olmasa da, Murad Dadaşov
elə sosial şəbəkədən buna
münasibət bildirmişdi:
“Ölüm xəbərini
yazanların ailəsi
ilə bahəm, Allah cəzalarını versin”.
Tanınmış müğənni, əməkdar
artist Baloğlan Əşrəfov
da bir dəfə
“öldürülüb”, “dirilib”. Xəbər saytlarından
biri onun ölüm xəbərini
yaysa da, üstündən bir az keçmiş
məlumatı təkzib
etmişdi. Müğənni
onun barəsində yalan xəbəri yazanlara lənət yağdırmışdı: “Belə
olmaz axı! Başı batsın o xəbəri yazanın. Bu insan kimdirsə düşmənçiliklə yayır bu xəbəri.
Təxribatdır mənə qarşı.
Başqa nə ola bilər
ki? Əzizlərim, doğmalarım eşidib narahat olurlar”.
Xalidə
GƏRAY
Yeni Müsavat.-2019.-5
iyul.-S.10